Sizin reklam burada 728×90
Son dəqiqə

Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır

11.09.2026 10:19 130 1 dəq oxunur
Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
Qarabağ və Şərqi Zəngəzur torpaqları hazırda əsl dirçəliş yaşayır.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün bizim diplomatik korpusla birlikdə Qarabağa 22-ci birgə səfərimizdir. Son altı ildə biz Qarabağın və Şərqi Zəngəzurun gözümüzün önündə baş verən möhtəşəm və nümunəvi dəyişikliklərin şahidi olmuşuq. Hazırda bu torpaqlar əsl dirçəliş dövrünü yaşayır. Hər səfərdə biz bərpa və inkişafda yeni nailiyyətləri, eləcə də bu torpaqlara həyatın qayıtdığını görürük", - H.Hacıyev yazıb.
Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az