• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Milyonlarla can alan Kəşmir DAVASI: Hindistan-Pakistan münaqişəsi necə başladı?

Dünya

8-05-2025, 09:34

Xəbər verdiyimiz kimi, bu gecədən başlayaraq, Hindistan Hərbi Hava Qüvvələri Pakistan ərazisini bombalayıb.

Lent.az iki ölkə arasındakı münaqişənin tarixini təqdim edir:

Hindistan–Pakistan münaqişəsi necə başladı?

Münaqişənin səbəbi Böyük Britaniyanın Hindistanı bölüşdürməsindən sonra Cammu və Kəşmir ştatlarının hansı dövlətə məxsus olması ilə bağlı yaranmış ziddiyyətlər idi. Ştatda müsəlmanlar üstünlük təşkil etsə də, (Britaniya Hindistanının bölünməsi şərtlərinə görə ştat Pakistana aid olmalı idi), lakin hakim dairələr və Kəşmirin maharacı hindlilərdən ibarət olduğuna görə onlar Kəşmirin Hindistana birləşdirilməsi haqqında qərar qəbul etdilər.

Cammu və Kəşmir ştatları münaqişələrdən əvvəl

1815-ci ilədək müasir dövrdə Cammu və Kəşmir kimi tanınan ərazidə 22 kiçik knyazlıq (16 hind və 6 müsəlman knyazlığı) vardı. Onların bir hissəsi Əfqanıstan əmirinin nəzarəti altında idi. Hind knyazlıqları imperator Əkbərin dövründən Böyük Moğol imperiyasının vassalları olan racput knyazları tərəfindən idarə olunurdu. Böyük Moğol imperiyasının süqutundan sonra və qurkların dağlıq knyazlıqlara basqınından sonra onlar sinqlərin hökmdarı Rancit Sinqin hakimiyyəti altına düşdü.



Hindistanın bölüşdürülməsi

Böyük Britaniyanın Hindistan knyazlıqları üzərində hökmranlığının başa çatması yerli əhalinin seçmək, knyazlıqların Hindistana və ya Pakistana birləşmək və ya öz müstəqilliyini elan etmək hüququnun tanınması ilə müşayət olunurdu. Britaniya qoşunları Hindistanı hələ tamamilə tərk edənədək Cammu və Kəşmir knyazlığının hakimi Hindistanın və Pakistanın təkidi ilə yeni yaranmış bu iki dövlətdən birini seçməli idi.

Hindistan və Pakistan arasında ilk müharibə

İki ölkə arasında ilk müharibə 1947-ci il oktyabrın 21-dən, 1948-ci il dekabrın 31-dək davam edib. Müharibənin ilk mərhələsində Pakistan knyazlıqların şimal hissəsini Azad Cammu və Kəşmir adı ilə öz ərazisi elan etdi və buraya qoşunlarını yeritdi. Müzəffərabad və Domel adlanan sərhəd rayonlarında cəmlənən Pakistan qoşunları qısa müddətdə kəşmirlilərin tayfa könüllülərindən ibarət ordusunu darmadağın etdi (sərhəd rayonlarında yerləşən hind hərbi hissələrində müsəlman əsgərlərin bir hissəsi qiyam qaldırdılar və pakistanlılarla birləşdilər).



Müdaxilənin başlanğıcında məqsəd ilk növbədə, dövlətin yay iqamətgahı və əsas şəhəri hesab olunan Srinaqar şəhəri ilə birlikdə Kəşmir vadisi üzərində nəzarəti ələ keçirmək idi (Cammu şəhəri dövlətin qış iqamətgahı idi). lakin Srinaqara doğru hərəkət edən qoşunların əsas hissələri işğal olunmuş şəhərlərdə qalaraq talançılıqla məşğul olmağa başladılar.

İkinci mərhələdə Hindistan fəal hərbi əməliyyata başlayaraq qoşun və texnikasını Srinaqar rayonuna yönəldərək şəhərin ətrafında dairəvi müdafiə təşkil etdilər və müsəlman könüllülərinin hərbi hissələrini məğlub etdilər. Darmadağın edilmiş tayfa qüvvələri Baramula və uri şəhərlərinə qaçdılar və tezlikə bu qüvvələr dağıldı. Lakin vadinin Punç şəhərində Kəşmir qoşunları müsəlman qüvvələri tərəfindən mühasirəyə alındılar.

Gilgitdə yerli könüllülər Pakistanın Hindistana müdaxiləsini müdafiə edirdilər və Kəşmirin şimal hissəsinə nəzarəti ələ keçirdilər. Çitral şəhərinin könüllüləri də yerli hakim Mextarın başçılığı ilə Pakistana birləşdilər.

Birinci müharibədə Kəşmir, Bizon, Ördək, Qulab, Visay və s. əməliyyat həyata keçirilib. 1949-cu il yanvarın 1-də iki ölkə arasında atəşkəs elan olundu. 27 iyulda Hindistan və Pakistan cəbhə xətti boyunca atəşin kəsilməsi haqqında müqavilə imzaladı. Kəşmirin 60 faizi Hindistanın, 40 faizi isə Pakistanın nəzarəti altına keçdi.



Ikinci Hindistan-Pakistan müharibəsi

Bu müharibə 1965-ci ilin avqust-sentyabr aylarında olub. Tezliklə bu münaqişə iki dövlət arasında sərhəd müharibəsinə çevrilib. Hərbi əməliyyatlar nəticəsində Pakistan tərəfindən 3,000 - 5,000 nəfər , Hindistan tərəfindən 4,000 - 6,000 nəfər həlak olub, 8623 nəfər yaralanıb. BMT-nin işə qarışması nəticəsində hərbi əməliyyatların qalibi müəyyənləşdirilmədən başa çatdırıldı.

Kaç Pannı

1965-ci ilin yazında Hindistanla Pakistan arasında Böyük Kaç Pannı adlanan səhraya görə sərhəd münaqişəsi baş verdi. Mart-aprel aylarında hər iki ölkənin sərhədçiləri arasında silahlı toqquşmalar kəskinləşdi. Hindistan və Pakistan sərhəd bölgəsinə əlavə qoşun hissələri yeritdilər. Münaqişə Böyük Britaniyanın müdaxiləsi nəticəsində tam gücü ilə alovlanmağa imkan tapmadı. İngiltərənin vasitəçiliyi ilə tərəflər 30 iyunda atəşin kəsilməsi haqqında müqavilə imzaladılar. 4 iyul 1969-cu ildə İslamabadda imzalanan müqaviləyə əsasən Kaç Pannı ətrafında yaranmış mübahisə tamamilə nizama salındı. Pakistana səhranın 900 km²-lik ərazisi verildi.

Üçüncü Hindistan-Pakistan müharibəsi

Hərbi konflikt Hindistan və Pakistan arasında 1971-ci ilin dekabrında baş verib. Müharibənin səbəbi isə Hindistanın Şərqi Pakistana müdaxiləsi olub. Bölünmə zamanı Pakistan bir-birindən aralıda yerləşən iki bölgəyə ayrılır. Onlar arasında 1600 km məsafə var. Bu Pakistan üçün əlverişli deyildi. Səbəb isə Şərqi Pakistanın təhlükəsizliyinin təminatında çətinliklərin yaranması ilə bağlı idi. Hindistanla olan münasibətlər ilk gündən gərgin idi. Birinci Hindistan-Pakistan müharibəsi və İkinci Hindistan-Pakistan müharibəsi Kəşmir ilə bağlı yaranan ərazi mübahisəsindən törəmişdirsə, bu münaqişə isə Şərqi Pakistanda baş vermiş vətəndaş müharibəsindən irəli gəlirdi.



Müharibənin başlaması

İlk əvvəllər Pakistan Ordusu demək olar ki, müqavimətə rast gəlmir. Yazın sonlarında ordu Banqladeşin bütün şəhərlərini ələ keçirir. Kəndlərdə isə partizan hərəkatı başlayır. Onun iştirakçıları "Mutki Baxini" adlanan təşkilatda birləşirlər. Partizanların sayı istər ordudan fərarilik edən əsgərlərin, istərsə yerli əhalinin sayəsində artırdı. 1971-ci ilin sonunda Banqladeşdə 200 mindən 2 milyona qədər insan həlak olub. 8 milyon insan Hindistana qaçıb.

Hindistanın baş naziri İndira Qandi yeni dövlətin müstəqilliyini elan etməsindən sonra dərhal onları dəstəkləyir. Hindistan özünün əzəli düşməninin zəifləməsini istəyirdi. Yeni-yeni qaçqın axınlarının Hindistana gəlməsi burada vəziyyəti gərginləşdirirdi. Qaçqınlar yerli əhalinin vəziyətini daha da kəskinləşdirirdi. Hindistan münaqişənin tezliklə bitməsinin tərəfdarı idi. Bu zaman Hindistan hökuməti «Muti dakini» təşkilatına hərbi yardım göstərirdi. Artıq, 1971-ci ilin yayında partizanlar əks hücuma başlayırlar. Ölkə 11 bölgəyə bölünür. Bu bölgələrin hər birinə Pakistan ordusunun keçmiş zabitləri rəhbərlik edirdi. Partizanlar kiçik aviasiya qüvvələri və çay donanmasına malik idilər. Hindistanda düşərgələri və bazaları olan üsyançılar uğurlu əməliyyatlar həyata keçirə bilmişdilər.

Pakistan hökuməti belə qərara gəlir ki, nə qədər Hindistan üsyançılara kömək göstərir onlara qalib gəlmək mümkünsüzdür. Bu zaman Hindistan ordusu sərhəddə cəmləşmişdi. Bu isə gərginliyi daha da artırdı. 21 noyabrda hər iki ordunun cəmləşdiyi ərazidə gərginlik son həddə çatır.



“Çingiz Xan” əməliyyatı

3 dekabr günün ikinci yarısında Pakistan Hərbi Hava Qüvvələri hindlilərin avia bazalarınlarını bombalayır. Bu plan hələ ilk dəfə Altı günlük müharibə zamanı işlədilmişdi. Belə ki, İsrail ordusu qəfil hücumla ərəb ölkələrinin aviasiyasını darmadağın etmişdi. Bu, Pakistan ordusu tərəfindən "Çingiz xan" əməliyyatı adlandırılırdı. Bu əməliyyat Hindistan ordusuna elə də böyük zərbə vurmur. 4 dekabr tarixindən Hindistanda səfərbərlik elan edilir və silahlanma gücləndirilir.

Banqladeşdə yerləşən Pakistan ordusunun vəziyyəti isə bu ərəfələrdə kəskin idi. Demək olar ki, orduya havadan kömək edilmirdi. Buna görə də Pakistan ordu rəhbərliyi Hindistana ikinci cəbhə açaraq onun iki cəbhədə vuruşmağa təhkim etmək niyyətində idilər. Ancaq Hindistanın Pəncab polkunun 23-cü batalyonu 5-6 dekabr tarixində Pakistanın 51-ci piyada briqadasının qarşısını ala bilir. Bu döyüşdə hindlilərin bombardmançı təyyarələri mühüm rol oynayırlar. Avia zərbələr nəticəsində Pakistanın hərbi texnikaları sıradan çıxarılmışdı. Bu zaman Hindistan ordusu nəinki müdafiə olunur, hətta hücuma keçərək sərhədyanı əraziləri işğal edib.

Şərq cəbhəsində isə hindlilər yerli partizan qüvvələrinin dəstəyi ilə asanlıqla irəliləyə bilirdi. Üstəlik, çaylarda asan üzə bilən PT-76 tankları və havadan isə Mi-4 helikopterlərinin dəstəyi ilə artıq onlar qısa müddət ərzində Dəkkə şəhərinə çatırlar. 16 dekabrda Banqladeşdə yerləşən Pakistan qüvvələrinin rəhbəri general Əmir Abdulla Xan Niyazi danışıqsız təslim olma müqaviləsinə qol çəkir. 17 dekabr tarixində Hindistan atəşkəs elan edir. Bununla da müharibə bitir.

Üçüncü müharibədə 100–127 mm-lik kalibrli güllələrdən istifadə edilib. Bu isə ucuz və effektivliyi ilə seçilirdi. Bu müharibədə ənənəvi sualtı bombalardan istifadə edilirdi.



Üçüncü müharibənin nəticəsi

Müharibənin nəticəsində Banqladeş müstəqilliyini əldə edir. 16 dekabr Banqladeşdə qələbə günü kimi qeyd edilir.

Müharibə bitdikdən dərhal sonra Pakistan prezidenti Yəhya Xan istefa verir və onu Zülfüqar Əli Bhutto əvəz edir. O, Şərqi Pakistan xalqından üzr istəyir. Onun ən böyük uğuru əsirlikdə olan pakistanlı hərbçilərin heç bir məhkəmə qurulmadan ölkəyə gətirilməsi olur. Siml anlaşması imzalandıqdan sonra üç ölkə arasında normal əlaqələr qurulur.

Qeyd üçün bildirək ki, Pakistan Azərbaycanla dost və qardaş ölkədir. Ölkəmizin müstəqilliyini ilk tanıyan 3 dövlətdən biridir. Belə ki, Pakistan İslam Respublikası 1991-ci il dekabrın 13-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb. Daim Qarabağ münaqişəsində ölkəmizi dəstəkləyib və Azərbaycanın yanında olduğunu beynəlxalq tribunalarda səsləndirib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

30-05-2024, 12:03

Kəşmir məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir - Nazir

Dünya

24-04-2025, 17:06

Pakistan Hindistan təyyarələri üçün hava məkanını bağladı

Gündəm / Siyasət

30-04-2025, 16:29

Qapıda olan müharibə - hadisənin Yeni Delhiyə aparan izləri - ŞƏRH

Dünya

25-04-2025, 10:55

Pakistan Hindistanla münaqişənin nüvə qarşıdurmasına çevrilə biləcəyinə dair xəbərdarlıq edib

Cəmiyyət

15-08-2024, 16:50

Yada düşən Övrəngzib və Nadir – İrəvandakı hindistanlı səfirin saxtakarlığı - TƏHLİL

Gündəm / Dünya

25-02-2025, 15:12

Azərbaycan-Pakistan əlaqələri – iki milyardlıq əməkdaşlığa doğru - ANALİZ

Dünya

7-05-2025, 10:50

Pakistan ordusu Hindistanı Kəşmirdəki SES-ə hücumda ittiham edib

Dünya

6-09-2023, 21:19

Pakistan Əfqanıstanla sərhədi bağladı

Siyasət

22-07-2024, 02:54

Möhkəm təməl üzərində qurulan dostluq

Siyasət

24-06-2023, 14:44

Pakistan və Azərbaycan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır

Gündəm / Cəmiyyət

19-07-2024, 09:19

Möhkəm təməl üzərində qurulan dostluq

Siyasət

16-09-2022, 13:43

Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşü olub

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Bu gün, 09:55
Bakıda yük maşını piyadanı vurub
6-06-2026, 12:51
Binədə mağaza yanıb
5-06-2026, 18:03
Bakıxanovda yaşayış binası yanır
2-06-2026, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
2-06-2026, 15:31
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
2-06-2026, 11:17
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Xəbər lenti
  • Bu gün, 19:06
    Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər
  • Bu gün, 19:00
    “Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA
  • Bu gün, 18:26
    Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb
  • Bu gün, 18:11
    ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
  • Bu gün, 17:47
    Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb
  • Bu gün, 17:25
    Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 17:09
    Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır
  • Bu gün, 16:39
    Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir
  • Bu gün, 16:29
    “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 15:52
    Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq
  • Bu gün, 14:08
    Ruslan Quliyev vəfat etdi
  • Bu gün, 13:57
    İran Tehrana növbəti hücum barədə məlumat yayıb
  • Bu gün, 12:55
    500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
  • Bu gün, 12:38
    Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır
  • Bu gün, 12:31
    "Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." - MÜRACİƏT
  • Bu gün, 11:44
    İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... - NARAZILIQ VAR...
  • Bu gün, 11:12
    MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb
  • Bu gün, 11:00
    “5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” - VİDEO
  • Bu gün, 10:36
    General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir
  • Bu gün, 10:29
    "Azərikimya"da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR... - "Bundan sonra harda iş tapaq?"
  • Bu gün, 09:55
    Bakıda yük maşını piyadanı vurub
  • Bu gün, 09:48
    Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ... - NARAZILIQ VAR...
  • Bu gün, 09:04
    Bakının iki rayonunda işıq olmayacaq
  • Bu gün, 08:53
    “Möcüzə” marketdə "Mocuzə"lər davam edir - Dayısı yuxarıdadır kim ona nə deyə bilər...
  • Bu gün, 08:37
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dünən, 23:46
    Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
  • Dünən, 17:00
    İsrail Ordusu HƏMAS-ın bölmələrindən birinin komandirini zərərsizləşdirib
  • Dünən, 16:00
    Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
  • Dünən, 15:30
    Sabah Bakıda yağış yağacaq, bir sıra rayonlara dolu düşəcək
  • Dünən, 15:00
    Paşinyan: Ermənistan hələ Aİ-yə namizəd statusuna hazır deyil
  • Dünən, 14:00
    Sabirabadda qrunt sularının axıdılması üçün açıq körpü tikiləcək
  • Dünən, 13:30
    Tayvan Çinin hərəkətlərinə cavab olaraq sahil mühafizəsi gəmilərini göndərib
  • Dünən, 13:00
    Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
  • Dünən, 12:55
    “Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
  • Dünən, 12:10
    Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə