• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan gənci olaraq hər zaman cənab Prezidentin yanındayıq və əmrindəyik.

Ölkə

3-02-2024, 01:56

Prezident İlham Əliyev “Bizim sözümüz imzamız qədər keçərlidir” ifadəsini əbəs yerə səsləndirməyib. Həqiqətən də 2018-ci ildən başlayaraq ölkədə həyata keçirilən islahatlar daha da sürətləndirilib, daha çevik idarəçilik siseminə keçid edilib, proses bu gün də davam etməkdədir. Bu müddətdə tarixə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən Müharibəsi başladı, Azərbaycan 30 ildir, işğal altında olan torpaqlarını azad etdi. Xalq “dəmir yumruq” kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi, düşmənə qalib gəldi. Bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi. Dövlət başçısı dəfələrlə çıxışlarında erməniləri xəbərdar etmişdi: Danışıqlar uzun müddət davam edə bilməz, münaqişə sülh yolu ilə həll edilməyəcəksə, müharibə olacaq. Belə də oldu. Çünki Prezident Azərbaycan Ordusuna, xalqına arxalanırdı. Elə məhz buna görə də ordu quruculuğuna xüsusi önəm verilirdi. Prezident İlham Əliyev torpaqları işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırmış oldu. Ali Baş Komandan heç kəsin xəyal etmədiyi reallığı ortaya qoydu.

Prezidentin regionda söz sahibi olması bizim başımızın ucalığı, cənab İlham Əliyevin gücü və qüvvəsidir: “İlham Əliyevin, ümumiyyətlə, 20 illik prezidentliyi dövründə apardığı siyasət ordunun və iqtisadiyyatın güclənməsinə, bu da öz növbəsində ən böyük problemimiz olan Qarabağın azad olunmasına gətirib çıxardı.

Azərbaycan xalqı hər zaman dövlət başçısını dəstəkləyir. Bu gün Azərbaycan, əlbəttə ki, Cənab İlham Əliyevin gördüyü işlər nəticəsində bölgənin ən qabaqcıl dövlətlərindən biri olmağı bacarıb. Prezidentimizin Xəzəryanı, türkdilli ölkələrin birləşdirilməsi, bölgədə yaxınlığın yaradılması istiqamətindəki uğurları, qardaş ölkə Türkiyə ilə dostluğu daha da möhkəmləndirməsi, bu təcrübələri başqa ölkələrə aşılaması və nəhayət bölgədə söz yiyəsi olması cənab Prezidentin öz gücü və qüvvəsidir. Biz Prezident İlham Əliyevlə fəxr edirik!”

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılarının böyük idman bayramlarına ev sahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-ci ildə IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük töhfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.

Ölkəmizin qazandığı bütün bu tarixi uğurlar fonunda 2019-ci ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın bütün ölkələrini əsarətə alan koronovirus pandemiyası dünya iqtisadiyyatında yeni və daha ağır böhran təhlükəsi yaratdığı kimi, Azərbaycana da təsirsiz qalmamışdır. Xüsusilə bu infeksiyanın məlum təsirləri fonunda dünya neft bazarında qiymətlərin 2 dəfədən artıq enməsi, heç şübhəsiz, ölkəmizin də sosial-iqtisadi həyatına, diplomatik və beynəlxalq iqtisadi əlaqələrinə mənfi təsir göstərməkdədir.

Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməklə bağlı çağırışları yalnız bir məqsədə xidmət edir. Bu məqsəd xalqımızı və dövlətimizi bu qorxulu infeksiyanın fəlakətli nəticələrindən hifz etmək və qorumaqdan ibarətdir. Elə bu niyyətlə də dövlətimizin rəhbəri koronovirus pandemiyasına qarşı mübarizədə preventiv, profilaktik, ardıcıl və sistemli addımların atılmasını təmin etməklə bu qorxulu xəstəliyin təsirlərinin minimuma endirilməsinə nail olmaq üçün gecə-gündüz çalışır. Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır.

Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.

8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda “Prezident Ordu Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımız uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik! Bütövləşdik! Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Artıq üç ildir ki, müzəffər Azərbaycan ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

Həqiqətən də, müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır, Türk dünyası kimi daha geniş coğrafi arealı əhatə edir. Cənab Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat mərasimində səsləndirdiyi fikirlər bu baxımdan olduqca böyük məna kəsb edir :”Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.”

Xüsusi olaraq onu da qeyd edim ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, ölkəmizin Birinci vitse-prezidenti mərhəmətli Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsaylı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq,” - deyən ölkəmizin birinci xanımı Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır.

Hörmətli Mehriban xanım Əliyeva Prezident İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza davamlı səfərlər edərək Ali Baş Komandanın erməni vəhşiliyi və barbarlığını ifşa edən fikirlərini çəkdiyi unikal videokadrlarla zənginləşdirmiş və tamamlamışdır. Bir çox hallarda bu kadrlar ilkin mənbə rolunu oynamaqla erməni faşizminin eybəcər simasını dünya ictimaiyyətinə tanıtmaq baxımından misilsiz əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev öz rəhbərliyi altında Azərbaycanı bundan sonra da daha böyük inkişafa aparacaq, yeni uğurlara imza atacaq”.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı xoşbəxt gələcək gözləyir.

Prezident İlham Əliyev Adını dünya diplomatiya və hərb tarixinə həkk etmiş xoşbəxt Prezidentdir.

Mən Fərid Şərifov bir gənc olaraq bildirmək istəyirəm ki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq. Həmçinin qeyd edim ki, Azərbaycan gənci olaraq hər zaman cənab Prezidentin yanındayıq və əmrindəyik.
Azərbaycan çox xoşbəxtdir ki, İlham Əliyev kimi güclü lideri var.

Azərbaycanın inkişafı, tərəqqisi və onun dünya birliyində qüdrətli ölkəyə çevrilməsi istiqamətində apardığınız ümumi siyasətinizi dəstəkləyir, hər zaman prezident İlham Əliyevlə qürur duyuram.

2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Azərbaycan gənci olaraq cənab İlham Əliyevin namizədliyini dəstəkləyirəm. Bildirmək istəyirəm ki siz ən layiqli namizədsiniz. Mən və ailə üzvlərim səsimizi məhz cənab İlham Əliyevə verəcəyik. Biz Güclü Liderimiz cənab prezidentimizlə fəxr edirik.

Yaşasın Güclü Prezidentimiz
Yaşasın Güclü Azərbaycan

Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

9-04-2023, 14:56

Azərbaycan gənci olaraq hər zaman cənab Prezidentin yanındayıq və əmrindəyik - FOTO

Siyasət / Cəmiyyət

18-12-2023, 22:32

Xalq namizədini dəstəkləyir

Cəmiyyət

27-09-2023, 13:41

27 sentyabr-Zəfər yolunun başlanğıcı!

Siyasət

14-08-2022, 00:00

Ali Baş Komandanın rəhbərliyi ilə 44 Günlük Vətən Müharibəsində Tarixi Qələbə Əldə Etdik

Ölkə

11-12-2023, 22:52

Xalqa həsr edilmiş ömür

Gündəm / Siyasət

9-10-2023, 16:50

Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür

Cəmiyyət

25-06-2023, 23:09

Döyüş meydanında tarix yazan yenilməz Azərbaycan ordusu

Gündəm / Siyasət

6-12-2023, 11:21

Biz regiona sülhü artıq gətirmişik - İlham Əliyev

Siyasət

7-08-2023, 19:55

Yekun sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq imzalanmalıdır

Cəmiyyət

6-11-2023, 17:58

44 günlük zəfər səlnaməsi

Gündəm / Siyasət

18-10-2023, 16:59

Peşəkar siyasətçi, böyük lider, qalib sərkərdə - ŞƏRH

Video / Hərbi

10-11-2023, 11:12

Xüsusi Təyinatlılarımız Qapıcıq zirvəsində - FOTO-VIDEO

Araşdırma
Sabiq gömrük rəisinin Villa Badam macərası
Məhəmmədlidə qanunsuz tikintilərin arxasında kim dayanır? “Memar Kənan müəllimin icazəsi var”
70-C ilə işdən çıxarılan həkim yenidən necə fəaliyyətə qayıdıb? – Vuqar Səfərovla bağlı araşdırma
AAYDA rəhbərliyində himayə iddiaları: yol layihəsini dəyişdirən villa yeni problemlərin mərkəzində
Regional qəbulda “bölgü əməliyyatı”
ETN-in Daxili Nəzarət şöbəsi yoxlamaya başladı Sumqayıt 23 nömrəli məktəbdə iddialar böyüyür
Hadisə
Dünən, 15:44
Bakıda Milli Onkologiya Mərkəzində partlayış: ziddiyyətli məlumatlar yayılır
29-04-2026, 10:57
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
27-04-2026, 11:08
Bakıda maşın piyada qadını vurdu
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
24-04-2026, 09:30
Ağcabədidə ev yanıb, bir nəfər ölüb
Xəbər lenti
  • Dünən, 18:51
    Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub
  • Dünən, 18:19
    Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
  • Dünən, 18:12
    "Liv Bona Dea Hospitalında o blank, yoxa çıxıb” – Nigar Köçərli
  • Dünən, 17:54
    Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
  • Dünən, 17:43
    Sabiq gömrük rəisinin Villa Badam macərası
  • Dünən, 17:13
    Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Dünən, 17:03
    Eşqi Bağırov çıxış yolu axtarır? - Böyük yeyinti faktı araşdırılır...
  • Dünən, 16:47
    İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq
  • Dünən, 16:33
    4 aydır işçilərin haqqı verilmir - “Azneft” İB
  • Dünən, 16:07
    Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir
  • Dünən, 15:44
    Bakıda Milli Onkologiya Mərkəzində partlayış: ziddiyyətli məlumatlar yayılır
  • Dünən, 15:23
    I sinfə qəbul başlayır
  • Dünən, 15:12
    “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK detallar
  • Dünən, 14:51
    Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
  • Dünən, 14:36
    Xırdalanda məktəbdə qalmaqal: biri icma qrupundan, digəri 1-ci sinifdən uzaqlaşıb – valideyn ciddi iddialar səsləndirir
  • Dünən, 13:00
    Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
  • Dünən, 12:49
    "Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
  • Dünən, 12:33
    Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
  • Dünən, 12:19
    SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
  • Dünən, 11:42
    Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək
  • Dünən, 11:34
    Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
  • Dünən, 11:12
    Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib
  • Dünən, 11:04
    “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
  • Dünən, 10:30
    Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
  • Dünən, 10:22
    “Summer Tour Azərbaycan” AZAL-ın adından müştərilərə yalan danışır? – Əlavə ödəniş tələb olunur
  • Dünən, 10:00
    Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
  • Dünən, 09:54
    Leysan Məmmədov 10 manatlıq şirkətə nə qədər pul köcürəcək? Tender oyunu….
  • Dünən, 09:48
    Xaçmazda aliment qərarı kağız üzərində qalıb? – İcra və Probasiya xidməti hara baxır?
  • Dünən, 09:26
    BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr
  • Dünən, 09:10
    Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
  • Dünən, 08:54
    XTQ-nin yaradılmasından 27 il ötür
  • 29-04-2026, 18:30
    Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
  • 29-04-2026, 18:13
    Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
  • 29-04-2026, 17:25
    Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO
  • 29-04-2026, 16:31
    Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə