• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

15-01-2025, 09:47

Dünən Yasamal rayon Məhkəməsində Tarix və Etnologiya İnstitunun işçisi Məmmədli Şəhla Rafiq qızının «Təzadlar» qəzetinə qarşı «Şərəf və ləyaqətin, işgüzar nufuzun müdafiəsi ilə bağlı» iddia ərizəsinə dair məhkəmənin ilk iclası keçirildi.

Əvvəlcə iddiaçı Məmmədli Şəhla Rafiq qızı iddiası ətrafında çıxışa başladı. Lakin məhkəmə çıxışı qarşı tərəfə yönəli təhqir və böhtan xarakterli olduğundan qəzetin nümayəndəsi Asif Mərzili məhkəmədən bu cür çıxışın dayandırılmasını və iddiaçı Ş.Məmmədliyə xəbərdarlıq olunmasını məhkəmədən xahiş etdi. Hakim hər cümləsində yenə də qəzetin rəsmi nümayəndəsinə qarşı böhan və təhqir dolu ifadələrindən qalmayan Şəhla Məmmədliyə üst-üstə 12 dəfə xəbərdarlıq etdi. Nəhayət, həyəcanından özünü itirib hay-küy salan Ş.Məmmədli alayarımçıq çıxışını bitirdikdən sonra söz cavabdehin nümayəndəsi Asif Mərziliyə verildi.

Asif Mərzili çıxışında bir daha məhkəmədən xahiş etdi ki, xanım iddiaçının məhkəməyə saymazlığına və təhqirlərinə hüquqi qiymət verilsin.

Sonra iddiaçı Ş.Məmmədliyə suallarını verdi:

-Şəhla Məmmədli, mən «Tarixi Nadir»i yarıyacan oxumuşam, amma sənin məhkəmədən nə istədiyini başa düşmədim… Deyə bilərsinizmi, nə istəyirsiniz?

-Mən məhkəmədən xahiş edirəm ki, mənə vurulmuş mənəvi ziyan ödənilsin…

-Deyə bilərsinizmi, institutun əməkdaşı Günel Aslanlının müsahibəsində və ondan başlayan digər yazılarda hansı ifadə sizin işgüzar nüfuzunuzu ləkələyib və sizə mənəvi ziyan vurub?

Bu sualdan əsəbləşən Ş.Məmmədli yenidən qışqır-bağır salıb məhkəmə iclasını pozmağa başladı. Hakimin xəbərdarlığından sonra sakitləşən Ş.Məmmədli bu dəfə suala konkret cavab verməli oldu:

-Təkzib və üzr istənilsin, 20 min manat mənəvi ziyana görə təzminat ödənilsin…

Asif Mərzili:

-Xanım, o hansı ifadədədir, deyə bilərsinizmi?

-Elə hamısı…

-Nəyin hamısı?

-O məqalənin hamısı…

-Xanım, media qanunvericiliynə görə, o müsahibədir, məqalə deyil. Sizin institutun şöbə müdiri, yəni «Heydər Əliyev irsini araşdırma» Mərkəzinin rəhbərlərindən biri, aparıcı elmi işçi, tanınmış tarixçi alim Günel Aslanlının müsahibəsidir. Biz müsahibəyə təkzib verə bilmərik… Qanunvericilik bu müsahibəyə bizim tərəfimizdən təkzib verməyi inkar edir…

…Bundan sonra Ş.Məmmədli dağı arana, aranı dağa aparan mənasız, iddianın mahiyyətindən uzaq çıxışını davam etdirib hərdən də Günel Aslanlının, jurnalistlərin əleyhinə təhqirə keçəndə yenidən hakim ona xəbərdarlıq etdi.

Sonra qəzetin nümayəndəsi Asif Mərzili iddiaya etirazını məhkəməyə təqdim edərək çıxışa başladı:

-Möhtərəm hakim, xanım özünü məhkəmədə belə aparırsa, görün iş yerində necədir… Bu sənədləri Sizə təqdim edirəm. Ş.Məmmədli belə hərəkətlərinə və digər əməkdaşlara qarşı qanunsuz hərəkətlərinə görə keçmiş direktor, Akademik Yaqub Mahmudov tərəfindən iki dəfə şiddətli töhmət alıb, həmkarların sırasından qovulub, polis orqanları tərəfindən İXM-nin 510-cu maddəsinin tələblərinə uyğun cəzalandırılıb. Bütün bunları sübut edən videogörüntü və mötəbər rəsmi sənədlər var, Sizə təqdim edirəm… Tariximizi araşdıran institutun iş fəaliyyətini pozan bu xanıma qarşı direktor K.Şükürovun niyə lazımi tədbir görməməsi bizə təəccüblü gəlir. Axı sənədlər sübut edir ki, bu xanım institutun elmi və iş fəaliyyətini pozur, kollektivi şəxsi intriqalarına cəlb edir… Mən elektron məhkəmə sisteminə etirazımı göndərmişəm, istəmirəm ətraflı danışıb vaxtınızı alım. Amma gördüyünüz kimi, bu xanımın öhdəsindən gec-tez gəlinməlidir. Kim onu müdafiə edir, bu cür intriqalı, yetəni təhqir edən, söyüş söyən… qadını o cür mötəbər bir elm ocağında necə saxlamaq olar??? Elə buna görədir ki, elmi fəaliyyəti plagiatlı nəticələrlədir və dəfələrlədir səy göstərsə də, Prezident yanında AAK-da təsdiqini ala bilmir. Bu da AAK-dan vəkil sorğusuna verilən rəsmi cavab, Sizə təqdim edirəm.

İddiaçı əsassız olaraq tezadlar.az saytında yayımlanmış -1.“AMEA-nin Tarix və Etnologiya institunun elmi jurnalinda plagiat məqalə” (10.03.2024- tttps://tezadlar.az/index.php/en/agenda/25611-k-ri-m-sukurovun-tari-x-v-etnoqrafi-ya-i-nsti-tunun-elmi-jurnalinda-plagi-at-m-qal-fotolar.html);

2.-“Baş redaktor AMEA prezidenti İsa Həbibbəyliyə müraciət göndərdi” (18.03.2024-https://tezadlar.az/index.php/en/medi-a/25856-bas-redaktor-amea-prezi-denti-i-sa-h-bi-bb-yli-y-muraci-t-gond-rdi.html);

3.-“Kərim Şükürov Tarix institutunda Həmkarlar Təşkilatının seçkisinə niyə müdaxilə edir?” (31.05.2024-https://tezadlar.az/index.php/en/medi-a/27735-amea-nin-tari-x-i-nsti-tutunda-h-mkarlar-t-ski-lati-qalmaqali.html) başlıqlı məqalələrində onun haqqında həqiqəqətə uyğun olmayan məlumatların yayıldığını iddia edir. Amma həqiqətə uyğun olmayan ifadəni göstərə bilmir. Çünki olmayan şeyi necə göstərsin? İddiaçı sonda əlavə edir: «Göründüyü kimi cavabdeh yalan olduğunu bilə-bilə mənim nüfuzuma xələl gətirən, şərəfimi, ləyaqətimi və işgüzar nüfuzumu alçaldan ictimaiyyət üçün açıq olan müsahibələri, yazıları heç bir araşdırma aparmadan, sorğu edib sorğuya cavab almadan öz saytında dərc etmişdir». Bunlar tamamilə əsassızdır, redaksiya bütün bu mübahisələrə səbəb olmuş, institutun aparıcı elmi işçisi, tarixçi-alim, «Heydər Əliyev irsini araşdırma mərkəzinin» aparıcı mütəxəssisi Günel Aslanlının müsahibəsi öncədən direktor Kərim Şükürova və AMEA prezidenti İsa Həbibbəyliyə münasibət bildirilməsi üçün göndərmişdir. Beləliklə, məhkəmənin diqqətinə çatdırıram ki, iddiaçı Məmmədli Şəhla Rafiq qızı, iddia tələbini əsaslandıran heç bir maddi sübut təqdim etməmiş, şərəf və ləyaqəti və işgüzar nüfuzu ləkələyən ifadələrin nədən ibarət olduğunu göstərə bilməmişdir. İddaçı AMEA-nın Tarix İnstitutunda onun birlikdə çalışan iş yoldaşı Günel Aslanlının müsahibəsindəki ifadələrə istinad edir. Hansı ki, G.Aslanlı redaksiyaya zəng edərək əməkdaşımıza başına gətirilənlərlə bağlı müsahibə vermək istədiyini bildirmişdir. O, redaksiyaya dəvət olunmuş, əməkdaşımız, Qarabağ Müharibəsi veteranı (oğlu 2-ci Qarabağ müharibəsi veteranı) ondan müsahibə götürmüşdür. Həmin müsahibə «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Qanunların bütün təbələrinə riayət edilməklə yayımlanmışdır. Belə ki, mübahisələndirilən “Heydər Əliyev irsini araşdırmağımıza görə bizə ciddi maneələr başladı” (https://tezadlar.az/index.php/en/agenda/24172-heyd-r-li-yev-i-rsi-ni-arasdirmagimiza-gor-bi-z-ci-ddi-mane-l-r-basladi-) başlıqlı ilk müsahibə 18.01.2024-cü il tarixdə yayıma hazırlanmış, sonra institutun mətbuat katibi Nərminə Ağayevaya özüm məlumat vermişəm ki, rəhbərlik münasibət bildirsin. Ardınca Tarix və Etnologiya İnstitunun direktoru Kərim Şükürova və AMEA Prezidenti İsa Həbibbəyliyə elektron poçt vasitəsilə göndərilmişdir. Reaksiya bizi ittiham edən formada olmuşdur, bu barədə sonra bəhs edəcəm. Beləliklə, tərəfimizdən təqdim edilən maddi sübutlar bir daha təsdiqləyir ki, Şəhla Rafiq qızı Məmmədlinin iddiası tamamilə avsurd və əsassızdır, rədd edilməlidir. Əksinə, onun və Tarix İnstitutunun bəzi məsul şəxslərinin redaksiyanı təhdid edən və jurnalistləri hədələyən, aşağılayan, açıq şəkildə milli mentalitetimizə və ziyalılığına yaraşmayan formada təhqirlər yağdırması cinayət əməlidir, hüquqi qiymət verilməlidir. Şəhla Məmmədlinin redaksiyanın elektron poçtuna anonim elektron poçtlardan yazdığı çoxsaylı diləgəlməz təhqirləri və söyüşləri isə DTX-ya və DİN-ə rəsmi qaydada göndərmişik. Araşdırma başlayan kimi bu qadının anonim yazışmalarının səsi kəsildi. Eyni təhqiramiz ifadələr Günel Aslanlıya da göndərilmişdir… Tərəfimizdən araşdırıldı ki, həmin ifadələr eynidir və Ş.Məmmədlinin dəsti-xəttinin məhsuludur…

Sonra məhkəmə zalına şahid Günel Aslanlı dəvət edildi. G.Aslanlını görən kimi, Ş.Məmmədlinin həyəcanı birə-beş artdı. Səs-küy salsa da, xeyri olmadı, G.Aslanlı Ş.Məmmədli və digər rəhbər şəxslər tərəfindən başına gətirilənlərdən danışdı. Onun danışdıqları zalda əyləşən vəkil və digər proses iştirakçılarına şok yaşatdı, hamı Ş.Məmmədlinin hərəkətlərindən təsirləndi (G.Aslanlının çıxışı ayrıca təqdim ediləcək).

Ardınca qəzetin rəsmi nümayəndəsi G.Aslanlıya suallar verdi. Təmkinlə və peşəkarcasına, alimə yaraşan tərzdə cavablandırılan suallardan biri belə idi:

-Günel xanım, Sizin adınızdan yayımlanan müsahibədəki ifadələrin özünüzə məxsus olduğunu təsdiqləyirsinizmi?

-Bəli, sağ olun ki, başıma gələnləri və dərdimi deməyə mənə şərait yaratdınız. Siz əsl peşəkar komandaya maliksiniz…

-Siz bizə Ş.Məmmədliyə məxsus olduğunu bildirdiyiniz elektron məktubları təqdim etmişdiniz. Bizə də eyni məzmunlu anonim poçtdan təhqirli məktublar gəlmişdi. Siz müqayisə edərək hansı rəy verdiniz?

-Birmənalı olaraq bütün o təhqiramiz söyüş və ifadələrin hamısı Şəhla Məmmədliyə məxsusdur…

***

Bundan sonra Ş.Məmmədli məhkəmə zalında qışqırıq salıb təhqirlərə keçdi, hakim yenidən ona sərt xəbərdarlıq etdi.

Sonda Asif Mərzili məhkəmədən xahiş etdi: «Şəhla Rafiq qızı Məmmədlinin iddia ərizəsi absurd və əsassız olduğundan rədd edilsin».

Məhkəmənin növbəti iclası 24 yanvar 2025-ci il tarixə, saat 12:00-a təyin edildi.

***

…Sonda təəssüf hissi ilə bildiririk və institutun rəhbərliyi də bilsin ki: Şəhla Məmmədli məhkəmə zalından çıxandan sonra qəzet əməkdaşlarına və şahid G.Aslanlıya qarşı olmazın təhqirlərini yağdırmağa başladı. Yəni, institutu deyə bilmərik, küçədə-ictimai yerdə belə özünü idarə bilməyən bu qadınla ciddi profilaktik-psixoloji iş aparılmalı, tədbir görülməlidir. İş o yerə çatdı ki, o məhkəmə binasının önündə belə, hamının gözü qarşısında G.Aslanlıya hücum edərək onu təhqir etməyə başladı. Bütün bunlar 28-ci polis bölməsi əməkdaşlarının gözü qarşısında baş verdiyindən, onlar məsələyə müdaxilə etdilər, G.Aslanlıya məsləhət gördülər ki, Yasamal RPİ-nin 29-ci polis bölməsinə rəsmi ərizə ilə müraciət etsin. Şəhla Məmmədlinin bu özbaşınalığı həm məhkəmənin kameralarında qeydə alındı, həm də G.Aslanlı tərəfindən telefona çəkilmiş oldu…

Yazı yayıma verilərkən polis bölməsindən öyrəndik ki, G.Aslanlı artıq 28-ci bölməyə rəsmi ərizə təqdim edib, DİN-nin 102 xidmətinə məlumat verib…

«Təzadlar»

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-12-2024, 09:26

Tarix İnstitutunda TARİXİ QALMAQAL - BU NƏDİ BELƏ?..

Cəmiyyət

4-11-2022, 20:00

Tanınmış jurnalistin “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesinə start verildi

Şou-biznes

22-07-2022, 20:19

“İlkin Həsəninin xanımı məni küçə söyüşləri ilə təhqir etdi”

Cəmiyyət

2-12-2022, 18:13

İşdən çıxarılan jurnalist “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiasını uddu

Cəmiyyət

7-09-2023, 22:10

Cəmil Məmmədliyə pul verilməsi ilə bağlı sübut yoxdur

Ölkə

26-12-2023, 01:15

Cəmil Məmmədliyə pul verilməsi ilə bağlı sübut yoxdur MAddi dəlil olmadan hakim təqsirlənsdirilən şəxsi niyə həbsdə saxlayır?

Ölkə

12-11-2022, 19:03

“Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət

11-11-2022, 14:54

Tanınmış jurnalistin “Yeni Azərbaycan” qəzeti ilə çəkişməsində nələr baş verib?

Gündəm

2-11-2023, 20:43

Jurnalist Cəmil Məmmədlinin növbəti məhkəmə prosesi keçiridi

Gündəm

15-09-2023, 18:06

9 hazırlıq iclası keçirən hakim işi baxışa təyin edə bilmir - VƏKİL

Cəmiyyət

27-12-2023, 18:09

Məhkəmədən Əziz Orucovla bağlı qərar

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Dünən, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Dünən, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Dünən, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Dünən, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Dünən, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Dünən, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
  • Dünən, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 09:17
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • Dünən, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • 20-09-2026, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə