Sizin reklam burada 728×90
Son dəqiqə

İqtisadiyyat Nazirliyinin vəzifələri artırıldı

03.08.2022 15:40 562 1 dəq oxunur
İqtisadiyyat Nazirliyinin vəzifələri artırıldı
Prezident İlham Əliyev "Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında" ölkə prezidentinin 16 iyul 2018-ci il tarixli fərmanında dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

bakunews.az milli.az-a istinadən bildirir ki, dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyi yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin etməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirməlidir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az