Sizin reklam burada 728×90
Son dəqiqə

Mingəçevir Sənaye Parkında doqquz ayda 54 milyon manatlıq məhsul istehsal edilib -

03.11.2023 17:24 397 1 dəq oxunur
Mingəçevir Sənaye Parkında doqquz ayda 54 milyon manatlıq məhsul istehsal edilib -
“Bu ilin yanvar-sentyabr aylarında tekstil sahəsində ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 54 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, indiyə qədər Mingəçevir Sənaye Parkına 159 milyon manatlıq investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb, 268 milyon manatlıq məhsul istehsal olunub və bunun 86%-i ixrac edilib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az