• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Akademik Rafael Hüseynov: “Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan insanının hafizəsində hər zaman yaşayacaq”

Gündəm

12-12-2024, 11:53

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən danışıb.

Həyata keçirdiyi böyük işlərlə adını tarixə yazdıran görkəmli şəxsiyyətlərin xatirəsinin Azərbaycan xalqı tərəfindən hər zaman dərin hörmətlə anıldığını söyləyən muzeyin direktoru Heydər Əliyevin adının tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olduğunu, müasir müstəqil Azərbaycanın isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildiyini vurğulayıb.


“Heydər Əliyevin əbədi ömrünün artıq birinci əsri başa çatıb, ikinci əsri davam edir. Düşünürəm ki, bu görkəmli şəxsiyyətin əsl portretini gələcək zaman daha dəqiqiliyi və bütün çalarları ilə bizə təqdim edəcək”, - deyə bildirən akademik Rafael Hüseynov qeyd edib ki, zaman keçdikcə insanlarımız Ulu Öndəri daha yaxşı tanıyacaq, onun əvəzsiz xidmətlərinin mənasını daha dərin dərk edəcəklər.

O, Heydər Əliyevin müstəqilliyimizin yalnız XX əsr içərisində deyil, bütün gələcək boyu yaşamasının əsas memarı olduğunu bildirib.
Akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, Ulu Öndər 1992-ci ildə yenidən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra dövlətimizin müstəqilliyi çox böyük təhlükələr qarşısındaydı. Xalqımızın çətin sınaqlarla qarşılaşdığı həmin dövrdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamış, ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almış, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

O, zəngin və mənalı həyat yolunun 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Heydər Əliyevin həm də SSRİ-nin Ali rəhbərliyində əsas simalardan biri olduğunu söyləyib. Bu səbəbdən də Ümummilli Liderin hadisələrin mahiyyətini içəridən bildiyini, cəmiyyəti, sovet quruluşunun qanunlarını yaxşı tanıdığını və ona ən üst qatdan baxmaq imkanına malik olduğunu bildirib.

Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı yenidən qurduğunu söyləyən akademik Rafael Hüseynov müstəqilliyimizin günbəgün, ilbəil daha da möhkəmləndiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illər onun daha da yenilməz, sarsılmaz, əbədi və dönməz olmasına təməl yaratdı. Cari ilin oktyabr ayında xalqımız böyük sevinc və təntənə ilə dövlət müstəqilliyimizin bərpasının 33 ilini qeyd etdi. Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev tarixi ənənələri qoruyaraq bu müstəqilliyi peşəkarlıqla davam etdirdi və ən yüksək səviyyəyə çatdırdı.

Akademik Rafael Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyev Vətən müharibəsində möhtəşəm Zəfərimizin memarıdır. O, Ümummilli Liderin 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı layiqincə doğruldaraq bütün dünyaya güclü Azərbaycan modelini təqdim etdi. Ulu Öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları reallaşdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu dövlət kimi tanınır.


Əldə etdiyimiz nailiyyətlərin, uğurların məhz Heydər Əliyev dühasının, onun müəyyənləşdirdiyi uğurlu siyasi xəttin bəhrələri olduğunu deyən muzeyin direktoru dahi şəxsiyyətin adının Azərbaycan insanının hafizəsində hər zaman yaşayacağını vurğulayıb. O, Ulu Öndərin 90-cı illərin sonlarında verdiyi müsahibələrinin birində səsləndirdiyi “Mən Azərbaycanda həmişə olacağam”, - ifadəsini xatırladaraq qeyd edib ki, illər ötdükcə Heydər Əliyevin zamana və məkana sığmayan nəhəngliyi daha qabarıq şəkildə özünü göstər.

Tədbirdə digər çıxış edənlər görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında gördüyü böyük işlərdən danışıb, Ulu Öndərin əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulacağını bildiriblər.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

24-04-2024, 18:45

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Cəmiyyət

19-08-2024, 12:52

Rusiya Prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Dünya

10-05-2023, 20:28

Niderlandda Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Cəmiyyət

14-08-2023, 12:36

Düşərgə iştirakçılarına Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olundu - FOTOLAR

Cəmiyyət

7-12-2024, 15:40

Pakistanın ORİC Tədqiqat İnnovasiya və Kommersiyalaşdırma Mərkəzinin nümayəndəsi Ədəbiyyat Muzeyini ziyarət edib FOTO

Cəmiyyət / Video

15-06-2023, 03:07

Jurnalist Qurtuluş günü ilə bağlı VİDEOÇIXIŞ ETDİ - VİDEO

Video

16-05-2023, 00:01

Londonda Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb - VİDEO

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Cəmiyyət

10-05-2023, 20:23

Polkovniki Məmməd Hüseynov müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətimizin inkişafı uğrunda həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb

Siyasət

24-08-2022, 17:56

Tokayev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Cəmiyyət

12-12-2024, 08:55

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - Foto

Araşdırma
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Dünən, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Xəbər lenti
  • Bu gün, 09:34
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • Bu gün, 09:09
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Dünən, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Dünən, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Dünən, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Dünən, 13:08
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Dünən, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Dünən, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • 3-10-2026, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • 3-10-2026, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • 3-10-2026, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • 3-10-2026, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • 3-10-2026, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 3-10-2026, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • 3-10-2026, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • 3-10-2026, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • 3-10-2026, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • 3-10-2026, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • 3-10-2026, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • 3-10-2026, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • 3-10-2026, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • 3-10-2026, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • 3-10-2026, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • 3-10-2026, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • 3-10-2026, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • 3-10-2026, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • 3-10-2026, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • 3-10-2026, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • 3-10-2026, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə