Sizin reklam burada 728×90
Son dəqiqə

Cevdet Yılmaz: “Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanacaq”

20.09.2023 18:44 341 1 dəq oxunur
Cevdet Yılmaz: “Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanacaq”
“Qafqazda terrordan azad mühit hamının xeyrinədir”.

Bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İzmirdə keçirilən “İş dünyası ilə məşvərət toplantısı”nda Qarabağda antiterror tədbirinin dayandırılması qərarı ilə bağlı açıqlama verərkən deyib.

“Biz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik. Azərbaycan torpağı olan Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanacaq”, - deyə Cevdet Yılmaz qeyd edib.
Onun sözlərinə görə, Qafqazda terrordan azad bir mühit hamının xeyrinədir. “Bu, regiondakı bütün ölkələrin və xalqların xeyrinədir. Qeyri-sabit mühit bölgədənkənar güclərə xidmət edir. Ümid edirəm ki, regionda yaşayan bütün dövlətlər sülhü təmin edəcəklər”, - deyə Cevdet Yılmaz vurğulayıb.

Mənbə: “Yeniakit”, “Hürriyet”
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az