• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

TVM və İnnova şirkətlər qrupu batır? FOTOLAR

İqtisadiyyat / Bölgə

10-03-2026, 18:07

Ötən ilin sonlarında Ağdamın Xıdırlı kəndində yağışdan sonra baş verən fəsadlar burada tikinti işlərini icra edən şirkətin fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olmuşdu. Araşdırmalar zamanı aydın olmuşdu ki, Xıdırlı kəndində tikinti işləri "TVM İnşaat" MMC tərəfindən həyata keçirilib.

Qeyd edək ki, adıçəkilən şirkətlə Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpas, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs arasında 8 oktyabr 2024-cü ilin yanvarında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi həyata keçirilib. Həmin razılaşmaya əsasən Publiki Hüquqi şəxs “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib.

Yerli sakinlərin sosial şəbəkələrdə paylaşımlarına görə, “TVM İnşaat” böyük məbləğdə vəsait əldə etməsinə baxmayaraq dövlət sifarişini nəzərdə tutulan keyfiyyətdə icra etməyib.

İndi məlum olur ki, adıçəkilən şirkətin vəziyyəti heç də yaxşı deyil, onun maliyyə vəziyyəti müflis olmaq həddinə qədər pisləşib.

Yayılan məlumatlara əsasən, "TVM İnşaat" MMC və "İnnova İnşaat" MMC şirkətlərinin faktiki sahibi eyni adamdır. "TVM Anar" kimi məşhurlaşan bu şəxs hal-hazırda üzərinə götürdüyü yüz milyonlarla manatlıq öhdəliyi yerinə yetirə bilmədiyi üçün "Yeni Hacı İbrahim" kimi qələmə verilməyə başlanıb.

Bir zamanların tender kralı kimi tanınan TVM və İnnova şirkəti öz subpodratçılarına olan 100 milyon manatdan çox borcu da ödəmir.

Subpodratçılar bu barədə media strukturlarına yolladıqları müraciətdə bildirir.

Həm tikinti bazarları, həm dövlət vergi xidməti, həm də banklara külli miqdarda borcu olan bu şirkət vəziyyətdən çıxmaq üçün yeni avantüraya əl atır. Belə ki, bütün dövlət tenderlərinə dəyərindən çox aşağı, qeyri-real qiymət verərək daxil olur, özünün müxtəlif strukturlarda əlbir olduğu adamlar vasitəsilə tender müqavilələrin imzalanmasına nail olur, daha sonra isə illərlə başladığı işləri yerinə yetirə bilmədiyi üçün bitməyən mübahisələrə qərq olur.

Görünən budur ki, görünməyən əllərin himayə etdiyi bu şirkət dövlətin yüz milyonlarla manat vəsaitini hal-hazırda ciddi risklərə məruz qoymuşdur.

Araşdırmamız göstərir ki, şirkət hal-hazırda aşağıdakı işləri tamamlaya bilmədiyi üçün böyük qalmaqallar yaşamaqdadır:

1. Laçında otel kompleksi
2. Göygöldə otel kompleksi
3. Gömrük hospital
4. Ağdamın Xıdırlı kəndi
5. Ağdam şəhərində yaşayış binaları
6. Xankəndidə otel
7. Xəzər Dəniz Gəmiçilik İdarəsinin xəstəxanası
8. Penitensiar müəssisələr
9. Fizuli rayonu Dövlətyarlı kəndi
10. DSMF binaları



Bu şirkətlərin yarıtmaz fəaliyyətinə görə bu yaxınlarda bu şirkətə sifarişlər verən dövlət qurumu rəhbərlərindən birinə şiddətli töhmət verildiyi bildirilir.

Arayış üçün qeyd edək ki, rəsmi adı "TVM İnşaat" MMC olan şirkət 2016-cı ildə təsis olunub. Şirkətin VÖEN-i 1101408601-dir.

2018-ci ili qədər şirkətin qanuni təmsilçisi Nadirov Tofiq Həmid oğlu olub. Qeyd edilən tarixdən isə sənədlərdə dəyişiklik edilib və qanuni təmsilçi Ağayev Musa Nizaməddin oğlu kimi qeydiyyata alınıb. Qanuni təmsilçinin dəyişməsinə baxmayaraq şirkətin hüquqi ünvanı əvvəl olduğu kimi qalıb: AZ1155, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, MÜŞFİQABAD QƏSƏBƏSİ, ev 3D, mənzil 8.

Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən 2020-2026-cı illərdə tamamlanmış tenderlər üzrə "TVM İnşaat" MMC səkkiz müsabiqənin qalibi olub. Şirkət bu müsabiqələrdə 136,5 milyon manat dəyərində tenderlərləri qazanıb.

Bu tenderlər arasında ən bahalısı Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması olub. Bu satınalma 2024-cü ildə bağlanıb və dəyəri 97 milyon 212 min manat təşkil edib.



2024-cü ildə Ədliyyə Nazirliyi ilə bağlanan satınalma müqaviləsinin də dəyəri böyükdür. Şirkət Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi üçün 25,8 milyon manat alıb.

"İnnova İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2019-cu ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Hüquqi ünvanı: AZ3000, İMİŞLİ RAYONU, QARALAR

Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən şirkət 2025-ci ildə 3 müsabiqə üzrə tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 17 milyon 355 min manat təşkil edib.

Ən bahalı müsabiqə 13,4 milyon manat dəyəri olan “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri”nin satın alınması müsabiqəsidir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-03-2026, 10:13

Onlarla milyonluq tenderlərin qalibi olan 'TVM İnşaat' və 'İnnova İnşaat' şirkətləri haqqında ŞOK İDDİA - TƏFƏRRÜAT

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

24-04-2024, 14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Gündəm / Cəmiyyət

10-10-2024, 09:22

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Cəmiyyət

10-03-2026, 15:00

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

Gündəm / Cəmiyyət

3-07-2025, 08:44

Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Gündəm / Cəmiyyət

19-02-2026, 17:57

 Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb: Lap tapmacadır... - ARAŞDIRMA

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
Dünən, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
Dünən, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Xəbər lenti
  • Bu gün, 12:21
    DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
  • Bu gün, 11:53
    MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir
  • Bu gün, 11:39
    "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
  • Bu gün, 11:20
    İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir
  • Bu gün, 11:01
    Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
  • Bu gün, 10:23
    Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq
  • Bu gün, 10:14
    AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
  • Bu gün, 09:49
    Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb
  • Bu gün, 09:41
    Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
  • Bu gün, 09:20
    Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib
  • Bu gün, 09:05
    Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
  • Bu gün, 08:47
    Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
  • Bu gün, 08:45
    Bakıda yalnız 3 istiqamətdə tıxac var
  • Dünən, 19:25
    Sevda Abuzərli: “Bu səfər mənim üçün həm elmi, həm də peşəkar baxımdan olduqca faydalı təcrübə oldu”
  • Dünən, 19:00
    Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
  • Dünən, 18:43
    Kəmaləddin Heydərov yüksək nəticələr qazanmış FHN komandalarının üzvləri ilə görüşdü - VİDEO
  • Dünən, 18:30
    “İran yüksəksəviyyəli beynəlxalq yoxlamalara razılıq verib”
  • Dünən, 18:00
    Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
  • Dünən, 17:38
    İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
  • Dünən, 17:29
    AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
  • Dünən, 16:59
    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub - FOTOLAR
  • Dünən, 16:56
    Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:49
    Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
  • Dünən, 16:31
    Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
  • Dünən, 16:26
    Bu qurum BŞİH-in əlindən alındı - Baş nazirdən SƏRƏNCAM
  • Dünən, 16:09
    “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
  • Dünən, 15:43
    DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub
  • Dünən, 15:27
    Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
  • Dünən, 15:19
    “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
  • Dünən, 15:04
    Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir
  • Dünən, 14:54
    İstanbulda Anar Əlizadənin uşaq bağçasında şiddət – Uşaqları çubuqla döyürlər...
  • Dünən, 14:31
    Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
  • Dünən, 14:24
    Vətəndaşın pulunu mənimsəyib "şirin yuxuya" gedən Hacı Ənvər: Sədərək Yusifin qardaşı kimi arxalanır, yoxsa qanunları heçə sayır?
  • Dünən, 14:12
    Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
  • Dünən, 12:51
    Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - NİYƏ?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə