• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İranın yeni Ali Rəhbəri kim olacaq? - Ekspert

Dünya

15-08-2022, 12:45

İran mətbuatının yazdığına görə, bu ölkədə əhalinin 60 faizi yoxsulluq səviyyəsində yaşayır. Bu isə İslam inqilabı dövründə olan səviyyədən 3 dəfə çoxdur.

Digər tərəfdən, İranın hakim dairələri deyəsən Ali Rəhbərin varis yolu ilə seçilməsi planı barədə düşünür. Bu günlərdə on ildən artıqdır ev dustağı olan islahatçı siyasətçi Mirhüseyn Musəvinin tərəfdarlarına aid olan "Kələmə" saytı onun İranda "Rəhbərliyin irsi varisliyi haqqında” adlı məqaləsini dərc edib. O, məqaləsində Müctəba Xamneinin atası Əli Xamneinin ölümündən sonra onun yerinə keçəcəyilə bağlı xəbərdarlıq edib.

İran uzun illərdir sanksiyalarla üz-üzədir. Sanksiyalar səbəbindən İran özünün əsas istehsal sahəsi olan neft və qazını sata bilmir. Bu fonda ölkənin iqtisadiyyatı böyük həcmdə çöküb. Əhalinin mütləq əksəriyyəti yoxsulluq səviyyəsində yaşayır. Onun nəticəsidir ki, son zamanlar cənub ölkəsini ciddi etiraz aksiyaları bürüyür.

Müxtəlif peşə sahibləri tez-tez mövcud duruma etiraz olaraq aksiyalar keçirirlər. İranın Ali Rəhbərinin atadan oğula keçməsinə gəlincə, bu barədə məsələlər uzun müddətdir ki, müzakirə mövzusudur. Bu mövzunun müzakirə predmeti olmasının özü göstərir ki, hazırkı dini lider Əli Xamnei artıq özünə yerinə gələcək şəxs barədə ciddi düşünür və bu müstəvidə oğlunun üzərində dayanır. Görünən odur ki, inqilabın könnə qvardiyası xeyli yaşlaşdığından onlardan hər hansı birinin dini lider vəzifəsinə gətirilməsi mümkünsüzdür. Ona görə də bu vəzifəni inqilabdan sonrakı daha gənc nəslə örütməyi düşünürlər. Bu adla da oğlu Müctəba Xamneini önə çəkməyə çalışırlar.

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan "Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan bildirir ki, İranda yoxsulluq səviyyəsi yüksəlsə, etirazlar artsa da, güc strukturlarının güclü olması fonunda cəmiyyətin istədiyi böyük hadisələr hələlik baş vermir:



"Nüvə məsələsilə bağlı İrana tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatına ciddi ziyan vurub. Nəticədə yaranmış vəziyyət bu ölkə üçün böyük problemlər yaradıb. Sanksiyalar İran iqtisadiyyatını çökdürür və bu proses davam etməkdədir. Yəni İranda yoxsulluq səviyyəsinin həddən artıq yüksəlməsi ilk növbədə sanksiyalardan irəli gəlir. Digər tərəfdən, uzun müddətdir İran iqtisadiyyatında islahatlar aparılmır. Məhəmməd Hatəminin hakimiyyəti dövründə özəlləşdirilməyə cəhd edilsə də, sonradan bu proses də dayandı.

Bank sektorunun formalaşmasında da problemlər mövcuddur. Dövlət büdcəsinin bir hissəsinin xaricdə İslam inqilabı doktrinasına xərclənməsi fonunda sərf edilən yersiz xərclər də ölkənin çöküşünə rəvac verir. Bütün bu amillər nəticə etibarı ilə ölkədə ciddi sosial problemlərə stimul yaradır. Koronavirusa baxmayaraq, son 3 ildə İranda sosial tələblərlə bağlı böyük etiraz aksiyaları baş tutub.

Bu aksiyalar davamlı olacaq. Əvvəlki dövrdə Tehran rejimi etirazları bir sıra güzəştli sosial proqramlarla sakitləşdirsə də, son bir neçə ildə bu layihələrə də son qoyulub. Bunun özü də etirazlara səbəb olur. Amma İranda İnqilab Keşikçiləri Qvardiyası - SEPAH zor aparatı olaraq hələ də güclüdür. Ölkədə ciddi hərbi-polis rejimi var.

Bu amillər isə hələlik etirazların böyüməsi və rejimin dəyişilməsinə gətirib çıxarmır. Amma bu da uzun müddət belə davam etməyəcək. Son aylar SEPAH daxilində baş verən bir sıra müəmmalı ölümlər deməyə əsas verir ki, güc strukturları daxilində də müəyyən ziddiyyətlər var və zaman ötdükcə bu ziddiyyətlər daha da qabaracaq”.


Ekspertə görə, Müctəba Xamnei atasının yerinə gətirilməsi məsələsinin gündəmə atılması sadəcə reaksiyanı yoxlamağa hesablanmış addımdır:

"İranda Ali Rəhbər dini ekspertlər Şurası tərəfindən seçilir. Bu Şura da seçkili orqandır. Müctəba Xamneinin atasının yerinə gəlməsi şansı heç də təkcə Əli Xamneinin oğlu olması, daxili və xaricdəki bəzi qüvvələrin onu dəstəkləməsindən asılı deyil. Onun özünün də bu postu tutmaq üçün bir sıra keyfiyyətləri olmalıdır. Müctəba Ayətullah deyil, yəni dini titul səviyyəsində o yüksəkliyə qalxmayıb.

Digər tərəfdən, cəmiyyətin bütün təbəqələri tərəfidən birmənalı şəkildə qəbul olunmur. Atası isə indi tutduğu vəzifəyə qədər həm ölkənin prezidenti olub, həm də hakimiyyət daxilində böyük nüfuza sahib idi. Müctəba isə bu keyfiyyətlərə malik deyil. Bəziləri iddia edir, İranı ata Xamnei deyil, daha çox oğlu idarə edir. Ola bilər kölgə kabinetində onun hansısa nüfuzu olsun. Bu müstəvidə onun adının hallanması ola bilər sadəcə reaksiyanı yoxlamaq üçün ortaya atılıb”.

Hər halda Sədrəddin Soltanın fikrincə, proses İranın alternativ axtarışına çıxdığından xəbər verir:

"Xamneinin yerini inqilab dövrünün ayətullahlarına verməsi mümkünsüzdür. İnqilab zamanından gələn ayətullahlar olduqca yaşlıdır. Onların perspektivdə dövləti idarə etməsi problemlidir. Müctəba hakimiyyətə gətirilə bilər. Amma bu baş versə də, müvəqqəti olacaq”.

Politoloq hesab edir ki, İran üçün daha düzgün yol ali dini rəhbərlik institutunun ləğvini nəzərdə tutan Konstitusiya islahatıdır:

"İranın növbəti inqilabdan qaçması üçün ən doğru yol Konstitusiya islahatıdır”.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

13-08-2022, 21:40

Xamenei öləndən sonra yerinə kim keçəcək? - İran müzakirə edir

Dünya

14-08-2022, 13:14

İranda islahatçılar iqtidara qaşı hərəkətlənməyə başlayır - Kərrubi də qoşuldu

Siyasət

14-03-2023, 12:55

İsrailli sabiq nazir İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini təhlil edib

Dünya

16-08-2022, 19:31

Tehranın Azərbaycana qarşı növbəti təxribatı - Politoloq

Dünya

4-01-2023, 19:28

Tanınmış vəkil öldürüldü - FOTO

Dünya

20-07-2022, 14:27

Politoloq: "İran ali rəhbərinin Zəngəzur dəhlizi ilə bağlı fikirləri cəfəngiyyatdır"

Dünya

25-07-2022, 09:20

İranda SEPAH-ın raket mühəndisi öldürüldü

Siyasət

1-09-2022, 13:50

İran Azərbaycanı heç vaxt sevə bilməz, çünki... - Fars mətbuatının son 5 gündə YAZDIQLARI

İqtisadiyyat

29-08-2022, 19:09

İranın gözü JCPOA sazişində: 93 milyon barel neft və qaz tankerlərdə xəbər gözləyir

Siyasət / Dünya

2-02-2023, 18:22

ABŞ radiosunda İranın bölgədə iğtişaşlar törətməyə cəhdindən danışılıb

Dünya

27-12-2022, 20:46

İran etirazçıların əzalarını kəsməyi TƏKLİF EDİR - FOTO

Siyasət

27-08-2022, 17:26

İrandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
Bu gün, 12:27
Xəzər dənizində zəlzələ olub
Bu gün, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
Xəbər lenti
  • Bu gün, 19:00
    Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
  • Bu gün, 18:40
    Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
  • Bu gün, 18:20
    Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
  • Bu gün, 18:15
    Leyla Əliyeva Türkmənistanda səfərdədir
  • Bu gün, 18:09
    Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
  • Bu gün, 17:56
    NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
  • Bu gün, 17:32
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • Bu gün, 17:20
    Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
  • Bu gün, 16:21
    Suriya internet infrastrukturunu yeniləmək üçün Cənubi Koreya ilə əməkdaşlığa hazırlaşır
  • Bu gün, 16:18
    Şövkət Ələkbərova sənətinin Nəcat Əs-Sağirə və Vərdə Əl-Cəzairiyyə ilə paralelləri
  • Bu gün, 16:14
    Masam layihəsi Yəməndə yarım milyon kvadratmetrdən çox ərazini təhlükəsizləşdirib
  • Bu gün, 16:05
    Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub
  • Bu gün, 15:57
    Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
  • Bu gün, 15:46
    GÖMRÜKDƏ YENİ QİYMƏT QALMAQALI: ABŞ-DAN ALINAN AVTOMOBİLİN SƏNƏDLƏRİ NİYƏ ŞÜBHƏ ALTINA ALINIR? – ŞAHİN BAĞIROVA CİDDİ ŞİKAYƏT
  • Bu gün, 15:37
    Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
  • Bu gün, 15:25
    Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
  • Bu gün, 15:03
    Azərbaycanın Malayziyadakı səfiri etimadnaməsini Krala təqdim edib
  • Bu gün, 14:55
    “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
  • Bu gün, 14:35
    Bir qrup energetik təltif edilib - Sərəncam
  • Bu gün, 13:23
    Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
  • Bu gün, 13:07
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 13:00
    Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
  • Bu gün, 12:27
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 12:00
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • Bu gün, 11:40
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Bu gün, 11:31
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Bu gün, 10:55
    Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq
  • Bu gün, 10:40
    "EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
  • Bu gün, 09:45
    Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
  • Bu gün, 09:30
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
  • Bu gün, 09:14
    İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
  • Bu gün, 09:10
    “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
  • Bu gün, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Bu gün, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
  • Bu gün, 01:18
    Sabiq hüquq-mühafizə orqanı əməkdaşı Faiq Məmmədovun cinayət işinin qalmaqallı tərəfləri – Ailəsi ədalətli məhkəmə araşdırması tələb edir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə