• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bakı Kommersiya Məhkəməsinin sədri məşhur dələduz Arzu Kazımovu belə qoruyur? – "Servis+" MTK işində qalmaqallı qərardadı necə alıblar

Cəmiyyət

Dünən, 13:45

"Servis+" MTK ətrafında bir ilə yaxındır davam edən məhkəmə mübahisəsi yeni və daha qalmaqallı mərhələyə qədəm qoyub. Kooperativin əsas təsisçiləri Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova, ədliyyə naziri Fərid Əhmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əhmədova müraciət ünvanlamaqla Bakı Kommersiya Məhkəməsində baş verən qanunsuzluqlara son qoyulmasını xahiş ediblər. Bildiriblər ki, məhkəmənin iş üzrə son qərardadı qanunsuz tikinti və mənzil satışlarının qarşısını almaq əvəzinə, əvvəllər dələduzluğa görə məhkum olunmuş layihə rəhbəri Arzu Kazımovun faktiki idarəçiliyini davam etdirməsinə şərait yaradıb. Onların sözlərinə görə məhkəmənin bu mövqeyi artıq yalnız mülki mübahisə deyil, məhkəmə sisteminin qərəzsizliyi ilə bağlı ciddi suallar doğurur. Bildiriblər ki, məhkəmə qarşı tərəfin maraqları daxilində iclası bir neçə dəfə təxirə salıb, prosesi sanki bir auksiona çevirib.  

Redaksiyamıza təqdim olunan sənədlərə əsasən, "Servis+" MTK-nın nizamnamə kapitalının 71,2 faizinə sahib olan əsas investorlar təxminən bir il əvvəl kooperativin idarəçiliyindən kənarlaşdırılıb. Bundan sonra əvvəllər dələduzluğa görə məhkum olunmuş layihə rəhbəri Arzu Kazımov Qaradağ rayonu, Lökbatan qəsəbəsində inşa edilən 8 bloklu, 16 mərtəbəli yaşayış kompleksini tikən kooperativ üzərində faktiki nəzarəti tam ələ keçirib, nəvəsi Kamal Məmmədovu MTK sədri elan edib və qanunsuz mənzil satışlarına başlayıb.

Əsas təsisçilər bildirirlər ki, həmin vaxtdan bəri məhkəmə çəkişmələrinə və müxtəlif dövlət orqanlarının qərarlarına baxmayaraq yaşayış kompleksində mənzillərin satışı davam etdirilir, kooperativin vəsaitləri üzərində sərəncam verilir və investorların hüquqları kobud şəkildə pozulur.

Onların sözlərinə görə, 2026-cı ilin yanvarında Bakı Kommersiya Məhkəməsi iddia təminatı tədbiri kimi MTK-da mənzillərin satışını və digər sərəncam əməliyyatlarını qadağan edən qərardad qəbul edib. Qərardadın icrası məqsədilə Qaradağ Rayon İcra Şöbəsi tərəfindən rəsmi xəbərdarlıqlar edilib və icra tədbirlərinə başlanılıb.

Təsisçilər bildirirlər ki, buna baxmayaraq Arzu Kazımovun rəhbərliyi altında mənzil satışları davam etdirilib. Bu faktın Qaradağ Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən də müəyyən olunduğu, bundan sonra isə Arzu Kazımovun nəvəsi, MTK sədri Kamal Məmmədov barəsində inzibati protokol tərtib edildib. Qaradağ Rayon Məhkəməsi Kamal Məmmədovu qanunsuz satışlara görə cərimələyib və mənzil satışlarının bir daha qadağan olunduğu qeyd edib. Bundan sonra da  qanunsuz mənzil satışı dayanmayıb, Arzu Kazımovun rəhbərliyi altında nəvələri MTK-da mənzil satmaqda davam ediblər və bu gün də edirlər. Bakı Apellyasiya Məhkəməsi Qaradağ Rayon Məhkəməsinin qərardadını qüvvədə saxlasa da, bu da azğınlaşmış, məhkəmə qərarlarını heçə sayan Arzu Kazımovu dayandırmayıb, MTK-da mənzil satışı davam edir.   

Arzu Kazımovun MTK-dakı qanunsuz fəaliyyətini durdurmaq üçün təsisçilərin ümumi yığıncağı keçirilib, Kamal Məmmədov vəzifədən uzaqlaşdırılıb, Zəka Zeynalov MTK-nın yeni sədri və qanuni təmsilçisi seçilib. Bu dəyişiklik dövlət reyestrində də rəsmiləşdirilib.

Dövlət reyestrində qanuni rəhbər kimi qeydiyyata alınmasına baxmayaraq, Zəka Zeynalov bu günədək kooperativin ofisinə daxil ola bilmir. Arzu Kazımov zorakılıqla, şantaj və şərləmələrlə məhkəmə qərarlarının və dövlət reyestrinin tələblərinə məhəl qoymur, faktiki idarəçiliyi zorakılıqla əlində saxlamaqda davam edir.

Təsisçilərin sözlərinə görə, MTK-nı nəzərətində saxlamaq üçün Arzu Kazımov Bakı Kommersiya Məhkəməsini də qanunsuz fəaliyyətinə alət etməyi bacarıb.

Belə ki, təsisçilər yeni sədr Zəka Zeynalovun Arzu Kazımov tərəfindən MTK-ya girməsinə məhdudiyyət yaratmasına qadağa qoyulması, gələcəkdə MTK-nın normal fəaliyyətinin təmin olunması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət ediblər. Məhkəmədən Arzu Kazımov və başına yığdığı qanunsuz dəstənin kooperativ ofisindən qeyri-qanuni istifadələrinin qarşısınının alınması, kooperativin sənədlərinin qorunması və fiziki maneələrin qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbirlərinin görülməsini xahiş ediblər. Bakı Kommersiya Məhkəməsi bu ilin yanvarında Arzu Kazımovun rəhbərlik etdiyi dəstəyə MTK-da mənzil satışını qadağa edən qərardad versə də, ötən gün – iyulun 14-də çıxardığı qərardadla onun qanunsuzluqlarına yol açıb.

 Təsisçilər deyirlər ki, bu qərardad faktiki olaraq mövcud vəziyyətin dəyişmədən saxlanılmasına, əmlak üzərində Arzu Kazımovun qanunsuz nəzarətinin davam etməsinə və yeni qanunsuz əməliyyatları üçün şərait yaranmasına səbəb olur. Eyni zamanda MTK-da gerçəkləşən və qanunsuz satılan mənzilləri alan çoxsaylı vətəndaşları da çox çətin duruma salır.

Onlar bildirirlər ki, bu qərar həmin məhkəmənin 2026-cı ilin yanvarında qəbul etdiyi və mənzil satışlarını qadağan edən qərardadla açıq ziddiyyət təşkil edir. Onların fikrincə, son qərardad Arzu Kazımovun fəaliyyətinin davam etdirilməsinə hüquqi zəmin yaradır.

O, vəkili Ruslan Umudov vasitəsilə Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədovla əlaqələrinin olduğunu gizlətmir və müxtəlif məhkəmə instansiyalarına təsir imkanlarından danışır. Təsisçilər deyirlər ki, məhz buna görə Arzu Kazımov özünü toxunulmaz hiss edir və məhkəmə qərarlarının icrasından demonstrativ şəkildə yayınır.

Təsisçilər hüquq-mühafizə orqanlarına, Məhkəmə-Hüquq Şurasına və digər aidiyyəti dövlət qurumlarına müraciət edərək Bakı Kommersiya Məhkəməsinin əvvəlki qərardadlarının icrasının təmin olunmasını, kooperativin sənədlərinin və əmlakının mühafizə altına götürülməsini, mənzil satışlarının dayandırılmasını və qanuni idarəetmənin bərpa edilməsini xahiş edirlər.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

28-07-2026, 17:34

Arzu Kazımov yenə qalmaqalın mərkəzində - “Servis+” MTK-da nə baş verir?

Gündəm / Cəmiyyət

22-01-2025, 14:27

“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm

5-04-2024, 20:55

Deputatlar bu gün nələri müzakirə etdi...

Cəmiyyət

25-07-2026, 10:58

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT

Gündəm / Cəmiyyət

10-07-2026, 12:58

Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR

Cəmiyyət

1-10-2026, 10:48

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA

Araşdırma

30-09-2026, 19:16

MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR

Gündəm / Cəmiyyət

25-01-2025, 14:50

“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."

Araşdırma
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
Bu gün, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Dünən, 17:57
Bakıda məktəbli bıçaqlanıb
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Xəbər lenti
  • Bu gün, 15:43
    Anar Bayramov Qubada vətəndaşları qəbu edəcək
  • Bu gün, 15:23
    Xəstələr yollarda qalıb: Yeni Klinikada MRT və KT işləmir... - NARAZILIQ VAR...
  • Bu gün, 15:00
    Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır"
  • Bu gün, 14:47
    Yasamalda səkilər “işğal altında” - FOTOLAR
  • Bu gün, 14:27
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Bu gün, 13:16
    “Bu şirkətin bütün işçiləri rəsmi əmək müqaviləsi olmadan çalışırlar...” - Prezident Administrasiyasına MÜRACİƏT
  • Bu gün, 12:40
    E-Bələdiyyə tətbiqi istifadəyə verildi
  • Bu gün, 11:44
    U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
  • Bu gün, 11:25
    İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır -Başçının adamına "dur" deyən yoxdu
  • Bu gün, 10:50
    Sahibə Qafarova: Azərbaycan İƏTPİ sədrliyini qəbul edəndə insan ləyaqətini əsas götürüb
  • Bu gün, 10:36
    Xəstəxana direktoru yeni TƏBİB şefinə etiraz olaraq İŞİNDƏN AYRILDI - FOTO
  • Bu gün, 10:10
    Nazirlər Kabineti sahibkarlara maliyyə yardımı ilə bağlı qərarını yeniləyib
  • Bu gün, 10:00
    20 manatlıq "Asiamed"ə 1.1 milyonluq tender verildi: ATU-nun seçimi... - TƏFƏRRÜAT
  • Bu gün, 09:38
    Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
  • Bu gün, 09:26
    “İmplantium” klinikasında QANUNLAR İŞLƏMİR - ÖZ ƏLİ... ÖZ BAŞI...
  • Bu gün, 08:58
    Bu gün Yasamalın bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Nazirlik: Dövlət başçısının yeni Fərmanı ilə övladlığagötürmə proseduru sadələşdirilib
  • Dünən, 18:28
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • Dünən, 18:15
    “Neptun”dakı endirim narazılıq yaratdı – Foto
  • Dünən, 17:57
    Bakıda məktəbli bıçaqlanıb
  • Dünən, 17:52
    783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim” - MƏHKƏMƏ
  • Dünən, 17:22
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:08
    Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
  • Dünən, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • Dünən, 16:45
    Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
  • Dünən, 15:56
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • Dünən, 15:43
    Bakıda restoranda şok hesab: 10 nəfərə 1236 manat - FOTO
  • Dünən, 15:12
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • Dünən, 15:01
    "Bazarstore"-dan xarab məhsul - FOTOLAR
  • Dünən, 14:37
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • Dünən, 13:45
    Bakı Kommersiya Məhkəməsinin sədri məşhur dələduz Arzu Kazımovu belə qoruyur? – "Servis+" MTK işində qalmaqallı qərardadı necə alıblar
  • Dünən, 13:42
    “Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
  • Dünən, 13:24
    Badamdarda yüksək gərginliyin altında böyük təhlükə - Kim və necə içazə verib? - VİDEO
  • Dünən, 13:15
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Dünən, 13:05
    Şamaxıda “kəsib, sonra sayırlar?” - Sakinlərin haqqını kim qoruyacaq? – VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə