Sizin reklam burada 728×90
Son dəqiqə

"Mançester Yunayted" Martinesin transferi ilə bağlı razılıq əldə edib

18.07.2022 08:15 559 1 dəq oxunur
"Mançester Yunayted" Martinesin transferi ilə bağlı razılıq əldə edib
İngiltərənin "Mançester Yunayted" komandası argentinalı müdafiəçi Lisandro Martinesin transferi üçün Niderlandın "Ayaks" klubu ilə razılığa gəlib.

bakunews.az trend-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə komandasının mətbuat xidməti bildirib.

Qeyd olunub ki, müqavilə futbolçu tibbi müayinədən uğurla keçdikdən, onunla şəxsi şərtləri razılaşdırdıqdan və giriş vizası almaq üçün tələbləri yerinə yetirdikdən sonra imzalanacaq. Müqavilənin təfərrüatları açıqlanmayıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az