• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız

Gündəm / Cəmiyyət

1-07-2025, 13:05

Sumqayıt evdə fərdi təhsil məktəbinin bir qrup müəllimi tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayevə AÇIQ MƏKTUB ünvanlanıb.

Aktualinfo.org məktubu olduğu kimi təqdim edir.

Hörmətli Emin müəllim!

Sizə yazdığımız müraciətlər ya cavabsız qalır, ya da araşdırılması üçün Abşeron-Xızı Regional Təhsil idarəsinə göndərilir ki, oradan bizi qane edən qanuni və əsaslandırılmış bir cavab verilmir. Bu müraciəti etməyimizə isə Sizin VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən evdə fərdi təhsil məktəbləri ilə bağlı səsləndirdiyiniz fikirlər səbəb oldu. Həmin Forumda Siz tamamilə düzgün olaraq bildirmişiniz ki, “Həmin uşaqların (sağlamlıq imkanları məhdud uşaqlar nəzərdə tutulur) ümumi təhsil müəssisəsində oxuması əslində qanunla qadağandır. Çünki məktəblərdə xüsusi proqramlar yoxdur. Sadəcə bəzilərində var. Ya da bəzən kənd yerlərində uşağın heç bir xüsusi proqram olmadan kənd məktəbinə gedib gəlməsi təmin edilir. Bu, öz-özlüyündə getməməyindən, təbii ki, daha yaxşıdır, amma biz buna inklüziv təhsil deyə bilmərik”.

Sonra qeyd etmişiniz ki, “Bizim evdə fərdi təhsillə məşğul olan məktəblərimiz var idi. İndi onları yavaş-yavaş bağlayırıq. Çünki ən çox korrupsiyaya uğramış məktəblər onlar idi. Çox sui-istifadə halları müşahidə olunurdu. 20 uşaq varsa, 20 sinif deməkdir və dərs saatlarının sayı 20 dəfə çoxdur. Dərs bölgüsündə sadəcə olaraq oğurluqla məşğul olurdular. Bunun qarşısını almaq üçün daha çox inklüziv siniflərə keçid etmək istəyirik. Yeni yanaşmamız ondan ibarətdir ki, uşaq hansısa məktəbin ərazisində yaşayırsa, həmin məktəbin müəllimi evdə təhsil üçün gedə bilər.
Onu ayırmağa ehtiyac yoxdur, çünki sonradan məktəbə qayıda bilər”. Bu Açıq məktubu yazmağa vadar edən də məlum sonuncu abzasdır.

Hörmətli nazir!
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara həmişə xüsusi diqqət və qayğı göstərir, onların təhsili üçün möhtəşəm layihələrə imza atır ki, bunları Siz bizdən də gözəl bilirsiniz. Hörmətli Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün müasir standartlara cavab verən xüsusi təhsil məktəbləri inşa edilir, mövcud olanlar təmir edilir və həmin məktəblərin nəzdində evdə fərdi təhsil də təşkil
olunur. Bizim fəaliyyət göstərdiyimiz Sumqayıt evdə fərdi təhsil məktəbi də 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra yaradılıb və məktəbimizin yaranma tarixi ilə maraqlanan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, yaxınları həmişə Ulu Öndərimizə rəhmət oxuyurlar ki, onun prezidentliyi dövründə belə gözəl və nəcib bir təşəbbüs həyata vəsiqə qazanıb. Sonrakı dövrlərdə sağlamlıq imkanları məhdud uşaqların təhsili sahəsində qanunvericilik daha da təkmilləşdirilib, bu sahədə 2001-ci ildə yenə də
Ulu Öndər Heydər Əliyevin imzası ilə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanun qəbul olunub, 2002-ci il mayın 10-da Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili
Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabineti qərar qəbul edib. Qanunvericilik bazası olduğu halda, Nazirlər Kabinetinin qərarı olmadan Siz evdə fərdi təhsil məktəblərini necə “yavaş-yavaş bağlayırsınız”, Emin müəllim?

Çıxışınızda bildirirsiniz ki, “ən çox korrupsiyaya uğramış məktəblər onlar idi. Çox sui-istifadə halları müşahidə olunurdu.” Deməli etiraf edirsiniz ki, korrupsiyaya uğramış başqa məktəblər də var, amma ən çoxu bu məktəblərdə olub. Bəs korrupsiyaya uğramış başqa məktəblər də bağlanacaqmı? Ölkədə bir neçə icra hakimiyyətində, nazirliklərdə korrupsiya halları aşkarlanıb, həbs olunanlar olub, indi həmin dövlət qurumları bağlanmalıdırmı?

Daha sonra qeyd edirsiniz ki, “Dərs bölgüsündə sadəcə olaraq oğurluqla məşğul olurdular. Bunun qarşısını almaq üçün daha çox inklüziv siniflərə keçid etmək istəyirik. Yeni yanaşmamız ondan ibarətdir ki, uşaq hansısa məktəbin
ərazisində yaşayırsa, həmin məktəbin müəllimi evdə təhsil üçün gedə bilər. Onu ayırmağa ehtiyac yoxdur, çünki sonradan məktəbə qayıda bilər”. Emin müəllim, hər halda dərs bölgüsündə müəllimin oğurluqla məşğul olmaq imkanının olmadığı ilə razılaşarsınız. Müəllim ələ baxandır, nə verirlər ona qane olur, dərs bölgüsünü isə direktor və müavinlər aparır. Siz dərsi bölənin cəzasını fağır müəllimlərə və onların sağlamlıq imkanları məhdud şagirdlərinəmi vermək istəyirsiniz? Evə oğru giribsə ev sahibimi günahkardır? Bu çıxışınız daha çox XVII əsrdə Osmanlıların yürüşlərinəcavab olaraq Şah Abbasın seçdiyi “Yandırılmış torpaq” taktikasını xatırladır. Həmin taktikaya görə ölkəni hücumdan qorumaqdansa, insanları zorla yurd-yuvasından köçürür, bütün təsərrüfatı məhv edirdilər ki, Osmanlılar gəlib yeməyə ərzaq,götürməyə qənimət tapmasınlar. Siz indi oğruların oğurluqlarının qarşısını almaq üçün sərt tədbirlər görməkdən, cəzalandırmaqdansa, əməllərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etməkdənsə, çıxış yolunu evdə fərdi təhsil məktəblərini bağlamaqda görürsünüzsə, biz nə deyəcəyimizi bilmirik.

Sumqayıt evdə fərdi təhsil məktəbinin 2023-cü ilə qədərki fəaliyyəti ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda 240736053 nömrəli cinayət işi başlanıb və şübhəli və təqsirləndirilən şəxs qismində nə bir saxlanılan, nə də həbs olunan olub, nə də kiməsə qarşı ittiham irəli sürülüb. Əgər fikirləriniz həmin dövrdən sonraya aiddirsə, bəs Abşeron-Xızı Regional Təhsil idarəsi niyə vaxtında tədbir görməyib? Məktəbin müəllimi Təranə Nuriyeva Abşeron-Xızı Regional Təhsil idarəsinin müdirinin qəbulunda olub məktəbdə baş verənləri bildirəndə niyə qaldırılan məsələlərə laqeyd yanaşılıb? Əlaqədar şəxslər əgər baş verənləri zamanında görüb susublarsa, tədbir görməyiblərsə, məktəbin daşının-divarının, məktəbdə oxuyan sağlamlıq imkanları məhdud şagirdlərin, onların ev-ev, qapı-qapı gəzən müəllimlərinin günahı nədir ki, siz problemi məktəbi bağlamaqla həll etmək istəyirsiniz? Güzgüdə kimsə yaxşı
görünmürsə, güzgünümü sındırmalıyıq? “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”
qanunun 9-cu maddəsinə görə, Sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir. Nazirlər Kabinetinin təsdiq etdiyi 2002-ci il, 10 may tarixli qərarı ilə təsdiq olunmuş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 5-ci bəndinə görə, Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlimtərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur. İstinad etdiyimiz qanun və Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş Qaydalar qüvvədə olduğu halda, Siz hansı qanunvericilik aktına əsasən “evdə məktəb” sözünü kənara qoyub, cümlənin ikinci hissəsini əsas götürürsünüz? Digər tərəfdən sağlamlıq imkanları məhdud olan uşaqların yaxın ərazilərdəki məktəblərdə təhsillərini davam etdirməsi də o demək deyil ki, daha oğurluq olmayacaq. Buna nümunə kimi bir faktı xatırlatmağımız kifayətdir. Belə ki, 2023-cü ildə Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə müəllimlərə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Tərtər rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb. Bu fakta görə Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbi bağlanmalıdırmı?

Hörmətli nazir!

Necə olur ki, 2023-cü ildə məkəbə Vladim İbrahimov direktor təyin olunandan sonra ətraf məktəblərdəki sağlamlıq imkanları məhdud olan şagirdlər Sumqayıt evdə fərdi təhsil məktəbinə cəlb edilərək 2024-2025-ci tədris ilində
məktəbdə şagirdlərin sayı 380 nəfərə çatdırılıb və təxminən 1 ay əvvəl kimsə qəfildən xatırlayıb ki, həmin uşaqlar yaxın ərazidəki digər məktəblərdə təşkil olunmuş evdə fərdi təhsil vasitəsilə təhsillərini davam etdirə bilərlər, ona görə də bizə psixoloji təzyiq göstərilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağımız xəbərdarlığı edilərək könüllü olaraq başqa məktəblərə köçürülməyimizə razılıq verməyimiz istənilir. Bəs ölkədə müəllimlərin yerdəyişməsi elektron sistem üzərindən aparılmırdı? İndi bu nə oyunlardır, bu oyunların ssenari müəlif(lər)i kim(lər)dir? Yoxsa qanunlar və qərarlar şəxslərə və zamana görə qüvvəsini dəyişir, bizim xəbərimiz yoxdur?

Hörmətli Emin müəllim.

Biz bilirik Sizin işləriniz çoxdur və Sizə düzgün məlumat verilsəydi, Sumqayıt evdə fərdi təhsil məktəbinin bağlanması yox, əksinə 3 ildir əsassız şəkildə öz binasından çıxarılıb başqa məktəblərdə 2 otağa sığınması məsələsini araşdırıb
tədbir görərdiniz. Çünki biz bu 3 ildə öz məktəbimizin binasından səbəbsiz şəkildə sürgün olunsaq da, işimizə daha da məsuliyyətli yanaşmış, nəticədə məktəbimizin keyfiyyət göstəricisi ildən-ilə daha da artmışdır. Cari ilin iyun ayının 25-də keçirilən məktəbin Pedaqoji şura iclasında direktor müavini Diləfruz Mahmudova öz hesabat məruzəsində də göstərmişdir ki, 2023-2024-cü tədris ilində məktəbin keyfiyyət göstəricisi 53%, 2024-2025-ci tədris ilində isə 54% olmuşdur. Bu il Sumqayıt evdə fərdi təhsil məktəbinin məzunları arasında 2 nəfər fərqlənmə attestatı almışdır.
Məktəb şagirdlərinin mənimsəmə faizi 100% olmuşdur. Halbuki elə orta məktəblər vardır ki, onların məzunları arasında 1 nəfər də olsun fərqlənmə attestatı alan yoxdur. Belə bir keyfiyyət göstəricisi olan məktəbi Sizin təbirinizcə desək, “Dərs bölgüsündə oğurluqlar” baş verdiyinə görə, bağlamaq nə qədər ədalətlidir? Əgər oğurluq baş veribsə, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır, məktəb bağlanmalıdırsa, bunun üçün ilk növbədə müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməli, sonra Nazirlər Kabineti qərar verməlidir. Lakin bunların heç biri
baş verməyib, amma biz 1 aydır məktəbin və regional təhsil idarəsi rəhbərliyinin təzyiqləri qarşısında müdafiəsiz qalmışıq.

Hörmətli nazir.
Öz uzaqgörən və müdrik siyasəti ilə dünyaya səs salmış, Azərbaycanın suverenliyini bərpa etmiş möhtərəm Prezident İlham Əliyev hər zaman sadəliyi və xeyirxahlığı ilə xalqımızın hər bir nümayəndəsinə, o cümlədən bizə nümunədir.
Möhtərəm Prezidentimiz hər zaman xalqın ən sadə, zəhmətkeş nümayəndələri ilə, hətta azyaşlı uşaqlarla da görüşür, həmsöhbət olur. Xahiş edirik inandığımız və güvəndiyimiz bir nazir olaraq Siz də bizi qəbul edib baş verənləri bir də bizim dilimizdən eşidib, sonra qərar verəsiniz. Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq və ən qısa zamanda Sizdən mübət reaksiya alacağıq.

Aktualinfo.org

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

7-05-2024, 16:33

Təhsil müəssisəsində 250 min manatlıq YEYİNTİ

Təhsil

30-10-2024, 15:20

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edildi

Təhsil

26-03-2025, 18:47

Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib

Gündəm / Cəmiyyət

29-05-2025, 18:52

"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY

Cəmiyyət

12-06-2025, 13:25

Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb

Təhsil

23-08-2022, 11:22

Emin Əmrullayev brifinq keçirir - CANLI

Cəmiyyət

15-05-2025, 12:00

Eşqi Bağırovun himayə etdiyi Arslan Hacıyev kimdir? -İLGİNC

Təhsil

28-03-2024, 11:05

Bu məktəbin direktoru işdən çıxarıldı

Cəmiyyət

18-06-2025, 15:29

Elm və təhsil naziri Çinin nümayəndə heyəti ilə görüşüb

Təhsil

25-11-2024, 08:52

Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb

Təhsil

23-11-2024, 11:20

Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

Təhsil

30-07-2022, 19:20

Yeni elm və təhsil naziri təyin olunacaq? - Rəsmi açıqlama

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Dünən, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Dünən, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Dünən, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Dünən, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Dünən, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Dünən, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
  • Dünən, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 09:17
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • Dünən, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • 20-09-2026, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə