Sizin reklam burada 728×90
Son dəqiqə

Sumqayıtda pişiklərə yem verən qadın cəzalandırıldı

13.07.2022 22:21 560 1 dəq oxunur
Sumqayıtda pişiklərə yem verən qadın cəzalandırıldı
Sumqayıtda 75 yaşlı qadın pişiklərə yem verdiyi üçün cərimələnib.

bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən S.Hacıyeva barəsində protokol tərtib olunub.

Belə ki, qonşular S.Hacıyevanın yaşadığı məhəllədə 100-ə yaxın pişik saxladığını, buna görə də antisanitar vəziyyət yarandığını bildiriblər. Onlar qadına irad tutaraq təhqir ediblər. Bununla bağlı S.Hacıyeva polis bölməsinə şikayət edib, lakin onun şikayəti icraata götürülməyib.

Bundan başqa qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) ilə protokol tərtib olunub.

Qeyd edək ki, müddəanın tələblərinə əsasən fiziki şəxslər 200 manatdan 400 manatadək cərimə olunur.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az