Sizin reklam burada 728×90
Son dəqiqə

EEVZA: “Azərbaycan millisi ikinci məğlubiyyətini alıb”

21.11.2023 20:23 307 1 dəq oxunur
EEVZA: “Azərbaycan millisi ikinci məğlubiyyətini alıb”
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında keçirdiyi ikinci oyununda da məğlub olub.

“Report”un məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Ukraynaya müqavimət göstərə bilməyib.

Ötən gün ev sahiblərinə uduzan (0:3) millimiz ukraynalılara da eyni hesabla yenilib - 0:3 (9:25, 8:25, 13:25).
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az