• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Həbslər, dəhşətli işgəncələr, elektrik cərəyanı… - “6 həftəlik cəhənnəm”də nələr yaşanıb?

Dünya

22-08-2022, 15:41

Rusiya-Ukrayna müharibəsinin ilk günündən hərbi xidmətə çağırış yaşında olan bir çox kişi itkin düşüb. Sərhəd bölgələrindəki tərk edilmiş evlərin zirzəmilərində, polis bölmələrində və düşərgələrdə günlərlə sorğu-sual edilən bu mülki şəxslərin çoxundan xəbər alınmır. Sağ qala bilən şanslılardan biri həmin günlərdə yaşadıqlarını "altı həftəlik cəhənnəm" kimi təsvir edib...

Vasili 37 yaşlı avtomexanikdir. O, Ukraynanın şimalında, ölkənin ikinci böyük şəhəri olan Xarkovda yaşayır. Fevralın sonunda Rusiya Ukraynaya hücum edənə qədər Vasili həyat yoldaşı və uşaqları ilə birgə olduqca sadə həyatı yaşayıb. Amma rahat günlər öz yerini bir anda iztirab dolu həftələrə verib...

bakunews.az musavat.com-a istinadən bildirir ki,"New York Times" qəzetində müharibənin ən dəhşətli üzündən bəhs edən yazı dərc olunub.

Məqalədə qeyd olunub ki, müharibənin başlanğıcında rus əsgərləri meydanda gözlənilməz müqavimətlə qarşılaşıb və planlaşdırdıqları irəliləyişə nail ola bilməyiblər.

Həmin günlərin birində Vasili arvadı və qonşusu ilə küçədə gedərkən rus əsgərləri tərəfindən saxlanıb. Onlar Vasilini gözləri və əlləri bağlı halda avtobusa mindiriblər.

Onun öz təbirincə desək, "altı həftəlik cəhənnəm" belə başlayıb...

Başına təhlükəli bir şey gələcəyindən qorxaraq soyadını açıqlamaq istəməyən Vasili "New York Times" qəzetinə deyib ki, tez-tez bir təcridxanadan digərinə aparılıb, daim döyülüb və sorğu-sual zamanı bədəninə bir neçə dəfə elektrik cərəyanı verilib. Vasili əlavə edib ki, çox vaxt harada olduğunu və niyə həbs edildiyini belə bilməyib.

Vasili bunları yaşayan yeganə ukraynalı deyil. Təxminən 7 aya yaxın davam edən müharibədə əksəriyyəti hərbi xidmətə çağırış yaşında olan yüzlərlə mülki şəxs bir anda itkin düşüb. Rus əsgərləri və ya Rusiyaya işləyən milislər tərəfindən saxlanan bu mülki şəxslər günlərlə Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində müxtəlif binaların zirzəmilərində, polis bölmələrində və düşərgələrdə saxlanıb, daha sonra Rusiyadakı həbsxanalara göndərilib.

Rusiya həbsxanalarına göndərilənlərin dəqiq sayı açıqlanmır.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Müşahidə Təşkilatının Ukraynadakı Missiyası indiyədək 287 zorla yoxa çıxma və əsassız həbs faktını qeydə alıb. Qurumdan verilən açıqlamalarda ümumi sayın xeyli çox olduğu bildirilib.

CƏHƏNNƏMDƏN SAĞ ÇIXMAĞI BACARDI

Vasili ruslar tərəfindən saxlananlar arasında şanslılardandır. Çünki o, Rusiyaya aparıldıqdan 6 həftə sonra sərbəst buraxılıb və təxminən üç aya yaxın davam edən ağır yoldan sonra vətənə dönə bilib.

"Utancverici idi, dəhşətli idi, amma heç olmasa sağ qala bildim. Bundan da pis də ola bilərdi - güllələnənlər var idi" - Vasili sağ qaldığına görə şükür etdiyini bildirib.

Təbii ki, bütün ukraynalılar Vasili və onun ailəsi qədər şanslı deyillər. Aylardır itkin düşmüş yaxınlarını axtaran və onların sağ olub-olmadığını belə bilməyənlər var.

Onlardan biri də 64 yaşlı Olqadır. "Gecələr ağlayaraq yatıram, səhərlər ağlayaraq oyanıram" deyən qadının oğlu rus əsgərləri tərəfindən saxlanıb və huşunu itirənə qədər döyülüb. O, 3 gün sonra evə buraxılsa da, nəvəsi Mikitanın bəxti gətirməyib. Beynəlxalq Qırmızı Xaç Komitəsindən verilən məlumata görə, 20 yaşlı Mikita Rusiyada mühakimə olunacaq şəxslərin saxlandığı təcridxanaya göndərilib.

Olqanın ailəsi ilə birlikdə yaşadığı Vilxivka kəndi Xarkovdan bir qədər aralıda yerləşir. Kənd mart ayında rus əsgərləri tərəfindən zəbt edilib. Bir tərəfdən döyüş təyyarələri bombardmanlar edir, digər tərəfdən də əsgərlər kəndlilərə evlərini boşaltmaq üçün bir saat vaxt verirmişlər.

"Onlar bizə "Vilxivka məhv ediləcək" dedilər", - yaşlı qadın deyib.

Olqa ailəsi və digər kəndlilərlə birgə yola düşüb. Kənd sakinlərinə 8 kilometr aralıda rus ordusuna məxsus yük maşınının onları gözlədiyi bildirilib. Lakin yük maşını onları daha da uzağa aparıb...

MİKİTA İNDİ HARADADIR?

Oğlu və nəvəsi onlara çatmadığı üçün Olqanın gəlini geri qayıdıb. Olqa isə mindiyi avtobusun pəncərəsindən rus əsgərlərinin sarğılı iki gənci itələdiyini görüb.

Ruslar digər sərnişinlərin gözü qarşısında yaralı Ukrayna əsgərləri olan iki gənci qanlar içində qalana qədər döyüblər. Sonra yaxın məsafədən onların başına atəş açaraq öldürüblər.

"Cəsədləri meşəyə atıb getdilər. Gözlərimi yumub ağlamağa başladım" - yaşlı qadın deyib.

O gündən bəri heç kim Mikitanı görməyib. Gəlini ilə birlikdə Rusiyaya təxliyə edilən Olqa pansionata yerləşdirilib. İyul ayında evə qayıdan qadın sağ qalan ərinə qovuşub. Lakin oğlu və gəlini Mikitanı axtarmaq üçün Rusiyada qalıb.
Ətraflı

Onlar Mikita ilə telefonla belə danışa bilmədiklərini, uşağın cinayət məsuliyyətinə cəlb edilib-edilmədiyi barədə zərrə qədər fikirlərinin olmadığını bildiriblər.

RUSİYA İTTİHAMLARI RƏDD EDİR

Rusiya tərəfindən verilən bəyanatlarda ukraynalı mülki şəxslərin işgəncələrə məruz qaldığı və ya öldürüldüyü qəti şəkildə təkzib edilir. Rusiya hakimiyyəti bildirir ki, onlar yalnız hərbi hədəflərə hücum edirlər. Rusiyanın saxladığı mülki şəxslərin əksəriyyəti ya keçmişdə, ya da hazırda hərbi xidmətdə olan kişilərdir.

İnsan haqları rəsmiləri isə bildirirlər ki, zəbt olunmuş ərazilərdə fəallar, yerli idarəçilər və jurnalistlər, xüsusən də liderlik qabiliyyəti olan mülki şəxslər saxlanır.

VASİLİ NECƏ TUTULUB?

Arvadına və qonşu qadına evə getməyi tapşıran Vasilinin əlləri yapışqan lentlə bağlanıb. Əsgərlərin Vasilini avtobusa itələdiyi anlarda bir qrup maskalı şəxs yaxınlıqdakı evə soxularaq dörd nəfəri silah gücü ilə yerə yıxıb, həmin adamları da həbs edib, Vasili ilə eyni avtobusa mindiriblər.

Həmin dörd kişidən biri 36 yaşlı Vadim olub. Qaynaqçı Vadim həyat yoldaşı və körpə oğlu ilə birlikdə Tsirkuni kəndində yaşayıb. Bacısı Daryanın dediyinə görə, Vadim körpəyə uşaq bezi və süd almaq üçün evdən çıxıb. Darya saxlananların bəzilərinin 2014-cü ildə münaqişə zamanı sərhədçi kimi xidmət göstərdiyini, lakin qardaşının hərbçilərlə heç bir əlaqəsinin olmadığını deyib.

Vasili bildirib ki, məhbuslar kənddə bir evin zirzəmisində saxlanıb. Orada döyülərək dindirilən ukraynalı kişilər daha sonra başqa kəndə aparılıb. Onların sayı təxminən 25 nəfər olub. Üç həftə sonra Vasili 10-12 nəfərlə birlikdə Ukraynanın şimal sərhədindəki təcridxanaya aparılıb.

"Kimin hansı səbəbdən saxlandığını başa düşmək çətindir. Bir yaşlı kişi gətirdilər. Adamın niyə saxlandığı barədə zərrə qədər fikri yox idi. O, əlində qarğıdalı kisəsi ilə velosiped sürərkən tutulmuşdu. Balaca bir uşaq da gətirdilər. Həmin uşaq isə velosipedlə nənəsinin evinə gedəndə saxlanmışdı" - Vasili qeyd edib.

Saxlanan şəxslər bir-bir dindirilib. Dindirilmə zamanı döyülüb, başlarından zərbə alıblar.

Vasili bədəninə elektrik cərəyanın verilməsini belə təsvir edib: "Sanki bütün bədənimə iynə batırırdılar".

O, sözlərinə davam edib: "Gündə bir dəfə yemək-içmək verilirdi. Bəzən iki-üç gün yeməyə heç nə olmurdu. Tualet yox idi, ehtiyacımızı ödəmək üçün şüşə verirdilər. Hamımız maşın təkərində yatırdıq".

Rusiya Ukraynaya qarşı hücuma başlayanda onun irəli sürdüyü əsas səbəb ölkəni nasist qalıqlarından təmizləmək olub. Sorğu-sual edən əsgərlərin də oxşar ritorikadan ifadə etdiyini deyən Vasili vurğulayıb:

"Bizi nasistlərdən və Ukrayna dövlətindən xilas etməyə gəldiklərini dedilər. Dedilər ki, daha yaxşı bir həyat yaşayacağıq. Onlara bildirdim ki, bu müddət ərzində mən heç bir nasist görməmişəm. Hər şey yaxşı idi. Bu cavabım sorğu-sual edənləri qəzəbləndirdi. Mənə dedilər ki, yalan deyirsən, burada nasistlər var. Qruplar yaradılıb. Hamınızın bədənində tatuaj var..."

Evə basqın zamanı saxlanan Vadim və üç dostu üçüncü həftənin sonunda başqa yerə aparılıb. O vaxtdan bəri onlardan heç kim xəbər tutmayıb.

Vasili elə bilib ki, Vadim azadlığa çıxıb. Lakin o, iyunun sonunda yaşadığı kəndə gedəndə geri qayıdan tək adam olduğunu görüb şoka düşüb.

Vadimin 19 yaşlı bacısı Darya aylardır ki, qardaşını axtarır. Məktublar yazan və internetdəki bütün mənbələri araşdıtan gənc qıza, nəhayət, Ukrayna hökuməti tərəfindən qardaşının rusların əlində olduğu xəbəri verilib. Sonra bir dostu rus Vadimin həbsxanada çəkilmiş şəklini tapıb.

"Düzünü desəm, şəkli görəndə dəli oldum, çünki o adam qardaşımın yarısı boyda idi. Çox arıqlamışdı. Gözünün altı gömgöy idi. Arıqlıqdan sümükləri aydın görünürdü" - Darya deyib.

Darya göz yaşları içində sözlərinə davam edib: "Hal-hazırda heç nə bilmirik. Onunla heç bir əlaqəmiz yoxdur".

Vasilinin bəxti onda gətirib ki, tərkibində olduğu kiçik dəstəni həbsdə saxlayan rus əsgərlərinin komandiri dəyişib. Bu dəyişiklikdən sonra saxlananlar dərhal sərbəst buraxılıb.

Münaqişələrə görə Rusiyaya köçmək məcburiyyətində qalan Vasili və digərləri bu dəfə Rusiya kəşfiyyat idarəsi FSB-nin agentləri tərəfindən saxlanıb.

Agentlər ona pul və iş təklif edib, lakin rədd cavabı alıblar.

Evə qayıtmağa çalışan Vasili dostundan aldığı pul hesabına yeni sənədlər hazırlayıb. Bu sənədlərlə Rusiyadan Baltikyanı ölkələrə, oradan Polşaya gedib. Nəhayət, sonda Ukraynaya qayıtmağa müvəffəq olub.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

29-08-2022, 16:06

Rusiya-Ukrayna savaşının yeni mərhələsi başlayır – Politoloq

Dünya

27-08-2022, 15:22

Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas səbəbi nədir? - Jdanov açıqladı

Dünya

7-08-2022, 15:26

Real ATOM TƏHLÜKƏSİ: Xirosima fəlakətindən 1000 dəfə güclü olacaq

Dünya

10-08-2022, 16:57

Rusiya BMT TŞ-nin iclasını çağırıb

Dünya

3-08-2022, 15:37

“Cəhənnəm atəşi” raketi Əl-Qaidə liderini evini necə hədəfə alıb? - Detallar

Dünya

9-09-2022, 16:19

Ukraynanın hücum planını bu ölkə cızıb - Başbuğ

Dünya

6-09-2022, 15:28

Müharibənin altı ayında Rusiya yanacaq ixracından 158 mlrd avro qazanıb

Gündəm

4-05-2023, 21:11

Oİk Laçın Koridorunda Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsinin qərarını tanıyıb

Dünya

27-08-2022, 12:42

Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Siyasət

4-09-2022, 10:21

“Hindustan Times” Azərbaycan Ordusunun Qarabağ müharibəsindəki gücündən yazıb

Dünya

29-08-2022, 10:06

İki mərhələdə qalib gəldik: 3-cü dalğa başlayır

Cəmiyyət

13-07-2022, 14:32

Rusiya-Ukrayna müharibəsinin görünməyən tərəfləri - Amerikalı ekspertin MÜSAHİBƏSİ

Araşdırma
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
Bu gün, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Dünən, 17:57
Bakıda məktəbli bıçaqlanıb
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Xəbər lenti
  • Bu gün, 13:16
    “Bu şirkətin bütün işçiləri rəsmi əmək müqaviləsi olmadan çalışırlar...” - Prezident Administrasiyasına MÜRACİƏT
  • Bu gün, 12:40
    E-Bələdiyyə tətbiqi istifadəyə verildi
  • Bu gün, 11:44
    U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
  • Bu gün, 11:25
    İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır -Başçının adamına "dur" deyən yoxdu
  • Bu gün, 10:50
    Sahibə Qafarova: Azərbaycan İƏTPİ sədrliyini qəbul edəndə insan ləyaqətini əsas götürüb
  • Bu gün, 10:36
    Xəstəxana direktoru yeni TƏBİB şefinə etiraz olaraq İŞİNDƏN AYRILDI - FOTO
  • Bu gün, 10:10
    Nazirlər Kabineti sahibkarlara maliyyə yardımı ilə bağlı qərarını yeniləyib
  • Bu gün, 10:00
    20 manatlıq "Asiamed"ə 1.1 milyonluq tender verildi: ATU-nun seçimi... - TƏFƏRRÜAT
  • Bu gün, 09:38
    Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
  • Bu gün, 09:26
    “İmplantium” klinikasında QANUNLAR İŞLƏMİR - ÖZ ƏLİ... ÖZ BAŞI...
  • Bu gün, 08:58
    Bu gün Yasamalın bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Nazirlik: Dövlət başçısının yeni Fərmanı ilə övladlığagötürmə proseduru sadələşdirilib
  • Dünən, 18:28
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • Dünən, 18:15
    “Neptun”dakı endirim narazılıq yaratdı – Foto
  • Dünən, 17:57
    Bakıda məktəbli bıçaqlanıb
  • Dünən, 17:52
    783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim” - MƏHKƏMƏ
  • Dünən, 17:22
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:08
    Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
  • Dünən, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • Dünən, 16:45
    Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
  • Dünən, 15:56
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • Dünən, 15:43
    Bakıda restoranda şok hesab: 10 nəfərə 1236 manat - FOTO
  • Dünən, 15:12
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • Dünən, 15:01
    "Bazarstore"-dan xarab məhsul - FOTOLAR
  • Dünən, 14:37
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • Dünən, 13:45
    Bakı Kommersiya Məhkəməsinin sədri məşhur dələduz Arzu Kazımovu belə qoruyur? – "Servis+" MTK işində qalmaqallı qərardadı necə alıblar
  • Dünən, 13:42
    “Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
  • Dünən, 13:24
    Badamdarda yüksək gərginliyin altında böyük təhlükə - Kim və necə içazə verib? - VİDEO
  • Dünən, 13:15
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Dünən, 13:05
    Şamaxıda “kəsib, sonra sayırlar?” - Sakinlərin haqqını kim qoruyacaq? – VİDEO
  • Dünən, 12:49
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • Dünən, 12:31
    Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
  • Dünən, 12:05
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • Dünən, 11:55
    "VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
  • Dünən, 11:49
    Yasamalın icra başçısı kimin GÖZÜNƏ KÜL ÜFÜRÜR... - BU NƏDİ BELƏ?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə