• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İqtisadiyyat Nazirliyində “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda Konfrans keçirilib - FOTO

İqtisadiyyat

11-05-2023, 21:10

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən və Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Ümummilli Liderin roluna həsr olunmuş tədbirdə Ulu Öndərin Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, regional və qlobal enerji layihələrində ölkəmizi etibarlı tərəfdaş olaraq tanıtması, beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələrin yaradılması və möhkəmləndirilməsi istiqamətində misilsiz fəaliyyəti vurğulanıb.


2023-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə əlaqədar İqtisadiyyat Nazirliyində “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda Konfrans keçirilib.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Ümummilli Liderin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də əhəmiyyətli dəyişikliklər baş verdiyini vurğulayıb. Həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş dövlətin milli maraqlara uyğun xarici siyasət kursunun işlənib hazırlanması dahi strateq Heydər Əliyevin sayəsində mümkün olub. O vaxtdan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticələrinin dünya ictimaiyyətinə çatdırılması və ölkəmizin haqlı tələblərinin yerinə yetirilməsi xarici siyasət kursumuzda əsas yerlərdən birini tutmağa başlayıb. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, həmçinin BMT ilə əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi ölkəmizin dünyada nüfuzunu artırmaqla yanaşı, iqtisadi potensialımızı daha da gücləndirib, inkişafa töhfə verib. Azərbaycanın sürətli inkişaf dinamikası isə əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin ölkəmizdə siyasi institutların formalaşmasında, sosial-iqtisadi inkişafda misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, məhz Heydər Əliyevin liderlik məharəti, strateji qərarları sayəsində ölkəmizdə güclü və müstəqil dövlət, davamlı inkişaf edən iqtisadiyyat və rifahlı cəmiyyət formalaşmışdır.

Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə Ulu Öndər tərəfindən daim diqqət yetirilib. Ölkəmizdə Minilliyin İnkişaf Məqsədlərinə nail olunması məqsədilə kompleks tədbirləri əhatə edən dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bir çox hədəflər üzrə mühüm nailiyyətlər əldə edib. Ölkəmiz yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu öhdəliyi yerinə yetirən 18 ölkədən biri olub, 2010-cu ildə “orta insan inkişafı” statusuna malik ölkələr qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqoriyasına daxil olub. Bildirilib ki, BMT-nin Minilliyin Bəyannaməsinin davamı olaraq respublikamız “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. DİM-in icrası ölkədə uğurla davam etdirilir, bu istiqamətdə dünyada 10 ölkədən biri, regionda ilk ölkə olan Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 hesabat təqdim edilib, növbəti hesabatın isə gələn il təqdim olunması nəzərdə tutulub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Bik Lum Heydər Əliyevin Azərbaycan-BMT münasibətlərinin inkişafında, ölkəmizin sosial-iqtisadi sferada əsas hədəflərinə nail olunmasında mühüm xidmətlərini vurğulayıb, BMT-Azərbaycan tərəfdaşlığının 30 ildən artıq müddətdə uğurla davam etdiyini bildirib. Qeyd olunub ki, Minilliyin İnkişaf Məqsədlərinin icrasına böyük töhfə verən Heydər Əliyevin başladığı təşəbbüslər nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dan 5%-ə enmiş, ölkənin İnsan İnkişafı İndeksində göstəriciləri isə 30 faiz artmışdı. Bik Lum, həmçinin bildirib ki, hazırkı əməkdaşlıq çərçivəsini icra etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT Azərbaycanın bütün səylərini dəstəkləyəcək.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, BMT Əhali Fondunun Ölkə üzrə Nümayəndəliyinin rəhbəri Fərid Babayev Ulu Öndərin zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanda iqtisadi tərəqqinin, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, qeyri-neft sektorunun, sənayenin, sosial infrastrukturun, qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, insan hüquqlarının, gender bərabərliyinin təşviqi istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan söz açıblar.

Tədbirdə Ulu Öndərin Azərbaycanın beynəlxalq münasibətlərinin formalaşması, Azərbaycan-BMT əlaqələrinin inkişafı ilə bağlı gördüyü işlər, təşkilatın Baş Assambleyasında çıxışları və yüksək səviyyəli görüşlərini əks etdirən film nümayiş olunub.




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

16-03-2023, 20:16

İqtisadiyyat Nazirliyində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş etdirilib - FOTO

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Cəmiyyət

7-04-2023, 22:52

BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konfrans keçirəcək

Hərbi

5-05-2023, 23:37

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

İdman

22-04-2023, 22:06

Neftçala Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib

Video / Bölgə

9-05-2023, 18:57

Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıldı - FOTO/VİDEO

Hərbi

3-05-2023, 23:31

Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimat mərasimi keçirilib - FOTO

Bölgə

9-05-2023, 18:44

Namiq Camalov: Ümummilli Lider Heydər Əliyevin dövlətimizin inkişafı uğrunda titanik fəaliyyətindən danışıb - FOTO

Bölgə

8-05-2023, 21:52

Ucar Rayon Polis Şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib

İqtisadiyyat

10-05-2023, 20:14

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib - FOTO

Dünya

10-05-2023, 20:28

Niderlandda Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Cəmiyyət

8-05-2023, 21:46

Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
Dünən, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 15:46
    "Aldadılaraq "kredit bataqlığı"na salındım, indi də təhdid olunuram" - Kukla Teatrının əməkdaşı Prezidentdən kömək istədi
  • Bu gün, 15:17
    Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Bu gün, 15:02
    Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT
  • Bu gün, 14:45
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 12:53
    İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
  • Bu gün, 12:45
    Son 5 ayda nazirliklə 637 min manatlıq satınalma müqaviləsi imzalayan Surxay Qarayev kimdir? - İLGİNC
  • Bu gün, 12:28
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Bu gün, 11:42
    Qarabağın quruculuğuna haram qatan DAHA BİR ŞİRKƏT... - “Bəyaz İnşaat” qadın ustanın PULUNU VERMİR
  • Bu gün, 11:15
    Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:07
    Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
  • Bu gün, 10:29
    Ailə başçısını itirməyə görə 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib
  • Bu gün, 10:19
    Pulumuzu alıb özlərini reklam edən mağazalar: SUİ-İSTİFADƏ - FAKT BUDUR!
  • Bu gün, 09:29
    Millətlər Liqasında daha 10 matç – SİYAHI
  • Bu gün, 09:18
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Bu gün, 09:01
    Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
  • Dünən, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • Dünən, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • Dünən, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • Dünən, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • Dünən, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • Dünən, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dünən, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • Dünən, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:14
    158 saylı məktəbdə qalmaqal:direktor öz kabinetində…
  • Dünən, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • Dünən, 15:43
    Naxçıvanın miqrasiya rəisi qadının evini zorla əlindən alır - BU NƏDİ BELƏ?
  • Dünən, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Dünən, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Dünən, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Dünən, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Dünən, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Dünən, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Dünən, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə