Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Misirə nüvə layihəsinin bütün mərhələlərində dəstək göstərəcək.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Putin bildirib ki, Rusiya misirli tərəfdaşlarına layihə boyu yardım etməyə davam edəcək. Bu dəstəyə reaktor yanacağının uzunmüddətli tədarükü, atom elektrik stansiyasına texniki xidmət və istifadə olunmuş nüvə materiallarının idarə olunması daxildir.
“Biz texnoloji inkişafın əsas mərhələsinə qədəm qoyuruq. Stansiya yaxın gələcəkdə elektrik enerjisi istehsal etməyə başlayacaq”, - deyə Putin vurğulayıb.
Qeyd edək ki, Putin və Misir prezidenti Əbdülfəttah əs-Sisi Əl Dabaa Atom Elektrik Stansiyasının ilk enerji blokuna məxsus reaktor gəmisinin quraşdırılması mərasimində videobağlantı ilə iştirak ediblər.