Sizin reklam burada 728×90
Son dəqiqə

Polkovnik-leytenanta 8 il yarım həbs verildi

10.09.2024 13:56 450 1 dəq oxunur
Polkovnik-leytenanta 8 il yarım həbs verildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin sabiq rəisi Rahim Ağayevin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Rafiq Abbasovun sədrlik etdiyi hakim heyəti təqsirləndirilən polkovnik-leytenantı külli miqdarda rüşvət almaqda təqsirli hesab edib.

Törədilən ağır cinayətə münasibətdə Rahim Ağayevə 8 il 6 ay həbs cəzası verilib.

Eks-hərbi komissar cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, R.Ağayev bir il əvvəl Baş Prokurorluqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb. İttihamda deyilir ki, Ağayev çağırışçıların sağlamlıq vəziyyəti ilə bağlı həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində yaxınlarından rüşvət alıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az