Sizin reklam burada 728×90
Son dəqiqə

Avropa Superliqası Premyer Liqa klubları olmadan başlaya bilər

22.11.2023 12:48 253 1 dəq oxunur
Avropa Superliqası Premyer Liqa klubları olmadan başlaya bilər
İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres Avropa Superliqası layihəsini bərpa etmək qərarına gəlib. O, yaxın gələcəkdə bir sıra klubların bu liqanın iştirakçısı olacaqlarına əminliyini bildirib.

Məlumata görə, İngiltərə Premyer Liqasının ən yaxşı klubları layihədə iştirakdan imtina etsə belə, Peres Superliqanın başlamasına razıdır. Bu məsələdə əsas məqam UEFA ilə Superliqa arasında gedən proseslərdə Avropa Məhkəməsinin qərarı olacaq. Müsbət qərar olacağı təqdirdə, “Real”ın rəhbəri istənilən sayda iştirakçı ilə layihəni həyata keçirməyə hazır olacağını deyib.

Avropa İttifaqının Ədalət Məhkəməsi dekabrın 21-də məsələ ilə bağlı son qərarını açıqlayacaq.

Qeyd edək ki, bundan əvvəl turnirin yeni formatına bir neçə diviziyanın daxil olduğu öyrənilib. Superliqada 60-dan 80-ə qədər klubun çıxış edəcəyi düşünülür. Hər komanda mövsümdə ən azı 14 oyun keçirəcək.
Bununla belə, klubların heç biri turnirin daimi iştirakçısı olmayacaq.

Mənbə: Live Sport
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az