Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda maskalı şəxs evə basqın edib, mənzilə od vurdu: 40 min pul və ...

04.08.2022 15:46 555 1 dəq oxunur
Azərbaycanda maskalı şəxs evə basqın edib, mənzilə od vurdu: 40 min pul və ...
Azərbaycanda maskalı şəxs evə basqın edib.

bakunews.az-nun lent.az-a istinadən məlumatına görə, hadisə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini Sevinc Süleymanovaya məxsus evə girən maskalı şəxs qadını döyərək evdən 40 min manat pul və külli miqdarda qızıl götürüb.

Maskalı şəxs daha sonra evə od vuraraq qaçıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və ev sahibəsinə təcili yardım göstərilib.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az