Sizin reklam burada 728×90
Son dəqiqə

Erməni terroru nəticəsində həlak olan polis Seymur Mahmudov torpağa tapşırılıb -

20.09.2023 12:39 487 1 dəq oxunur
Erməni terroru nəticəsində həlak olan polis Seymur Mahmudov torpağa tapşırılıb -
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Seymur Mahmudov dəfn edilib.

BakuNews.az xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, S.Mahmudovun məzarına tər güllər düzülüb.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az