Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycana sentyabr-oktyabr aylarında qrip əleyhinə vaksinlər gətiriləcək

21.08.2024 15:45 324 1 dəq oxunur
Azərbaycana sentyabr-oktyabr aylarında qrip əleyhinə vaksinlər gətiriləcək
 
Azərbaycana sentyabr-oktyabr aylarında qrip əleyhinə vaksinlər gətiriləcək


Azərbaycana bu ilin sentyabr-oktyabr aylarında qrip əleyhinə vaksinlər gətiriləcək.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Qeyd edək ki, Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçirilir. Bunadək ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az