Bu gün saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək.
Bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək.
Tədbir məkanını ziyarət ed
Naxçıvanda gigiyenanı qorumağa cavabdeh qurumun özü antisanitar vəziyyətdə qalıb.
Bir həftədən artıqdır qurumun binasına verilən su kəsildiyindən 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib.
Söhbət yerli İctimai Səhiyyə Xidmətindən gedir.
Əməkdaşlar “Gündəlik Naxçıvan”a bildirirlər ki, su olmadığı üçün binada sanitar qovşaqlardan istifadə etmək mümkün deyil və tualet qoxusu dözülməz vəziyyət yaradıb:
“Çox qəribə vəziyyət yaranıb. Əslində, biz özümüz başqa idarələrdə bu cür hallara qarşı mübarizə aparmalıyıq. Amma artıq bir həftədən çoxdur öz iş yerimizdə su olmadığından, gigyenik təhlükə yaranıb.
Sanitar qovşaqlar işləmədiyi üçün binanı pis qoxu bürüyüb. Bundan əlavə nə içməyə, nə qaynatmağa, nə də əl yumağa su tapılır.
Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik.
Rəhbərlik deyir ki, su idarəsinə məlumat verilib, düzələcək. Amma problem hələ də həll olunmayıb.”
İctimai Səhiyyə Xidməti 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi və onun rayon şöbələrinin əsasında yaradılıb. Qurumun əsas məqsədi yoluxucu xəstəliklərin qarşısının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi, sosial gigiyena və pasiyent təhlükəsizliyi ilə bağlı standartların təmin edilməsidir.
Xidmət həmçinin insanların sağlamlığının qorunması, həyat keyfiyyətinin yüksəldilməsi və tibb müəssisələrində gigiyenik qaydalara nəzarət sahəsində fəaliyyət göstərməlidir.(Gündəlik Naxçıvan)cək və ya bağlanış mərasimində iştirak edəcək şəxslərdən qeyd edilənləri nəzərə almaları xahiş olunur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az