• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Zəngəzurda bir şəhər qaldı

Cəmiyyət

31-08-2022, 15:42

Ey dadi bidad danəndə dəhan dərviş d.... Deyirlər,

Unudulmuş oxucu,

Mən o şəhərdə doğulmuşam. Mən anamın bətnini yara - yara, doğraya - doğraya o şəhərdə, o torpaqda dünyaya göz açmışam. Mən soyuq bir qış günü o şəhərdə anamın bətnini uzaqlarda qoymuşam. O şəhərin hər qarışı yaddaşımda dəliliklər yaradır. O şəhərin hər addmını nəin ki varlığımda, vücudumda, hətta adımın üzərində hiss edirəm.

Qədim - qayım Zəngəzur elində misilsiz bir şəhər idi Qafan şəhəri. Nəyə görə məndə həmişə belə bir hiss yaranır ki, bu şəhərdə doğulduğum üçüm olduqca xöşbəxt bir adamam. Həm də ümumiyyətlə,mənə elə gəlirdi ki, bu şəhərdə doğulanların hamısı xoşbəxtdirlər. Bəziləri nə vaxtsa xoşbəxt olub. Bəziləri də nə vaxtsa xoşbəxt olmağa hazırlaşırlar.

Bu yerlərin əzəli türk oymaqlarının olmağı hər kəsə bəlli idi. Bu yerin adı isə Qafan şəhəri idi. Qarşıda bir dağ vardı ki, onun da asdına Xustub dağı deyərdilər. Xustubun başından ilimiz 12 ay qar əskik olmazdı. Elə biləsən bu dağ başında qarı yaşatmaq, əritməmək, qarı insan yaddaşından silməmək, qarı bütün fəsillərdə insanlığa sevdirmək üşün yaratmışdı Yaradan. Xustubun dibindən axıb gələrək şəhəri iki yerə gözəl - gözəl ayıran çayın isə adı nə olsa yaxşıdır: Oxçu.

Deyirlər,
Unudulmuş oxucu,
Təbii ki mən bu şəhərdə doğulub 2-3 yaşıma kimi qala bilmişdim. Sonra nənəm Firəngiz anamın dəhşətli israrına rağmən məni valideynlərimdən alıb kəndimizə aparıb orda böyüdəcəkdi. Anamın hər sabah mənim əlimdən tutub üzüaşağı Sarı dərədən (Sarı dərə Qafanda türklərin kompakt yaşadığı bir həhəllə idi:-x.t.) çıxaraq körpüdən, Oxçi çayının üzərindən aşırıb baxçaya apardığını unuda bilmirəm. Baxçaya getmək istəmir, o səbəbdən dirənir, anam işə tələsdiyi üçün haqlı olaraq da məni şapparrıyaraq sürüyüb baxçaya götürürdü.

Sabah günəş qarşıdakı təpələrin üzərindən düz evimizin balaca pəncərəsindən içəri sızardı. Bəzən şaxıyardı. Bəzən vurardı. Evimizin önündə olduqca balaca bir həyətimiz vardı. Bu həyətdə gözümü açandan gördüyüm tut ağacı da özgə bir xarüqə idi. Bizdən yuxarıda qonşumuzun oğlu Tağının göyərçinlərinin gəlib bu tut ağacımızın başına qonmağı nədənsə çox xoşuma gələrdi. Qonşumuz Firat dayının oğlu Qənimətin o ağacın başındfan düşmədiyi də gün kimi yadımdadır. Onu da xatırlayıram ki, qonşularımızdan birinin oğlu əsgər gedirdi. Bizə gəlmişdi. Tutun altında durmuşduq. Atam israrla o oğlana deyirdi ki, a bala, bax, getdiyin yerdə tapmayacaqsan, girəvədi, tutdan ye. O da nədənsə yemək istəmir, hərdən əlini uzadıb bir tut qırıb ağzına atırdı. Hə, yadıma düşdü, Novruz dayının oğlu Rəfi idi. Mən onu İrəfi çağırırdım. Özü də rəngi qaraydı. Bir az da hind kinolarındakı baş rolda oynayan oğlana oxşayırdı. Bir də Bəhlul əmi vardı. Əmimin həbsxnadan dostu olmuşdu. Atamla da dostluq edirdi. Barmaqları bilək yoğunluğunda gərri-gövdəli iri - yarı bir adamdı. Həyatım boyu onun nəhəngliyində adam görməmişəm. Həbsxanada ad - san qoymuşdu. Şəhərdə Bəhlul əmini ermənilər barmaqla göstərirdilər. Bizə gələndə dizlərini yerə qoyub əllərini də ön ayaq kimi yapar, belinə minməyimi istəyrədi. Daha doğrusu nə vaxt alışqanlığım yaranmışdı bilmirəm, o gələn kimi üzərinə yeriyirdim. O da ədəb - ərkanla öz işini bilirmiş kimi əvvəlli vəziyyəti alıb məni belinə mindirirdi. Mən də “çu, çu, çu” deyərək ayaqlarımla qarnına vururdum ki, sürətlə hərəkət eləsin. Atamla anam üstümə səslənirdilər ki, düş aşağa, utanmırsan, əminin belinə minirsən. Mən düşməzdim. Bir az da cəsarətimi yəqin ki, Bəhlul əmidən alırdım: dəymə, uşaqdı, qoy, minsin: - deməyindən.

Dedim ya, Bəhlul əmi, Gorus həbsxanasında əmimlə birgə yatmışdı. Əmim danışırdı ki, təzə həbsə düşdüyündə, xeyli erməni üstünə tökülüşürlər. Bəhlul əmi də baxır ki, erməniləri tək canıyla şil-şüt eləyir. Elə odu - budu bərk dostlaşırlar. Bəhlul əminin vaxtı qurtardığından azadlığa buraxılmışdı. Əmimi isə Gorusdan İrəvan həbsxanasına aparmışdılar. Mən dört yaşımda İrəvandakı həbsxananı əmimin görüşünə gedərkən görmüşdün.

Deyirlər,
Unudulmuş oxucu,


Qafan deyəndə adına Sarı dərə deyilən qaldığımız ərazinin hər qarışı varlığıma həkk olunduğunun fərqindəyəm... Qafan deyəndə o təpələrə səpələnmiş balaca evləri və o evlərin üzərinə düşən işıqdan başqa heç nə düşünmürəm. O evlərdən gələn səslər isə dünyanın ən möcüzəli səsləri kimi, indi də varlığımı titrədir. Hərdən aşağıdakı dərədə qazların çığırtısı eşidilirdi. O səs, o qazların çığırtısı elə bil mənim uşaqlığımı xüsusi ilə öz əlində böyüdüb, öz inhisarında saxlayıb. Qazlar çığırışanda mənə nədənsə elə gəlir ki, hava soyuq, bir az bozumtul olurdu. Dərənin, Sarı dərənin o tayı bu tayı türklərin məskunlaşdığı həyət evlərdən ibarət idi. O tay, bu tay döşlərə səpələnmiş bu evlərin balaca olmağına baxmayaraq, o evlərdən çıxan, sabah işə gedən, axşam geri dönən o kişilərin necə də heybətli boy - buxunu olduğunu gözlərimin önündən çəkilmir. Dərədə üzüaşağı axıb Oxçi çayına gedib qarışan suda hərdən qazların başını o axıntıya necə soxduqlarını, sonra sağa - sola silkdiklərini, qanadlarını çırpıb səslərinə güc verdiklərini gözümlə gedib görürdüm. Bir dəfə o qazlardan biri mənim budumdan dişlədiyindən göm - göy göyərmişdi. Bu qazların əsasən Simuzər xalanın olduğunu yaxşı bilirdim. Simuzər xala ən sevdiyim qonşularımızdan biriydi. Oğlu Nəsir və qızı Məlahət məndən 5 - 6 yaş böyük idilər. Anam bəzən məni və bacım Bilqeyizi Simuzər xala gildə, qızının yanında qoyub işə gedərdi. Məlahət bizə konfetdən tutmuş suya, çaya, peraşkiyə qədər hər şey verərdi. Anam bizi aparmağa gələndə isə, getmək istəməzdik.

Sonralar onu da anladım ki, hər bir yer, yurt, ərazi, topraq, kənd - kəsək həm də insan, insanlar, sevdiklərim deməkdir. Heç bir ərazi insansız sizə doğma gələ bilməz və gəlməyəcək. Biz torpaqlarımızı itimədik, biz insanlarımızı itirdik.
(ardını oxuyacaqsınız)

Xanəmir Telmanoğlu

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-08-2022, 11:04

Laçın şəhərində nə qədər erməni yaşayır?

Cəmiyyət / Mədəniyyət

14-01-2023, 16:40

Fərid Şərifov: SOCAR-ın birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik etdi

Siyasət

12-08-2022, 11:40

Tehran Azərbaycana mane olmaq istəyir - İrandan KRİTİK QƏRAR

Cəmiyyət

8-08-2022, 19:10

Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı - Erməni avtomobilləri yoxlanılır

Dünya

31-07-2022, 17:59

İranda daşqınlar davam edir: Bir çox küçələr, yollar sular altında qaldı 

Cəmiyyət

1-09-2022, 10:20

Erməni vandalizminə məruz qalmış Laçın şəhəri - FOTOlar

Maraqlı

20-08-2022, 13:45

Avstraliyada yüzlərlə acıqlı kenquru şəhərin küçələrinə dolub - VİDEO - FOTO

Gündəm / Ölkə

6-12-2022, 14:24

Fransız vəkil Şuşaya səfər edib

Dünya

16-07-2022, 19:59

Bu gün erməni xalqı seçim etməlidir

Dünya

5-01-2023, 18:44

Rusiya qüvvələri Xersonu atəşə tutub, bir ailənin bütün üzvləri həlak olub

Şou-biznes

3-08-2022, 11:25

"Rayonlardan gələnlərin əlindən Bakıda nəfəs ala bilmirik"

Olay

25-12-2022, 19:14

Şirvanda yaşayış binasında yanğın olub

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 12:27
Xəzər dənizində zəlzələ olub
Bu gün, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Xəbər lenti
  • Bu gün, 12:27
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 12:00
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • Bu gün, 11:40
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Bu gün, 11:31
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Bu gün, 10:55
    Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq
  • Bu gün, 10:40
    "EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
  • Bu gün, 09:45
    Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
  • Bu gün, 09:30
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
  • Bu gün, 09:14
    İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
  • Bu gün, 09:10
    “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
  • Bu gün, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Bu gün, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
  • Bu gün, 01:18
    Sabiq hüquq-mühafizə orqanı əməkdaşı Faiq Məmmədovun cinayət işinin qalmaqallı tərəfləri – Ailəsi ədalətli məhkəmə araşdırması tələb edir
  • Dünən, 13:00
    Türkiyə XİN Azərbaycanı təbrik edib
  • Dünən, 12:30
    Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • Dünən, 12:00
    Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
  • Dünən, 11:00
    Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
  • Dünən, 10:30
    Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 10:14
    Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • 17-10-2026, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • 17-10-2026, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • 17-10-2026, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • 17-10-2026, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • 17-10-2026, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • 17-10-2026, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • 17-10-2026, 16:00
    Mark Markes: 68 dərəcədə fizikaya meydan oxuyaraq
  • 17-10-2026, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • 17-10-2026, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • 17-10-2026, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • 17-10-2026, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • 17-10-2026, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • 17-10-2026, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • 17-10-2026, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • 17-10-2026, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə