• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ozon təbəqəsini qorumaq zamanın tələbidir

Cəmiyyət

16-09-2022, 13:47

Yer atmosferində ozonun miqdarı çox azdır. Əgər onu normal təzyiq altında cəmləşdirmək mümkün olsaydı, onda qalınlığı 3 millimetr olan təbəqə əmələ gələrdi. Buna baxmayaraq, ozon qatının əhəmiyyəti həyat üçün çox böyükdür.

Bunu Coğrafiya İnstitutunun “İqlim və aqroiqlimşünaslıq” şöbəsinin elmi işçisi Həsən Nəbiyev Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.

Alimin sözlərinə görə, ozon demək olar ki, bütün stratosferi əhatə edir: “O, atmosferin bu hissəsində ən vacib qaz sayılır və oksigenin 3 atomundan təşkil olunub. Ozon əsasən yuxarı stratosferdə Günəşin ultrabənövşəyi radiasiyasının təsiri nəticəsində əmələ gəlir: şüa enerjisi oksigenin adi - iki atomlu molekulunu ayrı-ayrı atomlara parçalayır, bu atomlar isə öz növbəsində yenidən oksigen molekulları ilə birləşir və ozon molekulunu yaradır. Ozonun əsas konsentrasiyası 25-30 kilometr hündürlükdə müşahidə olunur. İl ərzində onun maksimum kəmiyyəti yazda, minimumu isə payızda qeyd edilir.

Ozon molekulları Günəşdən gələn zərərli ultrabənövşəyi şüaları udur və Yer kürəsində bütün canlı aləmi onun öldürücü təsirindən qoruyur. Bu şüaların UA-B növü çox təhlükəlidir, onlar dəri yanıqları əmələ gətirir, yüksək konsentrasiyası isə insanlarda xərçəng, bitki və heyvanlarda isə müxtəlif xəstəliklərin inkişafına səbəb olur”.

H.Nəbiyev məlumat verib ki, XX əsrin 70-ci illərində Şimal və Cənub qütbü rayonlarında ozon qatının seyrəldiiyi və dağılmağa başladığı müəyyən edilmişdi. 1985-ci ildə Amerikanın “Nimbus” meteoroloji peyki Cənub qütbü üzərində “ozon deşiyini” aşkar etmişdi.

“Ozon təbəqəsinin nazikləşməsində insanın getdikcə inkişaf edən təsərrüfat fəaliyyətinin rolunu xüsusi qeyd etmək lazımdır. Elmi-texniki tərəqqi dövründə çoxlu zavod və elektrik stansiyaları tikilir, yerdə və havada nəqliyyat vasitələri artır, texnologiya və qurğularda istifadə edilən kimyəvi birləşmələrin miqdarı çoxalır. Nəticədə hər il atmosferə külli miqdarda zərərli tullantılar buraxılır.

Alimlərin fikrinə görə, problemin əsas yaranma səbəbi tərkibində xlor və ftor birləşmələri olan freonlardır. Bu təhlükəli qazlar 70-100 il atmosferdə qala bilir və ozon təbəqəsinin dağılmasına səbəb olur.

Xlorftorkarbon birləşmələrinin ucuz və effektli olması, guya ki, digər maddələrlə reaksiyaya girməməsi onun sənayedə geniş tətbiqinə səbəb oldu. Sonrakı tədqiqatlar göstərdi ki, bu maddələr atmosferdə toplanır, digər maddələrlə reaksiyaya girir və ozon təbəqəsini dağıdan maddələr yaradır.

Mario Molina, Şervud Roulend 1974-cü ildə özlərinin bu elmi kəşfini “Natura” jurnalında çap etdirdilər. Digər alimlər bu kəşfə əvvəlcə ciddi yanaşmadılar, onlar belə düşünürdülər ki, ozon qatının seyrəkləşməsi 100-200 ildən sonra problemə çevrilə bilər. Amma 1980-ci illərdə Antarktidaya təşkil olunan ekspedisiyalar və alınan nəticələr xlorftorkarbon birləşmələrinin stratosfer ozonuna mənfi təsirini təsdiq etdi.

Bundan sonra alimlər bu problemin həllinin vacibliyini və lazımi tədbir görmək zamanının çatdığını dünyanın bütün ölkələrinə anlatmağa başladılar”,- deyə alim bildirib.

Mütəxəssis onu da qeyd edib ki, bu sahədə 1986-cı ildə BMT-nin iştirakı ilə diskussiyaların aparılmasına başlanıldı. 1987-ci ildə isə 200-dən artıq ölkə Monreal Protokolunu imzaladı. Bu Protokola görə, xlorftorkarbonlu birləşmələrdən istifadə qadağan olundu.

“Bu sənədin qəbul edilməsinə baxmayaraq, tam nəticə əldə edilmədi. Məsələn, ölkələr soyuducularda stratosferi dağıtmayan digər maddələrdən istifadə etməyə başladılar, amma bu maddələr qlobal istiləşməyə səbəb oldu. Lakin 2016-cı ildə Monreal Protokoluna Kiqali düzəlişi əlavə edildi. Bunun nəticəsində ozon qatını xilas etmək mümkün oldu. Xlorftorkarbonun istifadəsi 1980-ci ilə nisbətən hazırki dövrə qədər 5 dəfə azaldı”,- deyə H.Nəbiyev fikirlərini tamamlayıb.



bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

11-08-2022, 14:01

Alim: "Lökbatanda palçıq vulkanı alovlanma ilə püskürüb"

Dünya

15-08-2022, 12:17

Kliçko 26 illik həyat yoldaşından boşanır

Maraqlı

11-09-2022, 19:39

Körpələrdə dəmirdefisitli anemiya

Ölkə

23-02-2023, 01:50

Kiçik rayonlar ləğv edilir? - Yeni islahatların anonsu

Şou-biznes

6-11-2022, 17:08

​Azərbaycanda müğənni xərçəngə tutuldu - FOTO

İqtisadiyyat

3-09-2022, 10:33

İtaliyalı analitiklər İlham Əliyevin səfərini şərh etdilər

Dünya

31-07-2022, 18:43

Metyu Brayza: “Avropa Kremlin enerji şantajına müqavimət göstərməyə hazırdır”

Cəmiyyət

9-08-2022, 11:56

Azərbaycanda havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb

Maraqlı

31-08-2022, 17:40

Sentyabrda hava necə olacaq? - Aylıq proqnoz

Maraqlı

3-08-2022, 10:09

Dünyada Omega 7-nin tək mənbəyi – Çingiz xan və Yuri Qaqarinin sevimli meyvəsi

İqtisadiyyat

26-07-2022, 20:02

Azərbaycan bərpaolunan enerji ilə bağlı qlobal trendləri necə izləyir?

Dünya

7-08-2022, 12:44

Ermənistanda ekoloji fəlakət heyvanları kütləvi şəkildə məhv edir

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Bu gün, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Bu gün, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Bu gün, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Bu gün, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Bu gün, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Bu gün, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Bu gün, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Bu gün, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Bu gün, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Bu gün, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Bu gün, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Bu gün, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Bu gün, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Bu gün, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Bu gün, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Bu gün, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Bu gün, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Bu gün, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Bu gün, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Bu gün, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Bu gün, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bu gün, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Bu gün, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Bu gün, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Bu gün, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə