Sizin reklam burada 728×90
Son dəqiqə

Prezident: "İlk dəfə olaraq Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər"

09.08.2022 16:47 538 1 dəq oxunur
Prezident: "İlk dəfə olaraq Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər"
"Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu hamımız üçün böyük qürüverici hadisədir".

bakunews.az-nun report-a istinadən xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlarında da özünü əks etdirəcək", - Prezident vurğulayıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az