• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanın sabitlik modeli: haqlı olmağın bəhrəsi - ŞƏRH

Siyasət

1-08-2022, 21:27

Dünya tarixində 2022-ci il gərginliyi və çoxsaylı sosial problemləri ilə qalacaq. Bunun əsas səbəblərindən biri Rusiyanın Ukraynada apardığı müharibədir. Bu müharibə dünya bazarında taxılın, ərzaq mallarının qiymətinin bahalaşmasına da ciddi təsir göstərib. Rusiyanın Qara dənizdə Ukrayna gəmilərini mühasirədə saxlaması isə taxıla təlabatı artırıb. Bu isə həmin ərzaq məhsulunun qıtlığına səbəb olub.

Avropa İttifaqına üzv dövlətlərin Rusiyanın təbii qazından imtina etməyə başlaması isə enerji daşıyıcıları sahəsində müttəfiqlər arasında belə fikir ayrılığı yaradıb. Almaniya və Fransanın Ukraynadakı müharibəyə Böyük Britaniya və ABŞ-dan fərqli yanaşması, bu ölkələrin Rusiyanın təbii qazından asılılığının göstəricisidir. Başqa sözlə Avropa İttifaqının uzağı görə bilməməsi bu gün Qərbi ciddi sınaqla üzləşdirib.

Dünya dövlətlərinin beynəlxalq hüquqa əməl etməməsi də separatizm hərəkatının güclənməsinə səbəb olub. Tayvanın Çinlə münasibətlərinin müharibə həddinə çatmasını da buna örnək göstərmək olar. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiya ölkələrinə - Yaponiya, Cənubi Koreya, Sinqapur və Malayziyaya səfəri çərçifəsində Tayvana da gedəcəyi barədə xəbərlərin yayılması ABŞ-Çin, Tayvan-Çin qarşıdurmasına yol aça bilər. N.Pelosini müşayiət etmək məqsədi ilə ABŞ regiona aviadaşıyıcı belə göndərib. Çin və Tayvan silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Rəsmi Pekin Aşağı Palata sədrini Tayvana gedəcəyi halda təyyarəsini vurmaqla hədələyib. Bu həm də növbəti dünya müharibəsinə səbəb ola bilər.

Baş verənlər göstərir ki, beynəlxalq gərginliyi dünyanın aparıcı dövlətləri arasındakı ziddiyətlər, fikir ayrılıqları və bir sıra hallarda münaqişələr artırır. Kosovanın Serbiya ilə müharibə astanasında olması da güclərin bir-birinə qarşı olmasının təzahürüdür.

2011-ci ildən Suriyada vəziyyət gərgin olaraq qalır. Əvvəllər bu gərginliyi İŞİD terror qruplaşmasının yaratdığı iddia olunurdu. Suriyada İŞİD-in məhv edildiyi deyilsə də, hazırda da Türkiyədə 3 milyona yaxın suriyalı qaçqın yaşayır. Suriyadakı vəziyyətin böhranlı həddə qalması, vətəndaşların bir hissəsinin öz yurd-yuvalarını tərk etməsi də dünyanın başlıca problemlərindəndir. Bunlar dünyada artmaqda olan gərginlik ocaqlarıdır. Hadisələr belə inkişaf edərsə, yeni münaqişə ocaqlarının yaranacağı istisna edilmir.

Azərbaycan dünyanın indi üzləşdiyi bir sıra problemləri 29 ilə yaxın müddət ərzində yaşayıb. O illərdə rəsmi Bakı torpaqlarının 20 faizinin işğal olunmasına, bir milyondan çox vətəndaşının ata-baba yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin diqqətini bu vəziyyətə çətinliklə cəlb edirdi. Dünyanın aparıcı gücləri Azərbaycanın haqlı tələblərini, istəklərini 30 ilə yaxın görməzlikdən gəlib və qulaqardına vurub. Rəsmi Bakının o vaxt gündəliyə gətirdiyi problemlərin həllinə düzgün yanaşılsaydı, ola bilsin ki, bu gün nə Avropa, ABŞ, nə də Rusiya bugünkü təhdidlərlə üzləşərdi. Azərbaycan 30 il ərzində terrora məruz qalıb, torpaqları işğal olunub, qaçqınlıqla üzləşib. Minlərlə dinc və hərbçi vətəndaşını itirib.

Azərbaycan dünyanın narahatlıqla qaldırdığı problemlərin həllinə, enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Bu ilin əvvəlindən təbii qazla bağlı aparılan danışıqlar iyulun 18-də “Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Anlaşma Memorandumu”nun imzalanması ilə nəticələnib. Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen bu hadisəni belə qiymətləndirib: “Aİ etibarlı enerji təchizatçılarına üz tutur. Azərbaycan da onlardan biridir. Bugünkü razılaşma ilə biz Azərbaycandan Aİ-yə qaz tədarükünü ikiqat artırmaqla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, qışda qaz təchizatımız üçün yaxşı xəbərdir”.

Azərbaycan 44 günlük müharibəsindən sonra işğaldan azad etdiyi ərazilərinin 20 faizini yenidən qurmağa başlayıb. Bundan başqa statistikaya əsasən, ölkə iqtisadiyyatının inkişaf etdiyi də qeydə alınıb. Azərbaycan torpaqlarında irimiqyaslı bərpa işləri aparır. Sülhsevərliyi, öz torpağını azad etməsi, əməkdaşlığa üstünlük verməsi, quruculuq işləri, regionda, Cənub Qafqazda təhlükəsizliyin başlıca təminatçılarından biri kimi Azərbaycanın dünyada nüfuzu artır. Dünya miqyasında baş verən hadisələr beynəlxalq gərginlik və güc mərkəzlərinin qarşı-qarşıya durduğu şəraitdə öz ərazi bütövlüyünü bərpa etmək üçün ölkə liderinin biliyi, bacarığı, qətiyyəti və uzaqgörənliyi, düzgün daxili və xarici siyasəti, mükəmməl ordu quruculuğu tələb olunduğunu bir daha sübut edir.

Bu keyfiyyətləri özündə birləşdirən Azərbaycan Prezidenti İlham Əliyev xaricdən gələn çoxsaylı təzyiqlərə baxmayaraq, 44 gün ərzində Ermənistanın və onun havadarlarının müqavimətini qıraraq Cənubi Qafqazda yeni geosiyasi, hərbi reallığın yaranmasına nail olub.

Genişmiqyaslı hərbi əməliyyatlar və müharibə dövlətin büdcəsindən milyardlarla maliyyə vəsaitinin xərclənməsinə səbəb olur. Nəticədə ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Dövlətin düşdüyü ağır maddi-iqtisadi vəziyyətdən çıxması üçün böyük məbləğdə maliyyə vəsaitlərinə ehtiyac yaranır. Azərbaycan torpaqlarının minalardan təmizlənməsi və bərpası prosesini təkbaşına həyata keçirir.

Ancaq dünyada yaranan mövcud problemlər və qarşıdurmalar fonunda Azərbaycan iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Dünyanın aparıcı gücləri isə bu gün yaratdıqları və görməzdən gəldikləri çoxsaylı problemlərin həlli ilə məşğul olurlar. Bu zaman çox sayda insan itkisi, iqtisadi tənəzzül, sosial problemlərlə üzləşir. Beynəlxalq ictimaiyyətin üzləşdiyi gərginlik, qarşıdurma, müharibə və iqtisadi böhranlar fonunda sabitliyin hökm sürməsi Azərbaycanın haqlı, ədalətli mövqeyinin nəticəsidir.//report.az/

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

6-08-2022, 18:57

“Bu ərzağın qiymətində bahalaşma gözlənilir”

Dünya

8-08-2022, 17:13

Rusiyanın məşhur kənd təsərrüfatı şirkətinin gəliri 99 faiz azalıb

İqtisadiyyat

15-08-2022, 17:59

Qlobal ərzaq çatışmazlığı problemi nə dərəcədə dərinləşə bilər?

Dünya

29-08-2022, 16:46

Şolts Aİ üzvlərinin veto hüququna son qoyulmasını tələb etdi

Dünya

14-07-2022, 19:55

Almaniya Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin araşdırılmasına vəsait ayıracaq

Dünya

1-09-2022, 14:20

Lavrov: “Qərb Rusiyanı zəiflətmək məqsədinə nail olmayacaq”

Dünya

14-07-2022, 13:32

Rusiyanın daha 2 zabiti Ukraynadakı müharibədə ölüb

Dünya

7-08-2022, 13:33

Britaniya kəşfiyyatı: “Ukraynada ən azı 10 rus generalı öldürülüb”

Dünya

14-08-2022, 11:31

Rusiyanın nüvə sənayesinə zərbə... - Zelenski

Şou-biznes

23-08-2022, 15:00

İvan Urqant 6 aydan sonra ilk dəfə efirdə

Siyasət

17-02-2023, 02:27

İsrailli sabiq nazir Avropa İttifaqının Ermənistana missiya göndərməsini yanlış addım adlandırıb

Dünya

27-07-2022, 21:50

 İl yarıma 4 parlament seçkisi – SƏBƏB 

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
17-08-2026, 10:45
Qaradağda yük maşını aşıb
Xəbər lenti
  • Dünən, 19:00
    İxtisas seçimində yeni yanaşma: Nə olursa-olsun, özəl universitet yazmayaq
  • Dünən, 18:30
    Nazir: "Azərbaycan bankı bu gün Özbəkistan bankında payın alınmasına dair müqavilə imzalayacaq"
  • Dünən, 18:00
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • Dünən, 17:30
    Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
  • Dünən, 17:00
    Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub
  • Dünən, 16:40
    “Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
  • Dünən, 16:25
    Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"
  • Dünən, 16:09
    Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
  • Dünən, 15:40
    Türkiyədə helikopter qəzaya uğrayıb
  • Dünən, 15:22
    Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
  • Dünən, 14:57
    Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib
  • Dünən, 14:44
    Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
  • Dünən, 14:01
    Azərbaycan nefti cüzi bahalaşıb
  • Dünən, 13:46
    Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?
  • Dünən, 13:22
    Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
  • Dünən, 13:03
    Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
  • Dünən, 12:44
    Bazar günü 40 dərəcə isti olacaq
  • Dünən, 12:27
    Vətəndaşların şəxsi məlumatları qanunsuz əldə edilirmiş? – “Kapital Bank”la bağlı İDDİA
  • Dünən, 11:48
    Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb
  • Dünən, 11:37
    Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir? - VİDEO
  • Dünən, 10:54
    Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib
  • Dünən, 10:42
    Çalışın buralardan ƏRZAQ ALMAYIN... - AQTA da göz yumur...
  • Dünən, 10:16
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 10:05
    Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
  • Dünən, 09:48
    Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
  • 21-08-2026, 18:48
    Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
  • 21-08-2026, 18:38
    Metro qərarı ilə bağlı universitetlər onlayn sistemə keçə bilər - GÖZLƏNTİ
  • 21-08-2026, 18:10
    Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
  • 21-08-2026, 17:59
    Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır
  • 21-08-2026, 17:34
    Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH
  • 21-08-2026, 17:25
    ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
  • 21-08-2026, 16:18
    İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib
  • 21-08-2026, 14:37
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi...-...dövlət büdcəsi havaya sovrulur/FOTOFAKT
  • 21-08-2026, 14:30
    İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
  • 21-08-2026, 14:18
    İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə