• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Gündəm / Cəmiyyət

15-08-2025, 09:58

Şərafət Məmmədova, Pərviz Hüseynov, Ceyhun Məmmədov “inzibati üçlüyü”nün növbəti qeyri-prosessuallığı ƏƏSM naziri Sahil Babayevin 18.02.2020-ci il tarixli əmri ilə DSMF-də yaradılan Məhkəmə Mübahisələri ilə İş İdarəsinin (hazırda Mərkəzi Filial) pensiyaçıların, Qarabağ əlillərinin, müharibə veteranlarının, qazilərin, şəhid ailələrinin... sosial təminat, məhkəmə müdafiəsi hüququna qadağa olması, qanunsuzluğu, Konstitusiyaya zidd olması şübhə doğurmayan faktdır. Ən başlıcası, icra hakimiyyəti orqanında məhkəmə filialı yaradıla bilməz və bu qurumun məramı da açıq şəkildə vətəndaşların dövlət tərəfindən sosial müdafiəsinə məhkəmə qaydasında “peşəkar” qadağadan özgə bir şey deyil. Elə filialın əsas məramı da (sonradan bir az da təkmilləşdirilən) əmrdə göstərilib: “Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filial ƏMƏK PENSİYALARI, SOSİAL MÜAVİNƏTLƏR, ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI və s. məsələlərlə bağlı Nazirlik və Fonda, eləcə də Fondun filiallarına qarşı MƏHKƏMƏDƏ qaldırılan İDDİALAR, Fondun İDDİAÇI və ÜÇÜNCÜ ŞƏXS qismində çıxış etdiyi işlər üzrə MƏHKƏMƏLƏRDƏ təmsilçilik və hüquqi müdafiəsini təmin edir”. Haqlı sual doğur, bəs nazirliyin hüquq şöbəsi nədən ötrüdür? Eyni zamanda, filialın toxunulmazlığı da üzə çıxır. Yəni bütün mübahisələrdə filiala qarşı nə iddia qaldırmaq olar, nə də başqa hüquqi tədbir görülə bilər. Məhkəmələr özləri buna yol vermir ki, filial “müdafiəçidir”, “başqasının” (yəni nazirliyin) “hüquq qoruyucusudur”, dövlətin sosial müdafiə siyasətini pensiyaçıların, əlillərin, şəhid ailələrinin, qazilərin, bir sözlə sosial müdafiəyə ehtiyacı olan şəxslərin konstitusion “hücumlarından” qoruyur! (??) Daha bir haqlı sual: Bəs sosial müdafiəyə ehtiyacı olan şəxslərin hüquqlarını hansı dövlət qurumu təmin etməlidir? Dövlət (qurumu) özünə peşəkar müdafiəçi ordusu yaradıbsa, qarşı tərəfə də bu hüquq yardımını etməyə borcludur axı! Belə birtərəfli hüquq müdafiəçiliyi ilə hansı əlil, qazi, şəhid ailəsi, pensiyaçı sosial müdafiə oluna bilər? Özü də DSMF-in Məhkəmə Filialı tam tərkibdə 39 saylı vəkil bürosundan ibarətdir. Filialın direktoru Abuzər Mütəllimov, direktor müavinləri Məsili Nicat, Daşqın İbadov (Roman İsmayılov iki ildir Füzuli hərbi məhkəməsinə hakim edilib), departament müdirləri Arzu Səfərova, Emil İsgəndərli (bu vəkilin əlillərə qarşı özbaşınalıq xidməti yüksək qiymətləndirilib, adi mütəxəssisdən departament müdirinə kimi “ucalıb”), Yeganə Məmmədova hamısı 39 saylı vəkil bürosunun vəkilləridir.
Onu da vurğulayaq ki, məhkəmə filialının-39 saylı vəkil bürosunun konkret işlər üzrə uyğun etibarnamə olmadan məhkəmə işlərinə buraxılması da qanunsuzdur. Təsəvvür edin, cavabdeh hansısa pensiya filialıdırsa, ona qarşı iddialarda yalnız həmin pensiya filialının rəhbərinin verdiyi etibarnamə ilə MƏHKƏMƏ FİLİALI işə çıxa bilər. Halbuki bütün mübahisələrdə qanunvericiliyin bu tələbinə əməl edilmir. Məhkəmələrə illər öncə DSMF sədrinin, ƏƏSMN müavinin MƏHKƏMƏ FİLİALINA-39 SAYLI VƏKİL BÜROSUNA topdan verdiyi “ETİBARNAMƏ”(lər) təqdim edilir. Bilirsiniz niyə? Axı, ƏƏSMN-in, DSMF-in “vaxtı yoxdur” əhalini sosial yöndən müdafiə etsin; əhalinin ayrı-ayrı təbəqələrinin qaldırdığı iddialar isə o qədər çoxdur ki, hərəsinə bir etibarnamə vermək praktiki mümkün deyil. Ona görə də “topdan etibarnamə” özbaşınalığı hələ də qüvvədədir. Bu sətirlərin yazarının ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana DSMFdə yaradılan MƏHKƏMƏ FİLİALININ Konstitusiyaya zidd olması səbəbindən Konstitusiya Məhkəməsinə (KM) sorğu göndərilməsi barədə müraciətlərinə heç bir reaksiya verilmir. Yalnız Ombudsman Aparatı özümün sorğu verməyimi (??) məsləhət bilib. Halbuki vətəndaşın KM-ə sorğu vermək hüququ yoxdur. Belə görünür ki, qanunsuzluq hakimiyyət orqanları, ombudsmanla razılaşdırılıb, yoxsa bu yekəlikdə özbaşınalıq ola bilməz!
İPM-in XV fəslinə (“Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə icraat) uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində “ ƏƏSMN-in 18.02.2020-ci il tarixli əmrinin etibarsız sayılması” tələbi ilə qaldırılan iddia 17.06.2025-ci ildə qeydə alındı və... artıq iki ildir 1-ci dərəcəli Qarabağ əlilinin müdafiə, hüquqi yardım, məhkəmə təminatı hüququna qərəzli qadağa qoyan Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov üçlüyünə verildiyi bildirilən kimi məhkəmə tərkibinə etiraz edildi. Etiraza baxılmadan qərəzli heyət iddianı mümkün saymayıb. Halbuki belə işlərdə mümkünlük şərti nəzərdə tutulmayıb. Özü də heç mümkünsüzlüyə əsas da yoxdur. Məhkəmə tərkibi qarşı tərəfin- qanunsuzluğu
mübahisə edilən MƏHKƏMƏ FİLİALININ (39 SAYLI VƏKİL BÜROSUNUN) qeyriprosessual sifarişi ilə iddiaçı Qarabağ qazisinin iddia qaldırmaqda subyektiv hüququnun olmadığını (?) qərara alıb. Əlbəttə, iki il qabaq eyni tərəflər arasında mübahisədə “tərəflərin hüquq bərabərliyini pozmaq” “əsası” ilə 1-ci dərəcəli Qarabağ qazisinə dövlət hesabına vəkillə təminatdan imtina edən, bu imtinanı ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQU kimi aktlaşdıran eyni heyətdən (Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov (indi Ceyhun Məmmədov) növbəti qeyri-prosessuallıqdan özgə nə gözləmək olardı? Qeyri-prosessuallığa baxın, onda da ƏƏSMN tabeliyində DSMF-in MƏHKƏMƏ FİLİALI Şərafət Məmmədova və b. qeyri-prosessual sifariş edib, indi də. Sadəcə iki il qabaq topdan etibarnaməni imzalayan DSMF sədri olub, indi isə ƏƏSMN müavini ANAR KƏRİMOV. Bəyəm Anar Kərimov 4 aydır maliyyə nazirinin 1-ci müavini deyil? Qarşı tərəf hazırkı ƏƏSMN sədrinin, yaxud onun müavinin topdan etibarnaməsini “vaxt çatışmazlığından” təşkil edə bilməyib və ...Anar Kərimovun ilin əvvəlində-30 yanvarda imzaladığı etibarnaməni “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” möhürü ilə təsdiqləyiblər. Elə bu faktın özü məhkəməni qanunsuz əmri ləğv etməyə, etibarsız saymağa əsas versə də, iddianın mümkün sayılmamasına üstünlük verilib. Özbaşınalığa baxın, qanunsuzluğu mübahisələndirilən MƏHKƏMƏ FİLİALI işdə ƏƏSMN-in “hüququnu” necə müdafiə edə bilər? Biz elə bu qanunsuz müdafiəçilikdən şikayətçiyik də! Anar Kərimovun imzaladığı topdan
etibarnamədə də MƏHKƏMƏ FİLİALININ belə işlərə yox, “ƏƏSMN-in tərəf olduğu ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI, HƏRBİ QULLUQÇULARIN və DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ VƏRƏSƏLƏRİNƏ (yəni şəhid uşaqlarına, ailələrin və b.- M.B.) BİRDƏFƏLİK ÖDƏMƏNİN VERİLMƏSİ, habelə CİNAYƏT İŞLƏRİ ÜZRƏ İŞİN MÜVƏFFƏQİYYƏTLİ HƏLLİ ÜÇÜN zəruri olan PROSESSUAL HƏRƏKƏRTLƏRİN EDİLMƏSİ MƏQSƏDİLƏ (14 MƏHKƏMƏ FİLİALInın departament müdirləri, İŞÇİləriVƏKİLƏ) verildiyi yazılıb. Bu 14 (DSMF sədrinin etibarnaməsində siyahı daha uzundur, 40 çatır) vəzifəli şəxsin, vəkilin adını yazsaq, yazını sona çatdıra bilməyəcəyik. Burda nöqtələmək zamanıdır, amma Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası başda olmaqla, bütün dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana, KM-ə müraciətlərimiz sürür. ƏƏSMN-in sifarişini Konstitusiyadan üstün tutan məhkəmələr, hakimləri Konstitusiyaya boyun əydirmək dövlətin borcudur. Belə sosial müdafiə siyasəti heç bir dövlətə başucalığı gətirə bilməz.
Məğrur Bədəlsoy, konstitusion təminata subyektiv hüququ olmayan 1-ci dərəcəli Qarabağ qazisi

GundemXeber.Az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-03-2025, 14:33

Dövlətin sosial siyasəti HƏDƏFDƏ -AÇIQ SABOTAJ VAR...

Sosial

10-02-2025, 17:50

DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA

Gündəm / Cəmiyyət

26-05-2025, 12:37

Məhkəmə qərarlarının icrası məcburidir, yoxsa mümkünsüz, yolverilməz?

Gündəm / Siyasət

7-02-2025, 16:08

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Cəmiyyət

15-04-2025, 18:10

Anar Kərimov maliyyə nazirinin I müavini təyin edilib

Gündəm / Sosial

11-04-2025, 10:30

Anar Əliyev məhkəmə qərarını niyə icra etmir? - Keçmiş baş əmək müfəttişinin işə bərpası dalana dirənib

Sosial

27-09-2024, 20:00

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Gündəm / Cəmiyyət

21-09-2024, 14:49

51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur - BU FAKTDIR!

Gündəm / Cəmiyyət

15-02-2024, 14:28

Prezidentdən əlillər və şəhid ailələri ilə bağlı - Sərəncam

Gündəm / Siyasət

19-04-2025, 12:30

Övladlığagötürmə ilə bağlı yenilik

Sosial

15-03-2023, 21:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri genişləndirilib

Cəmiyyət / Olay

21-07-2023, 10:48

Eldar Mahmudovun övladlarına qarşı məhkəmə başladı

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Bu gün, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
Bu gün, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 17:21
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
Xəbər lenti
  • Bu gün, 18:00
    Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
  • Bu gün, 17:38
    İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
  • Bu gün, 17:29
    AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
  • Bu gün, 16:59
    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub - FOTOLAR
  • Bu gün, 16:56
    Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:49
    Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
  • Bu gün, 16:31
    Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
  • Bu gün, 16:26
    Bu qurum BŞİH-in əlindən alındı - Baş nazirdən SƏRƏNCAM
  • Bu gün, 16:17
    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub
  • Bu gün, 16:09
    “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
  • Bu gün, 15:43
    DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub
  • Bu gün, 15:27
    Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
  • Bu gün, 15:19
    “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
  • Bu gün, 15:04
    Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir
  • Bu gün, 14:54
    İstanbulda Anar Əlizadənin uşaq bağçasında şiddət – Uşaqları çubuqla döyürlər...
  • Bu gün, 14:31
    Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
  • Bu gün, 14:24
    Vətəndaşın pulunu mənimsəyib "şirin yuxuya" gedən Hacı Ənvər: Sədərək Yusifin qardaşı kimi arxalanır, yoxsa qanunları heçə sayır?
  • Bu gün, 14:12
    Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
  • Bu gün, 12:51
    Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - NİYƏ?
  • Bu gün, 12:29
    Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
  • Bu gün, 12:14
    Dənizləri fəth edən azərbaycanlı Tahir Qarayev Avropa İttifaqının kabusuna çevrilib
  • Bu gün, 11:19
    İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib
  • Bu gün, 11:08
    Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
  • Bu gün, 10:37
    Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək
  • Bu gün, 10:28
    Dərsə gəlməyən şagirdlərə qiymət yazılıb - 181 nömrəli tam orta məktəbdə
  • Bu gün, 10:01
    Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib
  • Bu gün, 09:43
    Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 09:17
    XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
  • Bu gün, 09:11
    75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
  • Bu gün, 08:46
    Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur
  • Dünən, 18:46
    Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək
  • Dünən, 18:30
    AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"
  • Dünən, 18:20
    Hindistanda baş verən yanğın nəticəsində 15 nəfər ölüb
  • Dünən, 18:14
    Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
  • Dünən, 17:54
    Bu gündən qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə