• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

62 nömrəli məktəb-liseydə nə baş verir? - VİDEO

Təhsil

29-06-2022, 11:34

Valideynlər ayağa qalxdı

Bugun TV-nin qaynar xəttinə daxil olan müraciət 62 saylı məktəb-liseyin 3c sinifində oxuyan şagirdlərin valideynləri tərəfindəndir. Şikayətləri isə məktəbin direktoru Mətanət Cabbarlıdandır. Valideyn Ceyran Hacızadənin sözlərinə görə, 2 ilə yaxındır ki, direktor Mətanət Cabbarlı əsassız olaraq 3c sinifinin uşaqlarını ictimai tədbirlərdən uzaqlaşdırıb. Bu da valideynlərin ciddi narazılığına səbəb olub: “İndiyəcən susurduq. Heç nə demirdik. Bayramlarda, xüsusi günlərdə olan şənliklərdə övladlarımız iştirak etmirdilər. Dillənmirdik. Ancaq daha susmaq niyyətimiz yoxdu”.

Sonuncu dəfə 1 İyun Beynəlxalq Uşaq Günündə, ağır çantalarla dərsə gedən 3c sinifinin valideynlər və övladları gördükləri mənzərədən şok yaşayırlar. Məktəbdə onlardan xəbərsiz bayram şənliyi təşkil edilibmiş: “Bütün uşaqlar milli paltarlarda, fərqli geyimlərdə, şer deyən, rəqs edən, mahnı oxuyan, bir sözlə bayram əhval-ruhiyyəli… Sinifə girdik partaların hamısı çıxarılıb çölə. Məktəb bayram keçirir, biz isə dərsə gəlmişik. Həmin gün uşaqlarımız pərt vəziyyətdə, çiyinlərində çanta, boyunları bükük vəziyyətdə şənlənənlərə baxmalı oldular”. Valideynlərin sözlərinə görə bütün bunlar onların övladlarının psixoloji durumuna ciddi təsir edib, uzun müddət özlərinə gələ bilməyiblər.

Şikayətçilər deyir ki, məktəbdə bu ayrıseçkilik dəfələrlə baş verib. Umumi iclaslarda belə 3c sinifinin valideylərinə çıxış üçün söz verilməyib, təklif və istəkləri dinlənilməyib. “Hətta bizim valideynlərdən biri şəhid bacısıdır. O, çıxış üçün söz demək istəyəndə, məktəbin direktoru “Sən sus!” deyərək onun sözünün ağzında qoydu. Hətta şəhid bacısını belə dinləmək istəmədi”.

62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlının bu hərəkərindən təngə gələn 3 c sinif şagirdlərinin valideynləri Təhsil Nazirliyinə müraciət edib, şikayətlərini bildirməli olublar. Bu da nəticəsiz qalıb.

Ceyran Hacızadənin sözlərinə görə hələ 3 il əvvəl bu məktəbi nizam-intizamına, savadlı və peşəkar müəllim heyətinin olmasına görə seçib. Amma bu gün baş verənlərə görə onun övladı psixoloji əziyyət çəkir.“Biz bilirik ki, Mətanət Cabbarlının deputat bacısı var. Və ona güvənir!”. Bunu da Ceyran Hacızadə deyir.

Direktordan şikayətçi olan digər valideyn Xətai Abbasxaninin sözərinə görə 62 saylı məktəbdə onun və 3c sinifdə təhsil alan uşağının hüquqları tapdanır. “Məktəbin müdirəsi Mətanət Cabbarlı bizimlə intriqa aparır. Ortada isə heç bir tədbirdə iştirak etməyən uşaqlarımızın psixologiyası pozulur. İclaslarda da bizi saymır, hörmət qoymur. Konkret olaraq “3 c sinifinə söz verməyəcəm, gedin kimə şikayət edirsiz edin!”- deyə cavab verir”. Şikayətçi söyləyir ki, həmin iclaslarda baş verən özbaşnalıqla bağlı onlarda səsyazısı da var və əlaqədar qurumlara təqdim edə bilərlər.

Bu gun TV-yə müraciət edən valideynlərin sözlərinə görə bütün bunlarla yanaşı məktəbdə tez-tez pul yığımları da olur. “Bir dəfə sinifimizi “Qənimətlər parkı”na aparmaq üçün hər şagirddən 10 manat, valideynlə birlikdə 20 manat pul istədilər. Cəmi 2 manat servis haqqı olduğu halda Bakıda yerləşən muzey üçün bu qədər məbləğ çox idi. Biz valideyn olaraq etiraz etdik, getmək istəmədiyimizi bildirdik. Bunda sonra məktəbin direktorunun bizimlə ədavəti daha da kəskinləşdi. Və 1 İyun Uşaqlar Günündə bizim övladlarımızın tədbirdə iştirak etməsinə icazə vermədi”.

Bundan başqa valideynlər iddia edir ki, Mətanət Cabbarlının özünün şəxsi tədris mərkəzi var. Və həmin mərkəzdə rəhbərlik etdiyi 62 saylı məktəb-liseyin uşaqları üçün tez-tez ödənişli tədbirlər təşkil edir. “Yalnız direktora sərf edəndə 3c sinifi yada düşür. Mənasız, verdiyimiz pula dəyməyən tədbirlərə bir neçə dəfə getmişik. Amma sonra peşiman olmuşuq”.Bunu da valideyn Ceyran Hacızadə deyir.

Şikayətçiləri dinlədikdən sonra qarşı tərəf olan 62 saylı məktəb-liseyinə yollandıq. Direktor Mətanət Cabbarlı gəlişimizin məqsədini bildikdən sonra şikayətlə bağlı heç bir açıqlama vermədən, aqressiv halda çəkiliş qrupuna məktəbi tərk etməyi tələb etdi. Və biz qarşı tərəfin münasibətini öyərənə bilmədik. Daha sonra zəng edib münasibət almaq istədikdə isə bizdən Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlamağımızı istədi.

Məsələ ilə bağlı sözügedən quruma müraciət etdik. Ancaq Bakı şəhəri üzrə Təhsil İdarəsindən 2 gün ərzində rəsmi münasibət ala bilmədik.

Qeyd edək ki, övladları ictimai tədbirlərdən kənarlaşdırlan 3c sinifinin valieynləri Təhsil Nazirliyinin qaynar xəttinə də müraciət ediblər, ciddi tədbir görülməsini istəyiblər. Cavab isə hələki yoxdu.

Şikayətçilər sonda onu da bildiriblər ki, əlaqədar qurumlardan məsələnin həllini gözləyirlər.Əks halda 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı barəsində daha yüksək instansiyalara müraciət edəcəklər.

Mövzuya yenidən qayıdacağıq.



bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil / Bölgə

27-06-2022, 11:05

Direktoru intihara vadar edir... amma bu adama SÖZ DEYƏN YOXDUR...

Cəmiyyət

23-08-2022, 18:54

Bu məktəbdə uşaqlar qeydiyyata alınmır? - İddia və cavab - VİDEO

Hadisə

9-09-2022, 17:05

Bakıda məktəbdə insident - Özünü yandırmaq istədi

Şou-biznes

12-07-2022, 16:49

Mətanət İsgəndərlinin gəlini ölkəni TƏRK ETDİ: “Övladlarımı ala bilmədim, bezdim”

Təhsil / Ölkə

8-04-2023, 03:47

Xırdalan məktəbinə SAXTA DİPLOMLU direktor TƏYİNATI – ŞİKAYƏT – FOTO

Təhsil

7-07-2022, 13:11

Məktəb direktorunun Dubay macərası

Gündəm / Təhsil

1-12-2022, 14:11

“Qazi övladı 78 saylı tam orta məktəbdə müəlliməsi tərəfindən döyüldü...?”

Təhsil

23-06-2022, 17:57

Anar Qədimalıyev daha bir xanım direktoru intihara sövq edir - Gəncə regional təhsilində NƏ BAŞ VERİR?

Hadisə

16-01-2023, 22:26

Masallıda şagird özünü məktəb binasından atdı

Cəmiyyət

13-07-2022, 19:38

İrəvan sakini: “Ermənilər Novruzda Azərbaycan ailələrinin oğlan uşaqlarını öldürürdülər”

Təhsil

19-07-2022, 17:09

Övladını bağçaya göndərəcək valideynlərin nəzərinə - 14 sentyabradək...

Hadisə

1-08-2022, 20:01

Altı yaşlı uşağın barmaqları kəsildi - Səbəb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Dünən, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Dünən, 13:51
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Dünən, 13:12
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Dünən, 12:52
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Dünən, 11:47
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Dünən, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Dünən, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Dünən, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Dünən, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Dünən, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Dünən, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Dünən, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • 22-09-2026, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • 22-09-2026, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • 22-09-2026, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • 22-09-2026, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • 22-09-2026, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • 22-09-2026, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • 22-09-2026, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • 22-09-2026, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə