• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Hacıqabul Sənaye Məhəlləsində yeni müəssisə fəaliyyətə başlayıb - FOTOLAR

Cəmiyyət

27-10-2023, 19:06

Hacıqabul Sənaye Məhəlləsində investisiya dəyəri 18,4 milyon manat olan istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində “Penoplex Prikavkazye” MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

İllik istehsal gücü 100 min m3 olan Rusiya kapitallı müəssisənin investisiya dəyəri 18,4 milyon manatdır və istehsal olunan məhsulların 60%-nin daxili bazarda satışı, 40%-nin isə ixracı planlaşdırılır.
Sənaye Məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub. Eyni zamanda, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində müəssisə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 12,9 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib.
Müəssisənin fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması tədbirlərindən danışıb. Bildirilib ki, Hacıqabul Sənaye Məhəlləsində “Penoplex Prikavkazye” MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin fəaliyyətə başlaması tikinti sektorunun inkişafına və bölgədə məşğulluğun artmasına töhfə verəcək.
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov yüksək səviyyəli səfərlər və keçirilən görüşlərin tərəfdaşlığın inkişafına əlverişli zəmin yaratdığını vurğulayıb, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, birgə layihələrin icrasına dair fikirlərini bölüşüb.
“Penopleks” Holdinqin baş direktoru Qeorqiy Protosenya Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitinin cəlbedici olduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını qeyd edib, müəssisənin fəaliyyəti barədə məlumat verib.

Qeyd: Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb. 200 nəfərdən çox şəxsin daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 163 milyon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Mövcud layihələr üzrə əlavə olaraq Sənaye Məhəlləsinə 120 milyon manata yaxın investisiyanın yatırılması, 1500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
2023-cü ilin 9 ayında Sənaye Məhəlləsində 51 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 97% artıb. 2022-ci ilin 9 ayında 25,8 milyon manatlıq məhsul istehsal edilib.
İndiyədək Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 95 milyon manata yaxın məhsul istehsal olunub ki, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür.















Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

27-01-2023, 00:45

İN: Sumqayıt Kimya Sənaye Parkının daha iki rezidenti məhsul ixracına başlayıb - FOTO

İqtisadiyyat

1-05-2023, 21:09

Özbəkistanla prioritet sahələrdən olan avtomobil sənayesi üzrə əməkdaşlıq genişlənir - FOTO

İqtisadiyyat

20-10-2023, 12:28

Mikayıl Cabbarov: “Azərbaycan son 20 ildə sənaye istehsalını 22 dəfə artırıb”

İqtisadiyyat

14-07-2022, 12:26

Azərbaycan Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb

İqtisadiyyat / Sosial

24-07-2023, 13:10

Nazir: “Ağdamda qazbeton blok istehsal ediləcək”

İqtisadiyyat

31-07-2023, 16:13

Nazir: “Pirallahı Sənaye Parkında 130-dan çox iş yeri açılıb” - FOTO

Siyasət

20-07-2022, 19:25

İlham Əliyev: "Azərbaycanda investisiya iqlimi çox yaxşıdır"

İqtisadiyyat

2-08-2023, 12:57

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb - FOTO

İqtisadiyyat

31-07-2023, 17:20

Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun tikilməsi ilə bağlı müqavilə imzalanıb - FOTOLAR

İqtisadiyyat

15-08-2022, 18:00

Özbək iş adamları Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Siyasət

3-08-2022, 14:10

Prezident və xanımı zavod açılışında

İqtisadiyyat

15-10-2023, 23:11

Nazir: “Sahibkarlığın İnkişafı Fondu 2,8 milyard manatdan çox güzəştli kredit verib”

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 21:44
    Lənkəranda gənc yazar Aynur İsmayılın “Təsadüfmü, zərurətmi?” kitabının təqdimatı keçirilib
  • Bu gün, 19:01
    Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
  • Bu gün, 18:45
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Bu gün, 18:28
    Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan
  • Bu gün, 18:06
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Bu gün, 17:55
    Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur" - Video
  • Bu gün, 17:08
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Bu gün, 16:52
    Elçin Yusubov baş məsləhətçiyə 80 minlik xidməti avtomobil verib - TƏFƏRRÜAT
  • Bu gün, 16:14
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Bu gün, 15:52
    YAP-ın Balakən təşkilatının eks sədri həbs edildi - BUNA GÖRƏ...
  • Bu gün, 15:33
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Bu gün, 15:02
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Bu gün, 14:45
    Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • Bu gün, 14:25
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Bu gün, 13:11
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Bu gün, 13:05
    Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
  • Bu gün, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Bu gün, 12:39
    Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • Bu gün, 12:19
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Bu gün, 12:11
    Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
  • Bu gün, 11:49
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Bu gün, 11:38
    Mandatından İMTİNA EDİR? - GƏLİŞMƏ
  • Bu gün, 11:04
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Bu gün, 10:47
    Mikayıl Cabbarovun sevimli kadrı HƏBS OLUNA BİLƏR - İDDİA
  • Bu gün, 10:22
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Bu gün, 09:54
    Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi
  • Bu gün, 09:25
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Bu gün, 09:17
    "Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
  • Bu gün, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Dünən, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Dünən, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Dünən, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Dünən, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə