• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qarabağ qazisi: “İcra başçısı dedi ki, sən şərəfsizsən, vicdansızsan...”

Cəmiyyət

23-08-2022, 21:01

“İki aya yaxındır ki, məni döyən polislərin cəzalandırılmasını tələb edirəm. Əvəzində, Daxili İşlər Nazirliyi özümü günahkar çıxarmağa çalışır. Barəmdə mənfi rəy formalaşdırmaq üçün başıma gələnləri təhrif edərək bütün günahları öz ayağıma yazıblar. Nəticədə, mənə işgəncə vermiş polislər cəzadan kənarda qalıb”.
PİA.az xəbər verir ki, bunu Toplum TV-yə Salyanın Varlı kənd sakini Kamil Məmmədov deyir.


II Qarabağ müharibəsi iştirakçısı 22 yaşlı Kamil Məmmədov iddia edir ki, iyunun 24-də səhər saatlarında işə gedərkən onu yoldan tutaraq Salyan Rayon Polis İdarəsinə aparıblar.

Deyir ki, orada döyülüb, sonra da şöbənin rəisinin iş otağında olan icra başçısının qarşısına aparılıb. İcra başçısı isə onu təhqir edib.

Kamil Məmmədov başına gələnlərlə bağlı videomüraciətini sosial şəbəkədə yayandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov öz sosial şəbəkə hesabında DİN adından çıxış edərək yazıb ki, keçmiş döyüşçüyə 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib.

Onun sözlərinə görə, qazi Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilib:

“Ötən ilin avqustunda rayon polis şöbəsinə yaşadığı kəndin icra nümayəndəsindən şikayət edib. Şikayəti araşdırılıb, təsdiqini tapmayıb, ancaq şikayətlərini davam etdirdiyi üçün şöbəyə dəvət olunub. Onunla söhbət aparıldıqdan sonra ərizə yazaraq heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilib, əksinə, diqqət və hörmətlə yanaşılıb”.

DİN sözçüsünün bu açıqlaması vətəndaşı qəzəbləndirib.

O deyir ki, 44 günlük müharibədən qayıtdıqdan sonra torpaq sahəsi və iş üçün yerli bələdiyyəyə, rayondakı Məşğulluq Xidmətinə müraciət edib. Nəhayət, Prezident Administrasiyasına yazdıqdan sonra ona bir kəndin kənarında 12 sot torpaq sahəsi verilib:

“Həmin ərazi şoranlıqdır, nə əksən, bitmir. Üstəlik də, torpağın sənədini verməyiblər. Sonradan xəbər tutmuşam ki, torpaq başqasınındır, xeyli əvvəl pul verib alıb”.



Şikayətlərindən sonra Kamil Məmmədova rayon mərkəzində yerləşən Baytarlıq Şöbəsində iş də verilib, 80 manat veteran təqaüdü də təyin edilib. Ancaq iş yerinin uzaq olması və maaş onu qane etməyib:

“Kənddə yaşayıram, iş yerimsə 40 kilometr aralıdadır. Maaşım da 280 manat... Hər gün işə gedib-gəlmək üçün azı 8-10 manat yolpulu xərcləyirəm. Təkcə aylıq yolxərcim mənə verilən maaşın yarısı qədərdir. Anam xəstədir, onun aylıq dərmanları 150 manatdan çox tutur. Bir sözlə, mənə verilən maaş dolanışığıma çatmır. Başçının qəbuluna gedib xahiş etmişdim ki, mənə yaşadığım kəndə daha yaxın yerdə iş verilsin. O isə dedi, çıx otağımdan, baş-beynimi xarab eləmisiz. Dedim, döyüşəndə, can qoyanda yaxşı idi, indi başınızı xarab eləyən olduq?.. Ağır sözlər deyib, hədələyib, otağından qovdu”.

Kamil Məmmədov başçının hərəkətlərindən Salyan Rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə şikayət edib. Bundan bir neçə gün sonra polis şöbəsinə aparılıb:

“Səhər Baytarlıq Şöbəsinin müdir müavini zəng vurdu. Dedi ki, iclas var, təcili gəl. Rayona çatanda bir neçə polis işçisi qəfil üstümə hücum çəkib məni tutdu. Onlara tabe olmadığıma görə döyə-döyə maşına mindirdilər, maşındaca bədənimə elektroşok vurdular, bədənim keyidi”



Deyir ki, onu polis şöbəsinə gətirib qollarını arxadan qandallayıblar və döyməyə davam ediblər:

“Qollarımı arxama qandallayıb, yerə yıxdılar. 3-4 polis işçisi məni döydü. Hələ biri üstümə çıxıb, məni tapdalayırdı. Sonra da dedilər ki, icra başçısı gəlib. Bundan sonra məni rəisin otağına apardılar, icra başçısı də ordaydı. Dedi ki, sən şərəfsizsən, vicdansızsan, cibinə pul qoymuşam, ancaq sən gedib məndən ora-bura şikayət yazırsan”.

Kamil Məmmədovun dediyinə görə, onun adından polislər özləri şikayətçi olmaması barədə ərizə yazıblar, əlindən tutaraq zorla qol çəkdiriblər və saat 17.00 radələrində şöbədən buraxıblar.

Dediyinə görə, hətta şikayətçi olarsa, yenə də harda olsa, tutub şöbəyə gətirəcəkləriylə hədələyiblər. Şöbədən buraxılandan sonra bir neçə dəfə Rayon Mərkəzi Xəstəxanasında müayinədən keçmək istəyib. Ancaq hər dəfə xəstəxana rəhbərliyi həkimlərin işdə olmadığını bəhanə gətirərək müayinədən keçirilməsini əngəlləyib:

“Bircə onu bilirəm ki, bu ölkədə qanun işləmir, bir qol gücü işləyir, bir də pul... Sıradan bir icra nümayəndəsinin kənddə hektarlarla torpaq sahəsi var, rayonun mərkəzində, Bakıda evi var, ancaq mənim kimi arxasız, kimsəsiz vətəndaş heç nə əldə edə bilmir. Tələb edəndə də qollarını qandallayırlar”.

Kamil Məmmədov Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət edib.

O, işgəncə verdiklərini iddia etdiyi polislərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb edir.

Salyan rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov iddiaları qəbul etməyib.

O, Toplum TV-yə deyib ki, qazi işə təmin olunub, ona torpaq sahəsi də ayrılıb.

“İcra başçısının onu təhqir etməsi ilə bağlı dediklərinə gəlincə, bu iddialar əsassızdır, yalandır”, deyə o, bildirib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-07-2022, 12:21

Qazinin şöbədə döyülməsi iddialarına DİN-dən münasibət

Hadisə

14-07-2022, 11:54

DİN Vətən müharibəsi iştirakçısının iddialarına münasibət bildirib

Siyasət

25-07-2022, 14:27

SON DƏQİQƏ! Prezident icra başçısını vəzifəsindən azad etdi

Cəmiyyət

28-07-2022, 17:10

Qazinin xanımının iddialarına - Rəsmi cavab

Mədəniyyət

13-08-2022, 18:29

Yazıçı Anar ona “xalq şairi” deyən icra başçısından danışdı

Cəmiyyət

13-07-2022, 13:24

Ekspertdən qalmaqallı sözlər: “Əsgərlikdə olmayıb, 14 ildir icra başçısıdır”

Bölgə

19-07-2022, 16:35

Salyan icra başçısının videosu da "səhnəcik" çıxdı: GÖRÜN KİM ÇƏKİRMİŞ (VİDEOFAKT)

Gündəm / Bölgə

18-07-2022, 10:00

İcra başçısından biabırçı addım: "Şəhid qardaşını təhqir edib, məhkəməyə verdi"

Cəmiyyət

31-08-2022, 19:00

Alimpaşa Məmmədov həbsdə 234 səhifəlik kitab yazıb

Cəmiyyət

14-07-2022, 15:38

Vətən müharibəsi qazisi: "Döyüşlərin şiddətli vaxtı ayağımı itirdim, yaralı halda 5 saat qaldım"

Şou-biznes

28-07-2022, 00:00

Kamil Zeynallının 10 yaşlı qızı maşın sürdü: DİN-dən reaksiya - VİDEO

Bölgə

7-07-2022, 12:59

Şahidlər döyüldüyünü, polis isə yıxılıb xəsarət aldığını deyir

Araşdırma
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
Bu gün, 17:57
Bakıda məktəbli bıçaqlanıb
Dünən, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
Xəbər lenti
  • Bu gün, 19:00
    Nazirlik: Dövlət başçısının yeni Fərmanı ilə övladlığagötürmə proseduru sadələşdirilib
  • Bu gün, 18:28
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • Bu gün, 18:15
    “Neptun”dakı endirim narazılıq yaratdı – Foto
  • Bu gün, 17:57
    Bakıda məktəbli bıçaqlanıb
  • Bu gün, 17:52
    783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim” - MƏHKƏMƏ
  • Bu gün, 17:22
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 17:08
    Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
  • Bu gün, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • Bu gün, 16:45
    Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
  • Bu gün, 15:56
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • Bu gün, 15:43
    Bakıda restoranda şok hesab: 10 nəfərə 1236 manat - FOTO
  • Bu gün, 15:12
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • Bu gün, 15:01
    "Bazarstore"-dan xarab məhsul - FOTOLAR
  • Bu gün, 14:37
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • Bu gün, 13:45
    Bakı Kommersiya Məhkəməsinin sədri məşhur dələduz Arzu Kazımovu belə qoruyur? – "Servis+" MTK işində qalmaqallı qərardadı necə alıblar
  • Bu gün, 13:42
    “Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
  • Bu gün, 13:24
    Badamdarda yüksək gərginliyin altında böyük təhlükə - Kim və necə içazə verib? - VİDEO
  • Bu gün, 13:15
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Bu gün, 13:05
    Şamaxıda “kəsib, sonra sayırlar?” - Sakinlərin haqqını kim qoruyacaq? – VİDEO
  • Bu gün, 12:49
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • Bu gün, 12:31
    Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
  • Bu gün, 12:05
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • Bu gün, 11:55
    "VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
  • Bu gün, 11:49
    Yasamalın icra başçısı kimin GÖZÜNƏ KÜL ÜFÜRÜR... - BU NƏDİ BELƏ?
  • Bu gün, 11:41
    Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
  • Bu gün, 11:28
    Burda müştəriyə köhnə yemək verilir... - "Çox ac idik deyə ..."
  • Bu gün, 10:44
    Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
  • Bu gün, 10:25
    “Qaçqınkom” dövlətin pulun belə “qaçırdır”:Bir mənbədən satınalma ilə...
  • Bu gün, 10:10
    Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub
  • Bu gün, 09:34
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • Bu gün, 09:09
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə