Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1000-i ötüb

19.07.2022 17:06 526 1 dəq oxunur
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1000-i ötüb
Azərbaycanda hazırda 1096 aktiv koronavirus xəstəsi var.

Bu barədə bakunews.az-ya report-a istinadən Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada aktiv koronavirus xəstələrinin sayı 195 nəfər artıb. Belə ki, iyulun 18-də belə xəstələrin sayı 901 nəfər idi.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və 4 nəfər ölüb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az