• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Faro” mağasazı saxta mal satır?

Cəmiyyət

19-11-2025, 19:13

“Şəhərin mərkəzində yerləşən və bahalı zinət əşyaları satılan “Faro” mağazasından üzük aldım. Üzərində ametist daşı olan 330 AZN-lik gümüş üzüyün daşı saxta çıxdı”.
BakuNews.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Yeganə Özcan müraciət edib.

O, 10 ildən sonra Bakıya gəldiyini və bu zaman aldadıldığını iddia edib: “32 ildir xaricdə yaşayıram. Bundan 3 gün əvvəl, noyabrın 16-sı – 10 ildən sonra Bakıya gəldim. Şəhərin mərkəzində olan “Faro” adlı zərgərlik mağazasına getdim. Orada bizi gözəl qarşıladılar, bəzi seçimlər göstərdilər. Üzüklə yanaşı digər şeylər də bəyəndim, amma yaxşı ki almadım. 330 manata gümüş üzük aldım. Oradakı satış üzrə mütəxəssis bildirdi ki, bu, dünyanın ən təbii ametist daşıdır. Hətta üzüyün ətrafındakı, guya təbii olan digər daşın da adını dedi. Mən isə dəqiqləşdirmək üçün 2-3 dəfə daşın təbii olub-olmadığını soruşdum. Bu zaman dedilər ki, 18 ildir bu işlə məşğuldurlar, gümüş üzərindəki təbii daşlardır, İtaliyadan gəlir və sertifikatları da var. Hətta mənə qızıl məhsullar da göstərdilər”.

Şikayətçinin sözlərinə əsasən, aldığı üzük barmağına balaca olduğu üçün genişləndirmək lazım olub, lakin “Faro” buna görə əlavə ödəniş tələb edib: “Mağazadan bildirdilər ki, üzüyü öz zərgərlərinə göstərəcəklər, amma bunun üçün əlavə ödəniş edilməlidir. Soruşdum ki, üzük böyüdüləndə daşlarının düşmə ehtimalı varmı? Dedilər “yox, zərgərimiz bu işi bilir”. Lakin mən üzüyü uzun illərdir tanıdığımız zərgərin yanına apardım. Ölçünü götürdü, üzüyə çəkiclə vuran kimi üzərindəki ametist dedikləri daş düşdü. Ona üzüyün çox bahalı olduğunu deyəndə güldü. O, lupanın altında daşa baxdı, söylədi ki, bu, təbii ametist yox, rənglənmiş şüşədir. Şok keçirdim. Zərgər yenidən baxdı, hətta gedib digər zərgər dostunu da çağırdı. O da təsdiqlədi ki, saxtadır”.


Y.Özcan mağazadakı digər təbii daşlardan ibarət zinət əşyalarına baxanda şübhələndiyini qeyd edib: “Faro”da təbii koral daşından olan üzüklər də var idi. Həmin daşın olduğu bir başqa üzük özümdə də var. Təbii daşları sevirəm və bu barədə anlayışım olduğu üçün də mağazadakı digər təbii daşla olan zinət əşyalarına baxanda nədənsə şübhələndim. Xaricdən gələn şəxslər və Azərbaycan vətəndaşları buradan çox baha qiymətə satılan zinət əşyalarını alırlar. Amma belə mağazada saxta məhsulların satılması çox ayıbdır və günahdır. Əvvəlcə düşündüm ki, bu, problem deyil, təbii ametist alıb üzüyümün daşını dəyişdirərəm. Amma sonra mağazaya zəng etdim, dedilər istəyirsinizsə, gətirib qaytarın. Onlara üzüyə ölçüylə bağlı müdaxilə etdiyimi bildirdiyim üçün qəbul etmədilər. Qeyd etdilər ki, məsələni rəhbərliklə danışacaqlar. Bu günə qədər nə zəng edən, nə də üzrxahlıq edən var”.
Məsələ ilə bağlı sözügedən mağaza ilə əlaqə saxladıq. Bildirildi ki, “Faro”dan alınmış üzüyün daşı saxta deyil: “Müştəri üzüyü alanda dedi ki, barmağına balacadır. Biz də söylədik ki, zərgərlərimiz gümüş zinət əşyaları ilə, ümumiyyətlə, işləmirlər. Onlar öz zərgərlərinə müraciət etdilər, daha sonra həmin zərgər üzüyün daşının saxta olduğunu deyib. Amma bu, sadəcə zərgərin fikridir. Xanım daha sonra bizə müraciət etdi ki, üzüyün ölçüsünü böyütdükləri zaman ona zərər gəlib və daşı düşüb. Bildirmək istəyirik ki, Azərbaycanda gemologiya ilə məşğul olan universitet yoxdur ki, həmin daşı laboratoriyaya verib onun təbii daş və ya rənglənmiş şüşə olduğu barədə dəqiq məlumat verilsin. Kim rəsmi sənədlə təqdim edə bilər ki, o, saxta daşdır? Bizdə heç kim müştərini aldatmır, aldatmaq fikrində də olmayıb. Mağazada 800 manata da ametist var, 300-ə də. Hamısı daşın keyfiyyətindən, üzüyün modelindən asılıdır. “Faro” hansısa ticarət mərkəzində bijüteriya satan mağaza deyil, illərdir bizdən alış-veriş edən daimi müştərilərimiz var. Həmin xanım öz zərgərinə güvənir, biz də öz zərgərimizə. Bizim zərgərimiz həmin daşın sintetik ametist olduğunu deyə bilər”.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Sosial

25-11-2024, 11:13

Yuxuda üzük görmək nə deməkdir?

Hadisə

11-06-2023, 23:31

Qadının evinə getdi, gecəni onunla keçirdi, səhəri isə... - Sabunçuda dəhşətli cinayət

Dünya / Ölkə

7-09-2022, 11:07

Jan Klod Van Dammın oğlu: “Atam Azərbaycana gələndən sonra mənə demişdi ki, gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən”

Cəmiyyət

24-12-2024, 10:57

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR?

Cəmiyyət

24-12-2024, 15:40

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR?

Gündəm / Cəmiyyət

27-08-2024, 16:39

50-dən ÇOX VAKANSİYA, 5000 MANATADƏK MAAŞ... – Qarabağda bu iş yerləri niyə boş qalıb?

Gündəm / Olay

9-08-2023, 12:43

"SADIKOV HİKMƏT HƏSƏNOVA RUS DİLİNDƏ TƏLİMAT VERDİ Kİ..." - Qəhrəman kəşfiyyatçının “Tərtər işi” üzrə istintaqa ŞOK İFADƏSİ

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Hadisə
Bu gün, 10:46
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
Dünən, 11:47
İkinci kurs tələbəsi vəfat etdi
Dünən, 11:20
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
6-07-2026, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 13:41
Sürdüyü maşında öldü
Xəbər lenti
  • Bu gün, 11:08
    “Lökbatan” çörəyindən görün nə çıxdı – Foto
  • Bu gün, 10:46
    İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
  • Bu gün, 10:37
    Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
  • Bu gün, 10:14
    Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
  • Bu gün, 10:04
    Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - Azərbaycanda isə “CMS Properties” MMC adlı şirkət var
  • Bu gün, 09:48
    Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
  • Bu gün, 09:42
    Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub
  • Bu gün, 09:25
    ABŞ və İran bir-birinin 80-dən çox hərbi obyektinə qarşılıqlı zərbələr endirib
  • Bu gün, 09:15
    Levanevski küçəsində müəmmalı tikinti - Rafiq Quiyev bu işə necə "yaşıl işıq" yandırıb? - VİDEO
  • Bu gün, 08:57
    Paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 18:03
    Quba–Xaçmaz RTİ-də mühüm kadr dəyişikliyi: Fikrət Heybətov vəzifəsindən azad edildi
  • Dünən, 18:00
    Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər 3 min manatadək cərimələnəcək
  • Dünən, 17:30
    Fransa və Suriya Bəşər Əsədin əmisindən müsadirə edilmiş vəsaitlərin Dəməşqə qaytarılması prosesinə başlayıb
  • Dünən, 17:00
    2029-cu ildə əhali siyahıya alınacaq
  • Dünən, 16:17
    Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
  • Dünən, 16:03
    Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
  • Dünən, 15:53
    Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib
  • Dünən, 15:24
    Donald Tramp NATO zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib
  • Dünən, 15:15
    “Media Masası”nın ikinci verilişi hazırlanır
  • Dünən, 14:57
    Zelenski: Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi nəticələr gözləyir
  • Dünən, 14:49
    "Təbriz" MTK işi: 14 milyonluq dələduzluq məhkəməsində yeni iclas keçiriləcək
  • Dünən, 14:40
    Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 10-da keçiriləcək
  • Dünən, 13:35
    Sabah yağış yağacaq, bəzi rayonlarda intensivləşəcək
  • Dünən, 13:25
    3 minlik burun əməliyyatı əks effekt verdi - "Vip Milan"ın həkimi ilə bağlı yeni araşdırma
  • Dünən, 12:54
    Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
  • Dünən, 12:45
    Küsülü “dərəbəylər ittifaqı”: Naxçıvan məmurları niyə iki aydır maaş üzünə həsrət qalıblar?
  • Dünən, 12:29
    Bağçalara elektron qəbul başlayıb
  • Dünən, 12:16
    Gəncədə kollec direktoru ilə bağlı şok qalmaqal - Xoşqədəm Xudiyevaya qarşı kollektiv etiraz VİDEO
  • Dünən, 11:52
    Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
  • Dünən, 11:47
    İkinci kurs tələbəsi vəfat etdi
  • Dünən, 11:32
    Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
  • Dünən, 11:20
    2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
  • Dünən, 10:47
    Səfərbərlik Xidmətinin vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • Dünən, 10:38
    "KƏNDLİNİN BOĞAZINA KEÇİRİLƏN YENİ HALQA – SAYĞACLARLA TORPAQ YAŞAMAZ!"​"
  • Dünən, 10:24
    Çində güclü qasırğa 11 nəfərin ölümünə səbəb olub, 331 nəfər xəsarət alıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə