• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan FAO ilə “ağıllı kənd”lərin yaradılması istiqamətində əməkdaşlığa hazırdır - FOTOLAR

İqtisadiyyat / Sosial

8-09-2023, 14:10

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə ölkədə kəndlərin rəqəmsallaşma yolu ilə “ağıllı kənd”ə çevrilməsi istiqaməti üzrə əməkdaşlığa hazırdır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Özbəkistanın Səmərqənd şəhərində ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak edərkən bildirib.

M.Məmmədov bildirib ki, dayanıqlı aqrar qida sistemlərinin yaradılmasında kənd təsərrüfatının rəqəmsallaşdırılması, eləcə də qabaqcıl texnologiyalar və ən yaxşı təcrübələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Nazir əhalisinin sayı daim artan dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqro-ərzaq sistemlərinin transformasiyasının vacib olduğunu diqqətə çatdırıb.

Azərbaycan hökumətinin kənd təsərrüfatında rəqəmsallaşmaya xüsusi önəm verdiyini deyən M. Məmmədov əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib: “Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir”.

Qeyd olunub ki, bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və təcrübələri özündə ehtiva edən “ağıllı kənd” konsepsiyasına əsasən, inkişaf etdiriləcək. Bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Bununla yanaşı, digər strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir.

Qeyd edək ki, FAO-nun texniki dəstəyi, Özbəkistan hökumətinin təşkilatçılığı ilə keçirilən bu mötəbər beynəlxalq tədbirdə 30-dan çox ölkənin rəsmiləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri və ekspertlər iştirak ediblər. Azərbaycanı beynəlxalq tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edib.

Konfransda ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının dayanaqlı inkişafının təmin edilməsi ilə bərabər ətraf mühitin, eləcə də torpaq və su resurslarının qorunması, innovasiyaların kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi məsələsinin müasir dövrün ən aktual çağırışlarından olduğu vurğulanıb.

Konfrans işini mövzu ətrafında panel sessiyalarla davam etdirib.
Tədbir iştirakçıları “Özbəkistan aqro-ərzaq investisiya forumu”nda iştirak ediblər, “Özbəkistanın aqro-ərzaq potensialı” sərgisinə baş çəkib, sərgidə nümayiş olunan kənd təsərrüfatı texnikaları, qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullara baxış keçiriblər.

Səfər çərçivəsində M.Məmmədov Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaye ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun yenilənməsi, bu ilin oktyabr ayında Qətərdə keçiriləcək bağçılıqla bağlı sərginin əhəmiyyəti və Azərbaycanın bu sərgidə iştirakı məsələləri müzakirə olunub.

Eyni zamanda, M.Məmmədov və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet arasında görüş keçirilib. Tərəflər regional qida təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə ediblər, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib.

Səfər çərçivəsində M. Məmmədovla Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekovla ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, toxumçuluq sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Qırğız tərəfi rəqəmsallaşma, “in-vitro” laboratoriyası sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd edib və bununla bağlı qarşılıqlı razılıq əldə olunub.

Səfər çərçivəsində tədbir iştirakçılarının Səmərqənddə kənd təsərrüfatı obyektləri və sahələrə baxış keçirməsi nəzərdə tutulur.





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

15-07-2022, 19:09

Azərbaycan və Litva kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

İqtisadiyyat

15-07-2022, 15:50

"Qarabağda meşələrin bərpası ilə bağlı böyük planlarımız var"

İqtisadiyyat

23-07-2022, 17:10

İnam Kərimov: "Azərbaycanda ərzaqlıq buğdaya görə əlavə 100 manat veriləcək"

İqtisadiyyat / Sosial

18-07-2023, 13:25

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti ilə görüş keçirilib - FOTO

Siyasət

24-08-2022, 19:42

Kasım-Jomart Tokayev: Bizdə Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal etməyə ehtiyac var

Cəmiyyət / Ölkə

5-09-2022, 13:36

Ərzaq qıtlığı real təhlükəyə çevrilir - Qoşqar Təhməzli

Video / Sosial

9-08-2023, 20:59

Siqaret bahalaşdı, digər məhsullar da bahalaşacaqmı? - VİDEO

İqtisadiyyat

22-07-2022, 18:01

Azərbaycan BƏƏ ilə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

Dünya

8-08-2022, 17:13

Rusiyanın məşhur kənd təsərrüfatı şirkətinin gəliri 99 faiz azalıb

İqtisadiyyat

22-07-2022, 20:36

Pomidorun qiyməti niyə bahalaşıb?

İqtisadiyyat

20-08-2022, 21:15

Ərdoğanın yeni islahatı - Qiymətlər ucuzlaşdı

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Dünən, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Dünən, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Dünən, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Dünən, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Dünən, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Dünən, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Dünən, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Dünən, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • 24-10-2026, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • 24-10-2026, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • 24-10-2026, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • 24-10-2026, 16:14
    Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir - VİDEO
  • 24-10-2026, 15:59
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • 24-10-2026, 15:38
    “Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
  • 24-10-2026, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • 24-10-2026, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • 24-10-2026, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • 24-10-2026, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • 24-10-2026, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • 24-10-2026, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • 24-10-2026, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • 24-10-2026, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • 24-10-2026, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • 24-10-2026, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • 24-10-2026, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • 23-10-2026, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • 23-10-2026, 18:30
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • 23-10-2026, 18:11
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • 23-10-2026, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • 23-10-2026, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə