“AS İstehsal” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da, Parkın rezidentlərinin sayı 19-a çatıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
“Şirkət Parkın ərazisində investisiya dəyəri 5,4 milyon manat olacaq inşaat materialları istehsalı kompleksi yaradacaq və 95 nəfəri işlə təmin edəcək”, - deyə o qeyd edib.