Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya öz ərazisinə 38 aviabomba atdı

02.07.2024 01:28 292 1 dəq oxunur
Rusiya öz ərazisinə 38 aviabomba atdı
2023-cü ilin aprelindən 2024-cü ilin aprelinə qədər Rusiya təyyarələri tərəfindən buraxılan ən azı 38 idarə olunan bomba Belqorod vilayətinə düşüb.

Bakunews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" Ukrayna kəşfiyyatının ələ keçirdiyi sənədə istinadən məlumat dərc edib.

Məlumata əsasən, Belqorodun özünə azı dörd aviabomba düşüb, daha yeddisi isə şəhərətrafı ərazilərdə aşkar edilib. Qalan mərmilər Belqorod vilayətinin digər ərazilərinə düşüb.

Ekspert bu qüsurları rus ordusunun arsenalını tez bir zamanda artırmaq üçün istifadə etməyə məcbur olduğu ucuz komponentlərlə əlaqələndirib.

Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az