• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Türk dövlətlərinin vahid əlifbası hansı formada yaradılacaq?

Mədəniyyət

6-11-2023, 21:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astana şəhərində keçirilən TDT-nin yubiley tədbirində türk ölkələrinin vahid əlifbasının yaradılması təşəbbüsünü irəli sürüb.

Bununla paralel Türkiyə mətbuatı xəbər verir ki, bu təklif artıq Türkiyənin adından Türk Dövlətləri Təşkilatının katibliyinə təqdim edilib.

Məsələ ilə bağlı Bizim.media-ya danışan millət vəkili, akademik Nizami Cəfərov Türkiyə liderinin təklifini alqışladığını bildirib:

“SSRİ dağılanda bu ərazidə yaşayan bütün türk xalqları çalışdılar ki, öz əlifbalarını latın əlifbasına əsasən yenidən qursunlar. Lakin 30 il əvvəl müstəqillik qazanan türk dövlətlərinin müstəqillikləri də fərqli olub.

Məsələn, Azərbaycan suveren hüquqlarını çox güclü şəkildə müdafiə elədi və latın əlifbası əsasında yeni Azərbaycan əlifbası qəbul edildi. Türkmənistan müəyyən dövrdən sonra bu əlifbanı qəbul etdi. Daha sonra Özbəkistan da öz əlifbasını dəyişdi. Sonuncu dəfə isə Qazaxıstan bu qərarı verdi. 2025-ci ilə qədər Qazaxıstan, daha sonra isə Qırğızıstan yeni əlifbaya keçməyi düşünürlər. Bununla da müstəqil türk dövlətlərinin latın əlifbasına keçidi başa çatacaq.

Amma prosesdə müəyyən yubanmalar var. Astanadakı TDT-nin yubiley tədbirində bu məsələnin gündəmə gəlməsi çox vacib və əlamətdar hadisədir. Çünki siyasi qərar olmasa, elmi təşəbbüslər o qədər də səmərəli olmur. Ona görə də cənab Ərdoğanın təklifini bir elm adamı kimi alqışlayıram”.
Nizami Cəfərov onu da qeyd edib ki, TDT-nin Astana görüşü ərəfəsində Almatıda türkdilli elm adamlarının toplantısı olub:

“Mən də o toplantıda iştirak edirdim. Həmin tədbirdə bu məsələ çox ciddi şəkildə müzakirə olundu. Sonda belə qənaətə gəlindi ki, bu məsələ ilə bağlı türk dövlətlərinin başçılarına müraciət edilsin. Bildirilsin ki, vahid əlifbanın qəbulu üçün heç bir problem yoxdur. Türk dünyasının ziyalıları, elm adamları bu düşüncədədirlər ki, tezliklə vahid əlifbaya keçilməlidir.

Həmin toplantıda ümumi fikir belə oldu ki, ümumi əlifbadan əlavə, hər bir türk xalqının özünün ayrıca latın əlifbası olmalıdır. Çünki türk dilləri bir-birindən fərqlənir. Məsələn, bir türk dilində 32, digərində 34, bir başqasında isə 28 hərf var. Bu da normaldır. Əsas odur ki, o səslərə o hərflər uyğun gəlsin. Əlavə, mənasız hərflər qəbul edilməsin. Yalnız o hərflər qəbul olunsun ki, onlar türk dilindəki fonemlərin, xüsusi sözü sözdən fərqləndirən səslərin işarəsidir.

Digər bir təklif ondan ibarətdir ki, hər bir türk dilində olan hər hansı bir hərfin işarəsi eyni olmalıdır. Çünki latın əlifbasına keçmiş türk dövlətlərinin əlifbasında da fərqlər var. Təbii ki, bütün bunlar həll ediləsi məsələlərdir. Əsas - siyasi qərardır. O da verildi. Yəqin ki, yaxın zamanda altı türk dövlətində birgə əlifbanın yaradılması istiqamətində işlərə başlanılacaq və vahid türk əlifbası ortaya qoyulacaq”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

13-09-2023, 13:03

Muxtar Tayjan: “Bizə türk ölkələrinin hərbi ittifaqı lazımdır” - QAZAXISTANDAN ŞƏRH

Gündəm / Siyasət

3-11-2023, 10:59

Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”

Dünya

2-08-2022, 14:40

Çavuşoğlu: “Türk Dövlətləri Təşkilatının sammiti Səmərqənddə keçiriləcək”

Siyasət

26-09-2023, 11:35

Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Dünya

20-10-2023, 22:02

Ərdoğan: “Türk dünyası olaraq geniş bir sahədə əməkdaşlığımızı daim təkmilləşdiririk”

Siyasət

7-07-2022, 15:41

Səfir: “Türk Dövlətləri Təşkilatının inkişaf etdirilməsi əsas məsələlərdən biridir”

Gündəm

3-07-2022, 15:16

Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

Siyasət

3-11-2023, 15:01

Astanada TDT dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub

Siyasət

4-11-2023, 10:44

Dünya mediası Türk Dövlətləri Təşkilatının Astanadakı yubiley Zirvə görüşünə geniş yer ayırıb - FOTO

Gündəm / Siyasət

7-09-2023, 10:28

Prezident İlham Əliyev türkiyəli nazirləri qəbul edib

Siyasət / Dünya

24-01-2023, 21:41

Kanada mətbuatı Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Bakı/Şuşa Forumundan yazıb

Siyasət

3-11-2023, 11:02

Prezident: “İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il 2,4 milyard dollar ayrılacaq”

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
Hadisə
Bu gün, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Bu gün, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
Xəbər lenti
  • Bu gün, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • Bu gün, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • Bu gün, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • Bu gün, 18:13
    “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
  • Bu gün, 18:01
    NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
  • Bu gün, 17:55
    “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
  • Bu gün, 17:28
    Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
  • Bu gün, 17:00
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:45
    GƏNCƏDƏ 55 KÜÇƏDƏ ASFALT ÖRTÜYÜ YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜB — AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQLAMA VERMƏLİDİR!
  • Bu gün, 16:30
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 16:29
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
  • Bu gün, 16:11
    Maştağada 20-dən çox itin saxlandığı həyətdən şikayət: Sakinlər antisanitariya və dözülməz qoxudan narazıdır
  • Bu gün, 16:00
    “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın” - Aqil Babayevin ailəsindən müraciət
  • Bu gün, 15:18
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:10
    Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • Bu gün, 14:50
    Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
  • Bu gün, 14:39
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Bu gün, 14:20
    Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
  • Bu gün, 12:48
    KTN-də qalmaqallı təyinata hazırlıq - Çərkəz Şirinov rəis təyin edilir
  • Bu gün, 12:36
    Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
  • Bu gün, 12:21
    Pərviz Abubəkir Səhiyyə Nazirliyindən gedir?
  • Bu gün, 11:46
    Azərbaycanda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi hazırlanıb
  • Bu gün, 11:33
    Gömrük komitəsində kadrların rəisi BAZAR AÇIB - İTTİHAM VAR...
  • Bu gün, 11:11
    İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir
  • Bu gün, 10:52
    İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:35
    Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  • Bu gün, 10:17
    Yağış yağsa, bu evlər çökəcək! - Masazırda biabırçı inşaatın pərdəarxası VİDEO
  • Bu gün, 09:56
    Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
  • Bu gün, 09:48
    Siyəzəndə haqqı tapdalanan qazi ailəsi Prezidentə müraciət etdi - Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov ...
  • Bu gün, 09:34
    Donald Tramp Putin və Zelenski ilə görüş planlarını açıqlayıb
  • Bu gün, 09:21
    İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
  • Bu gün, 09:04
    Qaradağda selin dağıtdığı körpünün yerində yenisi inşa edilib
  • Dünən, 19:00
    Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
  • Dünən, 18:30
    Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq- Yenilənib
  • Dünən, 18:05
    SEPAH: Hörmüz boğazında minaya düşən tanker alovlanıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə