Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan neft-qaz bazarında vacib mövqe tutur - Hafiz Paşayev

29.07.2022 19:20 645 1 dəq oxunur
Azərbaycan neft-qaz bazarında vacib mövqe tutur - Hafiz Paşayev
Azərbaycan neft-qaz bazarında vacib mövqe tutur və bunun əsası 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulub.

bakunews.az  trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetində keçirilmiş 16-cı Bakı Yay Enerji Məktəbinin bağlanış mərasimində universitetin rektoru Hafiz Paşayev deyib.

O bildirib ki, Xəzəryanı dövlətlər birgə enerji layihələri üzrə işləyə bilər.

Qeyd edək ki, 16-cı Bakı Yay Enerji Məktəbi iyulun 16-dan 29-dək ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun dəstəyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "bp Azerbaijan", "Kolin", "Masdar" və "TotalEnergies" şirkətləri ilə tərəfdaşlıqda keçirilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az