• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AHİK-də nə dəyişib - sədr, yoxsa idarəetmə? Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?

Cəmiyyət

Bu gün, 09:22

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) az qala yarım əsr rəhbəri olmuş Səttar Mehbalıyev ötən il tarixə qovuşdu. AHİK-i özünün böyük biznes obyektinə çevirən Səttar Möhbalıyevdən edilən şikayətlərin sayı-hesabı yox idi, bütün bunlara baxmayaraq, o, özünü uzun illər qorudu. Lakin son nəticədə, bir günün içində vəzifəsini itirdi və böyük bir sistem qısa müddətdə başqa bir nəzarət altına keçdi. Çünki, dövlətin, xalqın olanı sonadək talamaq mümkün deyil. 


Və böyük pulların formalaşdığı AHİK sisteminə hüquqşünas, iqtisadçı, həmçinin İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışmış Sahib Məmmədov rəhbər gətirildi. Qısa müddətdə aparılan sürətli təbliğat məlumatlarının nəticəsi olaraq Səttar Möhbalıyevin əməllərinin daha təkrar olunmayacağı, bundan sonra hər şeyin AHİK üzvləri üçün gözəl olacağı açıq-aşkar masaya sərildi. İlk əvvəllər hər şey gözəl görünürdü, hər şey məlumatlarda böyük təbliğatçı ordusunun əməyi nəticəsində parlaq başlanğıc idi...
Bəs indi? Sona qədər izləyin!

Dövlətin, AHİK üzvlərinin ödəmələri nəticəsində toplanan küllü miqdarda vəsaitlə ən müasir standartlara cavab verən, müasir avadanlıqlarla təmin olunan sanatoriyalar, müalicə mərkəzləri AHİK sədri Sahib Məmmədovun nəzarəti altında idarə olunmağa başlandı. Əlbəttə, AHİK üzvləri, illərdir əmək haqlarından pullar çıxılan şəxslər düşündü ki, bundan sonra rahat müalicə ala, dincələ biləcəklər.

Rəhbər dəyişikliyi fonunda AHİK-in nəzarətindəki "Kurort" QSC-nin Səttardan qalan bütün adamları sürətlə işdən çıxarıldılar, bir adam belə qalmadı. Nəticədə bu müalicə mərkəzlərinə, sanatoriyalara nəzarət edən "Kurort" QSC-nin rəhbəri postuna Naftalandan özəl SPA otel sistemində çalışan Çingiz Haçıyev gətirildi. Hə, bu arada xüsusilə qeyd etmək lazımdır ki, Çingiz Haçıyev də bu posta əliboş gəlmədi, özü ilə otel biznesində çalışan tanışlarını (?) da gətirdi və onları yüksək vəzifələrə təyin etdi. Onlar bu vəzifələri idarə edə biləcək imkanlara malik idilərmi? Bu istiqamətdə əlimizdə olan faktlar araşdırılma çərçivəsindədir.

Bu tibbi avadanlığın böyük qazancı var...

AHİK balansındakı "Kurort" QSC-nin nəzarətində olan müalicə mərkəzləri, sanatoriyalar demək olar ki, tam təmir olunub. Bu işləri nə AHİK sədri Sahib Məmmədov öz şəxsi imkanları ilə edib, nə də otel biznesindən gələn Çingiz Hacıyev. Bu sistem uzun müddətdir dövlətin apardığı siyasət nəticəsində qurulub və sözügedən şəxslər bu postlara insanlara, AHİK üzvlərinə xidmət etmək üçün təyin olunublar. Qısası, bu müəssisələr onların şəxsi əmlakı, mülkü deyil də dövlətə məxsus sanatoriya və mərkəzlərin rəhbərləri olduqlarını unutmamalıdırlar.
Qeyd edək ki, "Kurort" QSC-nin balansında – "Kurort Naftalan" sağlamlıq mərkəzi, Fizioterapiya mərkəzi – Buzovna Sanatoriyası, Günəşli Sanatoriyası (Nevroloji sanatoriya), Sanatoriya-Miras və digərləri fəaliyyət göstərir.
“Buzovna” Fizioterapiya Mərkəzi Filialı - iddialar və daxili struktur
İlkin olaraq “Buzovna” Fizioterapiya Mərkəzi Filialında baş verənlər daha diqqətçəkəndir ki, bu mərkəzdə baş verənlərlə bağlı çoxsaylı şikayətlər mövcuddur. Sosial şəbəkələrdə bu müalicə mərkəzlərində müalicə alan AHİK üzvlərinin yazdığı faktlar da diqqətçəkəndir və hər biri araşdırma mövzusu hesab olunmalıdır. Bu faktların bir hissəsi ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib, bəziləri artıq cavablandırılıb.
Belə ki, şikayətlərdə “Buzovna” Fizioterapiya Mərkəzi Filialı rəhbərliyin ciddi nəzarəti altında idarə olunur və bu mərkəzdə rəhbərlik bütün işçiləri nəzarətdə saxlamaqla ciddi tənbeh tədbirləri həyata keçirir. Haqqını tələb edən işçilər ən yaxşı halda sürətli şəkildə işdən çıxarılır.
Mərkəz filialının rəhbəri ixtisasca ginekoloq olan Nüşabə Əlişovadır. Nüşabə xanım ixtisasca həkimdir və mərkəz filialının rəhbəri olmaqla yanaşı, 2015-ci ilin fevral ayından hal-hazıradək Azərbaycan Tibb Universitetinin 2-ci mamalıq-ginekologiya kafedrasında assistent vəzifəsində çalışır. 2014-cü ildən tibb üzrə fəlsəfə doktorudur. Nüşabə Əlişovanın maraqlı idarəetmə sisteminin olduğu qeyd olunur. Hər hansı bir məsələni dərhal "Kurort" QSC rəhbərliyinə yönəldir və özünü kənarda saxlamağa çalışır. Hansı ki, filialın baş həkimi məhz odur.
Redaksiyaya daxil olan müraciətlərdə qeyd olunur ki, bu mərkəzdə çalışan həkimlər və texniki işçilər daim təzyiq altında saxlanılır. İşdən çıxarılmasını istədikləri şəxs barədə ən kiçik nöqsan məqsədli şəkildə şişirdilir, daxili nəzarət işə salınır və məcburi qaydada izahat yazdırılması ilə nəticələnir. Bundan sonra bu şəxs işdən çıxarılır.
İddia olunur ki, mərkəzdəki bütün nəzarət sistemi bir neçə nəfərin əlində cəmləşib. Bu şəxslər əsasən - müalicə işi şöbəsinin müdiri Reyhanə Hüseynova, direktorun müavini - əsasən təsərrüfat işləri üzrə məsul şəxs - İsgəndər Həsənov, baş aşbaz - Sahil Əliyev və mühafizə rəisi hesab olunan (?) Rasim adlı şəxsdir.
Vəzifə bölgüsü və qohumluq əlaqələri ilə bağlı iddialar...
İlk öncə iddia olunur ki, "Buzovna" Fizioterapiya Mərkəzi filialında vəzifələr AHİK sədri Sahib Məmmədov, "Kurort" QSC-nin rəhbəri “kurort naziri” hesab edilən Çingiz Hacıyev və Buzovna Fizioterapiya Mərkəzi filialının rəhbəri Nüşabə Əlişova arasında bölüşdürülüb. İddialara görə, Mərkəzin idarə olunmasında bu şəxslərin adamı olmayan, onların əməllərinə şərik olmayan, "baş üstə" deməyən şəxslər ümumiyyətlə bu strukturda çalışa bilməz. Xüsusilə qeyd edək ki, son 1 ildə bir neçə şəxs haqqını tələb etdiyi üçün "Buzovna" Fizioterapiya Mərkəzi filialından işdən çıxarılıb və onların şikayətləri redaksiyaya daxil olmaqdadır.
Qurban kimdir? - Onun adı "Kurort" QSC daxili nəzarət rəisi kimi qeyd olunur. "Buzovna" Fizioterapiya Mərkəzi filialına Rasim adlı şəxsi mühafizə rəisi göndərib. Rasimin filial direktoru Nüşabə Əlişovanın qohumu olduğu bildirilir. 

Həmçinin, "Buzovna" Fizioterapiya Mərkəzi filialının baş mühasibi Seyid Əli adlı şəxsin filial müdiri Nüşabə Əlişovanın baldızı oğlu olduğu iddia olunur. Mühasib kimi məsul vəzifə daşıyan bir şəxsin filial rəhbərinin qohumu olması ortaya olduqca maraqlı suallar çıxarır.




"Buzovna" Fizioterapiya Mərkəzi filialında ən vacib vəzifələrdən biri də filialın anbar müdiridir ki, bu postu Zaur Əliyev tutur. İddialara görə, Zaur Əliyev filial müdiri Nüşabə Əlişovanın yaxın rəfiqəsi, müalicə işi şöbəsinin müdiri, həkim Reyhanə Hüseynovanın yaxınıdır, hətta qohumu olduğu iddia olunur. Reyhanə Hüseynovaya gəldikdə isə maraqlı nüanslar ortaya çıxır. Adından da görünür ki, Reyhanə Hüseynova müalicə işi şöbəsinin müdiridir. Yəni mərkəzə müraciət edən hər kəs onun dəftərindən keçməlidir.

BUZOVNA FİZİOTERAPİYA MƏRKƏZİ, VALEH EDİR HƏR KƏSİ. » www.ONDERTV.Org
İddia olunur ki, Reyhanə Hüseynova ixtisasca həkim deyil (?) və onun adı sənədlərdə həkim olaraq qeyd olunur. Bu iddialara cavab vermək, faktı təsdiqləmək və ya inkar etmək halları artıq Reyhanə Hüseynovanın üzərinə düşür.

Amma sosial şəbəkələrdə yayılan və redaksiyaya edilən şikayətlərdə iddia olunur ki, Reyhanə Hüseynova AHİK xətti ilə müalicə mərkəzində müalicə olunan şəxslərə həkimlərin əli ilə (həkimləri bunu etməyə məcbur edir - iddia) əlavə ödənişli prosedurlar yazdırır.

Bu prosedurlar lazım oldu-olmadı yazılır və insanlardan əlavə ödənişlər alınır. Bu ödənişlərdən gələn böyük faizli bonusların az faizi həkimə, böyük faizi isə Reyhanə Hüseynovaya və digərlərinə qalır. İddialara görə, Reyhanə Hüseynova əmək haqqı və bonuslarla birlikdə aylıq ortalama 3-5 min manat maaş və bonus alır. Ümumiyyətlə, "Buzovna" Fizioterapiya Mərkəzi filialında çalışan işçilərin əmək haqqısı ortalama 550-700 manat civarındadır. "Kurort" QSC-nin digər sanatoriyalarında isə əmək haqqı olduqca aşağıdır.
Digər bir məsul vəzifəni isə baş aşbaz Sahil Əliyev tutur. İddia olunur ki, bu şəxs "Kurort" QSC-nin rəhbəri Çingiz Hacıyevin yaxın adamıdır. Həmçinin sosial şəbəkələrdə də bu müəssisədə yeməklərin o qədər də keyfiyyətli olmadığı deyilir və bu faktlar da araşdırılmaya açıqdır.
Əmək münasibətləri və işçilərlə davranış
Daha bir ciddi məqam. Qeyd etdiyimiz kimi, "Buzovna" Fizioterapiya Mərkəzi Filialı "Kurort" QSC-nin nəzdində fəaliyyət göstərir. Digər sanatoriyalar da eyni qaydada. "Buzovna" Fizioterapiya Mərkəzi Filialında çalışan baş tibb qardaşı (Старший медбрат) Fuad Baxşıyevin filialda işçilərlə kobud rəftarı xüsusi diqqət çəkən faktlar kimi təqdim edilir.

Eyni zamanda onun xanımının da "Kurort" QSC-nin balansında olan "Abşeron" Sanatoriyasında baş tibb bacısı kimi çalışdığı qeyd olunur. Bu istiqamətdə qohumların bir qurumda çalışması məsələsi müzakirə mövzusu yarada bilər. Təbii ki, qanun bunu qadağan etmir. Amma bu əsnada riskli məqamlar da var. Əgər təyinatlar qohumluq əsasında edilibsə, eyni rəhbərlik bu şəxsləri qoruyursa, maliyyə və ya kadr qərarlarında təsir varsa, faktiki olaraq biri digərinə dolayı təsir edirsə, bu zaman məsələ müəyyən pozuntu kimi qiymətləndirilə bilər. Hər halda bu faktlar da araşdırma sayıla biləcək hallardır.
İddialara görə, Fuad Baxşıyev "Kurort" QSC-nin rəhbəri Çingiz Hacıyevin dəstəyi ilə hərəkət edir. Qeyd olunur ki, Fuad Baxşıyev işçiləri müqavilədə göstərilən saatlardan əlavə işləməyə vadar edir və bunun qanuni olduğunu iddia edir. Qeyd edək ki, "Старший медбрат" işçilərə müqavilədən kənar saatlar işləmək məcburiyyəti qoymaq səlahiyyətinə malik deyil. Bu hal Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır və pozuntu kimi qiymətləndirilir.
Həmçinin qeyd edək ki, onun əməllərindən əziyyət çəkən və işdən çıxarılan bir neçə şəxsin redaksiyaya rəsmi müraciəti araşdırılır, bu faktlar növbəti araşdırma yazılarında təqdim ediləcək.
İşdən çıxarılmalarla bağlı iddialar...

Mərkəz filialının baş həkimi Nüşabə Əlişovanın göstərişləri ilə işçilərin işdən çıxarıldığı və bu qərarların birbaşa "Kurort" QSC-nin rəhbəri Çingiz Hacıyev tərəfindən araşdırılmadan icra olunduğu iddia edilir. İddialara görə, Çingiz Hacıyev bəzi hallarda məlumatları geniş araşdırmadan qərar verir və işə ehtiyacı olan, ailəsində azyaşlı uşaqları olan şəxslər belə kimlərinsə təqdimatı, marağı ilə işdən uzaqlaşdırılır. Eyni zamanda bildirilir ki, işdən uzaqlaşdırılan şəxslər əsasən öz hüquqlarını tələb edən, əmək müqaviləsində göstərilən iş rejimi çərçivəsində işləmək istəyən şəxslərdir. Onlardan fərqli izahatlar alınır, hansısa formada sənədləşdirilir və işdən uzaqlaşdırılır. İşdən uzaqlaşdırılan şəxslərə isə məhz baş tibb qardaşı Fuad Baxşıyev tərəfindən olduqca hörmətsiz, kobud formada təsirlər edilir, filial müdiri Nüşabə Əlişova belə işdən çıxarılması planlaşdırılan işçini qəbul etmir, sözünü dinləmir. Bu əsl biabırçılıqdır.
Çingiz Hacıyevə müraciət edən işçilərə isə “rəhbərliklə yola getmirsiniz” cavabı verildiyi və bunun nəticəsində onların işdən uzaqlaşdırıldığı qeyd olunur. Beləliklə, bu hallar “Buzovna” Fizioterapiya Mərkəzi Filialında baş verən ən kiçik nüanslardır. 
AHİK üzvlərinin və işçilərin hüquqlarını qorumalı olan AHİK sədri Sahib Məmmədovun isə öz nəzarətində olan müəssisələrdə baş verən bu kimi hallara münasibəti olduqca maraqlıdır. Bu kontekstdə əsas sual belə olmalıdır - Səttar Möhbalıyevlə yeni AHİK rəhbəri Sahib Məmmədovun fərqi nədən ibarətdir?
Fərqdən söz düşmüşkən, maraq doğuran digər məqam - AHİK sədri Sahib Məmmədovun nəzarətində olan "Kurort" QSC-nin balansındakı dövlət müəssisələrində, sanatoriyalarında rəhbər vəzifələrdə çalışan qohumlarının olub-olmadığı ilə bağlıdır. Sahib Məmmədovun "Kurort" QSC-də, Bilgəh Kardioloji Sanatoriyasında yüksək vəzifələrdə qohumları varmı?
P.S

"Kurort" QSC-dən işdən çıxarılan şəxslərin müqavilə müddəti bitmədən və ya müqavilə müddətini məcburi yenilətdirmək (bitirmək) halları ilə bağlı redaksiyada olan şikayətlər diqqətlə araşdırılır. Eyni zamanda işdən çıxarılan şəxslərin əmək müqavilələrini məcburi yenilətdirmək, onları aldadaraq işdən çıxartmaq kimi ciddi iddialar və faktlar da araşdırılması üçün aidiyyəti qurumlara göndəriləcək.
Ardı var...
Məqalədə adı çəkilən şəxslərin mövqeyini dərc erməyə hazırıq. 
Bizimesr.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

15-08-2024, 10:33

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - İLGİNC FAKTLAR

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Ölkə

17-07-2023, 12:12

"Havayı yeyən" AHİK xalqın cibinə bu yollarla girir... - VİDEO

Cəmiyyət

28-07-2025, 12:06

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

28-05-2025, 11:06

Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?

Cəmiyyət

12-09-2025, 09:22

Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

Gündəm / Cəmiyyət

21-04-2026, 12:21

Sahib Məmmədovdan gözləntilər puç oldu? - “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar

Gündəm / Cəmiyyət

3-01-2025, 11:33

Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər

Cəmiyyət

6-10-2025, 11:24

Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət

Cəmiyyət

23-06-2025, 15:04

“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır

Araşdırma
Məhəmmədlidə qanunsuz tikintilərin arxasında kim dayanır? “Memar Kənan müəllimin icazəsi var”
70-C ilə işdən çıxarılan həkim yenidən necə fəaliyyətə qayıdıb? – Vuqar Səfərovla bağlı araşdırma
AAYDA rəhbərliyində himayə iddiaları: yol layihəsini dəyişdirən villa yeni problemlərin mərkəzində
Regional qəbulda “bölgü əməliyyatı”
ETN-in Daxili Nəzarət şöbəsi yoxlamaya başladı Sumqayıt 23 nömrəli məktəbdə iddialar böyüyür
Nizami rayonunda ağacların məhv edilməsi ilə bağlı iddialar – İcra başçısı narahat deyil - VİDEO
Hadisə
Dünən, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
Dünən, 14:00
Salyanda ağır qəza: Ölən var
24-04-2026, 09:30
Ağcabədidə ev yanıb, bir nəfər ölüb
20-04-2026, 13:33
Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb
19-04-2026, 11:00
Atasına kömək edərkən həyatını itirən Hikmətin - Fotosu
19-04-2026, 10:30
Füzulidə ağır qəza - 2 ölü, 2 yaralı
Xəbər lenti
  • Bu gün, 10:36
    “NEW MED KLINIKA”da şəfa tapmaq olarmı?
  • Bu gün, 10:06
    Kür çayının aşağı axınına suyun buraxılmasına başlanıldı
  • Bu gün, 09:51
    Keçmiş oliqarx-məmur Arif Qaraşov … BU GÜN DƏ QAZANIR… – İLGİNC FAKT
  • Bu gün, 09:34
    Azərbaycan Premyer Liqası: XXIX tura bu gün iki matçla yekun vurulacaq
  • Bu gün, 09:22
    AHİK-də nə dəyişib - sədr, yoxsa idarəetmə? Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
  • Bu gün, 09:00
    Həftənin ilk günü Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 16:00
    Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
  • Dünən, 15:30
    Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
  • Dünən, 15:00
    İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
  • Dünən, 14:00
    Salyanda ağır qəza: Ölən var
  • Dünən, 13:00
    Superliqada çempionluq derbisi: "Qalatasaray" "Fənərbağça"nı qəbul edir
  • Dünən, 12:30
    Vaşinqtondakı atışma məni dərindən sarsıtdı - İlham Əliyev
  • Dünən, 12:00
    Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir - Muxtar Babayev
  • Dünən, 11:00
    Bu gün Azərbaycan derbisi olacaq
  • Dünən, 10:30
    Tədbirdə atəş açan şəxsin kimliyi - Açıqlandı
  • Dünən, 10:00
    İmtahan günüdür
  • 25-04-2026, 16:30
    Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb
  • 25-04-2026, 16:20
    Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
  • 25-04-2026, 15:57
    İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • 25-04-2026, 15:35
    Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
  • 25-04-2026, 14:55
    Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir
  • 25-04-2026, 14:38
    Güllü İbadovaya necə vəzifə həvalə olunur?
  • 25-04-2026, 12:55
    Daşkəsənlə Gədəbəyə qar yağır
  • 25-04-2026, 12:28
    Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
  • 25-04-2026, 12:10
    Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhv əməliyyatına görə pasiyent ölüb?
  • 25-04-2026, 11:31
    Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
  • 25-04-2026, 09:20
    Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib
  • 24-04-2026, 18:39
    Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib
  • 24-04-2026, 18:30
    İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
  • 24-04-2026, 18:06
    Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub
  • 24-04-2026, 17:55
    KTN-də biabırçı “islahatlar” başlayır - Yeyintiyə görə işdən çıxarılanlar yenidən vəzifəyə gətirilir
  • 24-04-2026, 17:37
    Bakıda Atatürk və Antena parkları birləşdirilir
  • 24-04-2026, 17:08
    Həkimə gedən təhlükə ilə üz-üzə qalır - Sumqayıtda biabırçılıq
  • 24-04-2026, 16:55
    Azərbaycanda "Son zəng"in keçirilməsi üçün tələblər müəyyənləşib
  • 24-04-2026, 16:27
    “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb?- “UZAQ DURUN!”
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə