Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan yelkənçiləri beynəlxalq turnirdə üçüncü yeri tutublar -

16.10.2023 11:25 171 1 dəq oxunur
Azərbaycan yelkənçiləri beynəlxalq turnirdə üçüncü yeri tutublar -
Azərbaycan yelkənçiləri Türkiyədə keçirilmiş “XI Erk Çelik Halat Bodrum” beynəlxalq yarışında uğurla çıxış ediblər.

Azərbaycan Yelkən Federasiyasından verilən məlumata görə, turnirə optimist sinfi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova yeddi ölkə arasında üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışda məşqçi Yasin Çakırın rəhbərliyi altında milli üzvlərindən Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə və Furkan Mustafayev mübarizə aparıblar.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az