• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Razi Nurullayev məmurları tənqid etdi - Spiker irad tutdu

Ölkə

14-11-2023, 20:37

“Fərqli fikir demək, tənqid etmək, bəzən çılpaq həqiqəti söyləmək çox çətindir. Çünki, dövlətçiliyi nəzərə almalısan, rəhbərliyi pis vəziyyətdə qoymamalısan və həm də qərəzli görünməməlisən. Çalışıram ki, bu incə məqamları nəzərdən qaçırmayım”.

Musavat.com xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdəki büdcə müzakirələrində deyib.

Onun sözlərinə görə, həm parlament rəhbərliyinə, həm də Baş nazir Əli Əsədova dərin hörməti var:

“Hökumət üzvlərinə zəhmətləri üçün təşəkkür də edirəm. Doğurdan da hər birinizə hörmətim var. Deyəcəklərim onun üçündür ki, sizlərdən kömək gözləyirəm. Dövlətimi sevirəm və istəyirəm ki, zəfər çalan ordu, xalq ləyaqətli yaşasın. Xalqı, ordunu qələbəyə aparan Prezidentin başı daima uca olsun. Hörmətli Sahibə xanım! Bir sıra dövlət qurumlarında müavinlik institutu işləmir. Müavinlərin konkret vəzifələri var və qanunla və daxili nizamnamə ilə tənzimlənir. Niyə işlək deyil? Əgər müavin də gedib hər xırda məsələni qurumun birinci şəxsi ilə razılaşdırırsa, o zaman tərəzi pozulur. Siyasi və yüklü məsələləri etməsi vacibdir və bunu qəbul edirik. Elə qurumlar var ki, orada müavinlik institutu formal xarakter daşıyır. Rəhbər səlahiyyətləri və sahələri köməkçiləri və özünə yaxın adamlar arasında qeyri-rəsmi olaraq bölür. Bu yolverilməzdir və adlar çəksəm, aləm dəyər burada bir-birinə, amma ayrılıqda bölüşə bilərəm. Amma, deyim ki, az qala 60% dövlət qurumları bu mexanizmlə işləyir. Biz, şükür Allaha güclü dövlət qurmuşuq. Dövlətin mexanizmi olmalıdır və saat kimi işləsin gərək. Dövlət qurumu MMC deyil, adında dövlət var. İkincisi, vəzifəli şəxslər qurumun adındakı “dövlət” sözünü nəzarət və monitorinq kimi başa düşürlər. İnanın ki, hörmətli Sahibə xanım, bəzi dövlət idarələrinə imkan verilsə, hamısı istintaq idarəsi yaradar. Imkan verilsə, bir qurum içində, onlarla nəzarət və monitorinq mexanizmi yaradarlar ki, ancaq vətəndaşı, sahibkarı tutub gətirib məhşər ayağına çəksinlər. Vallah, imkan verilsə, nəzarətə də nəzarət yaradarlar. Bu qədər çək-çevir, nəzarət, monitorinq, sorğu-sual, süründürməçilik, qanuna xor baxma, öz mənafeyini dövlətin və xalqın mənafeyindən üstün tutma və özbaşınalıq kimi hallar xalqı narazı salır. Axı, belə olmaz! Düşünmürlər ki, dövlət orqanı yalnız nəzarət, nəzarətə nəzarət yox, həm də kömək etməlidir, dəstək olmalıdır, əlindən tutmalı, lazımsa başına sığal çəkməlidir. Axı heç kimi məcburi vəzifəyə qoymurlar, hamı özü can atır, tanış tapır, xahiş etdirir ki, vəzifəyə getsin. Getdin, o zaman xalqa xidmət elə. Yaxşı özünə də xidmət et, amma vətəndaşları incitmə!”.

Seçicilərinin problemlərini qaldırandan sonra R.Nurullayev növbəti dəfə tənqidlərini çatdırıb:

“Dövlət Reklam Agentliyinin yarıtmaz və özbaşına bir qurum olduğunu bildirmək istəyirəm. Onlar iş adamlarına bezdirir, ziyana salır və kömək etmir. Düşünür ki, ancaq qadağa və süründürməçilikdir işi. Səhifəsində yazıb ki, innovasiya axtarır, müraciət edənlərə qucaq açır. Xeyr, qucaq açmır, onları nəyi var incidir və süründürür. Reklam haqqında olan boşluqdan öz çıxarları üçün istifadə edirlər. Dövlət reklam agentliyinin rəhbəri dövlət qurumunu MMC kimi idarə edir və orada təkbaşına idaərçilik istemi yaradıb. Startap təşəbbüsləri, innovativ rekam ideyalarını boğur, çünki şəxsi maraqları var. Əməlli-başlı monopoliya yaradıb. Baxın reklam bazarına. Biabırçılıqdır. Bütün cəhətlərdən bərbad işləyir. Belə bir şəxsin dövlət qurumunun başında dayanması narazılığın artmasına səbəb olacaq. Mən partiya sədri, millət vəkili kimi Reklam Agentliyinin rəhbəri barədə ölçü götürülməsini istəyirəm”.

Sədr Sahibə Qafarova R.Nurullayevə iradını bildirib. Qeyd edib ki, indiyədək deputatın çıxışına görə parlament rəhbərliyi hər hansı irad bildirməyib:

“İkincisi də siz istəsəniz də, parlament rəhbərliyini pis vəziyyətdə qoya bilməzsiniz!”.

Spiker deputatın Zəfər büdcəsi haqqında danışmamasını da ona irad tutub.

Sədr təəssüflə bildirib ki, bir neçə çıxışda dövlət büdcəsi, Xankəndi büdcəsi barədə nəsə deyilmədi:

“Niyə bir söz tapıb, Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?! Bu VI çağırışda deputatlar xalqla bir yerdə olan vaxtı bundan əvvəl nə vaxt olub? Niyə məni bunu deməyə məcbur edirsiniz? Razi müəllim sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın stilistikasına baxasınız - qoçuluq və s. Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz – qoçuluqda? Danışanda fikirləşin!”,

Ardınca deputat Ziyafət Əsgərov söz alıb:

“Hörmətli həmkarlar, biz hökumətin hesabatını dinləmirik, dövlət büdcəsini müzakirə edirik. Həm də dövlət büdcəsini birinci oxunuşda müzakirə edirik. Amma bəzi həmkarlar ikinci, üçüncü oxunuşda müzakirələr aparırlar. Gəlin birinci oxunuşun tələblərinə əməl edək”, - Z.Əsgərov deyib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Sosial / Olay

11-08-2023, 18:34

Payız referendumu: “Deputat yerlərinin artırılması, pis olmaz”

Cəmiyyət

24-08-2022, 16:25

Tahir Kərimlinin ilginc iddiası: “Deputatları onlar “vurdurur...””

Şou-biznes

14-07-2022, 16:32

“O biri dünyada istərdim əməllərim gözəl olsun. Məni Allah çox istəyir" - Mətanət Əsədova

Cəmiyyət

1-03-2023, 00:22

Fərid Şərifov Od Çərşənbəsi münasibətilə Azərbaycanı, Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Təbrik etdi

Təhsil

27-08-2022, 13:37

Kafedra müdiri Elm və Təhsil Nazirliyini tənqid etdi.Giley

Cəmiyyət

8-04-2023, 03:56

"Yeni qanun qiymət artımına səbəb olacaq" - Deputat nazirə ETİRAZ ETDİ

Cəmiyyət

9-04-2023, 16:51

"Yeni qanun qiymət artımına səbəb olacaq" - Deputat nazirə ETİRAZ ETDİ

Mədəniyyət

18-08-2022, 10:11

İlham Əliyev: “Müslüm həmişə bizimlədir”

Sosial

12-07-2023, 15:21

Nazirlər Kabinetinin işi baş verənləri malalamaqdır? – Prezidentdən Əli Əsədova tənqid

Təhsil

11-09-2023, 17:40

Misir Mərdanovdan nazirin sözlərinə reaksiya: “Bu fikirlə razı deyiləm”

Araşdırma / Olay

22-09-2023, 14:59

Adil Vəliyev kimilər özlərini “kiçik padşahlar” kimi aparır

Sosial / Olay

14-09-2023, 16:29

"Mənimlə çörək yeyib, başqasıyla..." - Əli İnsanov hansı müxalifət liderini tənqid etdi? - VİDEO

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 15:00
    Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq
  • Bu gün, 14:30
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Bu gün, 14:00
    Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
  • Bu gün, 13:10
    "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
  • Bu gün, 13:00
    Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL
  • Bu gün, 12:30
    Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
  • Bu gün, 12:29
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • Bu gün, 11:11
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Bu gün, 10:56
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Bu gün, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Bu gün, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Bu gün, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Bu gün, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • Dünən, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Dünən, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Dünən, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Dünən, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Dünən, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Dünən, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Dünən, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Dünən, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Dünən, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Dünən, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Dünən, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Dünən, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Dünən, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Dünən, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Dünən, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dünən, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Dünən, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə