• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ölkəmizdə fahişə biznesi çiçəklənir...ərəblər otellərdə nələr törətmirlər... - Bu otellərin sahibləri niyə cinayət məsuliyyətinə cəlb olunmur..? VİDEO

Cəmiyyət / Sosial

1-08-2023, 11:06

Otellər turizm biznesi, yoxsa qadın alveri üçün inşa edilib..? Milli mentalitetimiz əldən gedir, cənablar!
Hüquq-mühafizə orqanları, DİN, İnsan Alverinə qarşı Mübarizə İdarəsi, Miqrasiya Xidməti hara baxır..?
Bir ailənin, bir qadının timsalında AİLƏ DRAMI, fahişə biznesi... – FAKT
Bir müddət əvvəl Bakıda oteldə "viaqra" içib ölən ərəb kişi barəsində xəbər yayılmışdı. Xəbərdən bəlli olurdu ki, Nərimanovda yerləşən "Caspian Business Otel”də İraq Respublikasının vətəndaşı Ammar Al Ce Cuborinin halı pisləşdiyindən otel rəhbərliyi təcili yardım çağırıb və həkimlərin səylərinə baxmayaraq ərəbin təzyiqini aşağı sala bilməyiblər və 51 yaşlı əcnəbi dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Ərəbin ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsi olub. Əgər medianı bir az araşdırsaq, belə faktlar kifayət qədərdir.
Deməli, gör ölkəmiz nə gündədirsə, ərəblər bura əxlaqsız əməllərdən çıxmaq üçün gəlirlər. Biz bilirik ki, məmurlarımızın ərəb dostları təbiət qoruqlarımızda quşbazlıq edirlər, qiymətli quşlarımızı ovlayırlar və üstəlik...otellərimizdə qız-gəlinləri pulla alırlar. Bu bir milli rüsvayçılıqdır. Görəsən, Azərbaycandakı müvafiq qurumlar, ictimai birliklər niyə səslərini çıxartmırlar..?
Digər ən vacib məqam odur ki, son illər tikilən otellər turist qəbul etmək üçündür, yoxsa fahişəxanalıq üçün tikiliblər..?
Bütün bunları da bir kənara qoyaq. Bəs ölkənin hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyi, Miqrasiya Xidməti və İnsan Alverinə qarşı Mübarizə İdarəsi və s qurumlar hara baxır..? Məgər Azərbaycan orta əsrlər, qul alveri dövrünü yaşayır..?
İndi isə gəlin bir ailənin, bir qadının timsalında ölkəmizdə baş verən faciəyə, ailə dramına, fahişə biznesinin ölkəmizdə çiçəklənməsinə nəzər salaq. Ailə dramını yaşayan qadının dediklərini olduğu kimi cəmiyyətimizə və müvafiq dövlət qurumlarına çatdırırıq: QULİYEVA ZEYNƏB - MƏNİM 18 İLLİK AiLƏMİN, MALIMIN, MÜLKLƏRİMİN DAĞILMASINA SƏBƏB OLAN BAR QADINI...
Keçən ilin əvvəllərində yoldaşım Basem Darviş Neftçilərdə yerləşən "X Life" gecə klubunda işləyirdi və mənim oğlum Nurlanı da ofisiant olaraq orada işə düzəltmişdi. Oğlum Nurlan da şahiddir ki, Zeynəb Quliyeva "X Life" a yanında qızlarla özlərini ərəblərə pula satmağa gəlirlərmiş. Beləliklə, Zeynəb orada mənim ərim ərəb Basemlə tanış olub. Basem Badamdarda "Dubay İnternational" otelin nəzdində "Şeyx" Klub"da işləməyə başladı. Mən yoldaşım Basemin telefonunda çoxlu qızların nömrələrini və onlarla əlaqə saxladığını görürdüm və ərimin ailəmizə qarşı dəyişdiyini hiss edirdim. Uşaqlarımın da yanında qızlarla ailəyə uyğun olmayan sözlərlə danışırdı. İş vaxtları ərəblərlə nalayiq söyüşlərdən istifadə edərək danışırdı. Basemin evdə bizlə də danışıq tərzi dəyişmişdi. Mənim körpələrimlə nalayiq söyüşlərlə danışırdı. Basem oğlum Nurlanı da "Şeyx Klub"a gətirmişdi, ofisant olraq orada işləyirdi. Bir gün oğlum mənə dedi ki, mama Zeynəb adlı biri ərəblərə pulla satmaq üçün yanında çoxlu cavan qız gətirir və "Şeyx Klub"da Basemlə birgə ərəblərə satıb dollar qazanırlar. Oğlum Nurlan deyir ki, Zeynəbi Basem ərəbə satılmağa qoymur, deyir sən mənim ol, qızları sataq bəsimizdi. Hər şey bu "Şeyx Klub"dan başladı.
Bir gün ərim Basem evə gələrək, mənimlə maşının, evin satılmasının tələbini etdi ki, Zeynəblə biznes edirik, klub açırıq, ev, maşın satılmalıdır. Zeynəbin çoxlu qız tanışları var, mən də ərəbləri gətirib, öz klubumda satacağıq və varlanacağıq. Mən Basemə bildirdim ki, mən elə varlıyam da niyə əmlaklarımı satmalıyam ki, mən bundan da varlı olacam?
Əlbəttə ki, bu olanlardan sonra mən etirazımı bildirəndə hər dəfə məni döyüb evdən gedirdi və deyirdi ki, səni boşayıb qohumlarının içində biyabır edəcəm. Oglum Nurlanı da ofisiant işindən döyüb, çıxartdı. Onu da bildirim ki, bacım oğlu da Basemin yanında ofisiant işləyirdi, Basemlə Zeynəb onu da işdən çıxatrdılar ki, mənə artiq bilgi, məlumat verməsinlər.
Beləliklə, Bəsemlə Zeynəbin mənə qarşı düşmənçilikləri başladı, mənim mülklərimi əlimdən almaq üçün hər hiyləyə əl atdılar. Ərim evdən acıq edib gedirdi ki, mən uşaqlarımı atasız qoymaqdan, boşanmaqdan qorxduğum üçün, razı olum maşınları, evləri satıb, buna biznes etməyə razılıq verim.
Əlbəttə o zaman mən bütün bu başıma gələnləri, bu gün bütünlüklə yaşayacağımı bilmirdim. Hər şey əlimdən hədə-qorxuyla, döyülə-döyülə qonşuların gözü önündə Basem tərəfindən əlimdən alınıb, məni sürüyüb küçələrdə döyərək, yerə atıb getdiyinə bütün qonşular şahiddir. Dəfələrlə mən ərimin açdığı "Prestij" kluba gedib qızımla, kürəkənimlə Basemin iş yoldaşları ilə görüşmüşük, onlar mənə söz verdilər ki, sənin maşınını bank götürməsinə izin vermərik köməklik edib sənin maşınının pulunu qaytararıq. Amma hamısı yalan oldu heç bir şey qayıtmadı, hər şey getdi, maşının pulunu da Basem götürüb qaçdı.
Dəfələrlə mən Quliyeva Zeynəbə xəbərdarlıq etmişəm ki, o əhatəndəki qızları mənim ərimlə ərəblərə satdığın barədə Hüquq-Mühafizə Orqanlarına şikayət edəcəm, əl çək, mənim ərimdən. Əvəzində mənim ərim Basem Zeynəblə birgə məndən polisə şikayət ediblər və həmin vaxt polis məni dəvət edib izahat almışdır. O işdə Zeynəbin günahkar olduğu da ortaya çıxmışdır. Zeynəbin bu çirkin əməlləri, ətrafındakı qızları ərəblərə satması "X Lady", "Şeyx Farsaj" prestij klublarda davam edir.
Hal-hazırda Zeynəb Quliyeva mənim ərim Basemla Nərimanovdakı "Ekstra" klubda 4 aydır əməllərini davam etdirirlər. Dəfələrlə ərimin araxasınca "Ekstra"ya gedib qaçırdığı malımı-mülkümü tələb edəndə mən gözlərimin şahidi oldum ki, Zeynəblə Basem ərəblərə Zeynəbin tanıdığı qızları satıb öz maşınları ilə "Hilton" otelə yerləşdirməyə apardılar. Öz gözlərimin şahidi oldum. "Hilton" oteldə ərim Basemə bu çirkin əməldən əl çəkməsini bildirdim. O, məni söyüb, hədələyib öldürəcəyini bildirdi ki, yaxşı edirəm mənim arxam güclüdür, mənə heç bir şey edə bilməzsən. Beləlikə bir ildən artıqdır ki, Quliyeva Zeynəb və mənim ərim Basem bütün mal-mülkümü ələ keçiriblər, hədə-qorxu ilə məni döyərək, maşın altına ataraq, restoranımın əşyalarını oğurlayıb satıblar və Basem evimdən gəlib 10 min manatlıq qızıllarımı oğurlayıb.
Gecə saat 11-də evimdən qaçanda bütün qonşular onu tutmaq istədilər, tuta bilmədilər. Basem qaranlıqda qızılları götürüb qaçdı. Bütün qonşularım şahiddir ki, bu hadisələr 1 ildir mənim başıma gəlib. Hətta ərim Basem həmin Zeynəblə Xırdalan Vəkil Bürolarına da müraciət ediblər ki, mənim əlimdən mülkümü necə alsınlar. Bu barədə mənə məlumat verdilər və bunun alınmayacağını bilib başqa yollara əl atdılar. Hədə-qorxu, döymək, maşının altına atmaq yolu ilə bütün mülklərim, restoranım, maşınlarım hamısı əlimdən getdi.
Hal-hazırda Quliyeva Zeynəb ərim Basemlə "Ekstra" klubun qarşısında tamada adı altında ərəb maşınlarına yaxınlaşır, ərəblərə qız təklif edir. Zeynəb də boynuna birka asıb guya bələdçi adı altında öz tanıdığı fahişə qızları Basemin tanıdığı ərəblərə satıb otellərə aparır. Gün ərzində 1000-2000 dollar pul qazanırlar. Mənim ərim bu çirkin pullara görə, Zeynəbə qoşulub mənim hər şeyimi əlimdən aldılar və hələ də öz çirkin əməllərini davam etdirirlər.
Redaksiyadan: Biz bir media olaraq Azərbaycan vətəndaşı olan qadının, onun ailəsinin, övladlarının başına gələnləri, qadın alveri, otellər, gecə klubları barədə təfsilatı ilə yazdıq. İndi söz Hüquq-Mühafizə Orqanlarınındır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

13-07-2022, 20:26

63 yaşlı kişinin meyiti tapılıb

Hadisə

17-07-2023, 13:43

Ata oğlunun toyundan sonra özünə niyə qəsd edib? - TƏFƏRRÜAT

Hadisə

7-07-2022, 16:44

Azərbaycanda qadın iynədən şoka düşüb ÖLDÜ

Hadisə / Video

6-07-2023, 11:37

Bıçaqlanıb ölən tələbəni yaralı halda özəl klinika qəbul etməyib? - VİDEO

Hadisə

18-07-2022, 06:50

Salyanda 45 yaşlı kişi intihar edib

Hadisə

6-08-2022, 14:57

13 yaşlı oğlan Xəzərdə boğuldu

Maraqlı

1-09-2022, 13:20

Arvadına bal ayında xəyanət edən kişi polisə düşdü

Hadisə

6-09-2022, 20:38

Qadın 49 yaşlı sevgilisini bıçaqladı - Yeməyə görə

Dünya

27-08-2022, 20:40

Oğul hamilə anasını bıçaqladı

Cəmiyyət

14-07-2022, 21:11

Metroda halı pisləşən qadına ilkin yardım göstərilib

Dünya

18-08-2022, 20:53

İdmançının yalan iddiasına görə biznesi iflasa uğrayıb

İqtisadiyyat

14-07-2022, 19:50

Harada istirahət daha ucuz başa gəlir? - Abşeron çimərlikləri və bölgələrimizdəki QİYMƏTLƏR

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Dünən, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Dünən, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Dünən, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Dünən, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Dünən, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Dünən, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
  • Dünən, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 09:17
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • Dünən, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • 20-09-2026, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə