• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO

Gündəm / İdman

23-09-2026, 00:27

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Veteranlar arasında Cüdo üzrə Dünya Çempionatında Azərbaycanı təmsil edən Coşqun Abdullayev uğurlu nəticəyə imza atıb.

M1 – 30–34 yaş kateqoriyasında, 90 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Şabran təmsilçisi dünya çempionatının bürünc medalını qazanıb.

Coşqun Abdullayev BNTV.az-a müsahibəsində qazandığı uğurdan, qarşıdakı hədəflərindən, atasının onun idman həyatındakı rolundan, regionlarda cüdonun inkişafından və gənclərə tövsiyələrindən danışıb.

Cüdoçu əldə etdiyi medalı şəhidlərimizə və onların valideynlərinə həsr etdiyini bildirib:
center]Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm”[/center]
“Bu qələbə münasibətilə üzərimdə böyük əməyi və zəhməti olan Əməkdar məşqçi, atam Asif Abdullayevə dərin təşəkkürümü bildirirəm. Bu qələbəmi bütün şəhidlərimizə, şəhid ana və atalarına, şəhid valideynlərinə həsr edirəm”.

Jurnalist: Bürünc medal sizin üçün nə ifadə edir?

Coşqun Abdullayev: Bu bürünc medal həyatımda qazandığım ən böyük nailiyyətlərdən biridir. Yeniyetmə, gənclər və böyüklər arasında milli komandanın tərkibində çoxsaylı yarışlarda iştirak etmişəm, Avropa kuboklarında və müxtəlif beynəlxalq turnirlərdə medallar qazanmışam. Amma dünya çempionatında qazandığım bu medal mənim üçün xüsusi əhəmiyyət daşıyır.

Jurnalist: Növbəti hədəfiniz nədir?

Coşqun Abdullayev
: Növbəti hədəfim, inşallah, gələn il bu bürünc medalı qızıl medala çevirməkdir. Qarşıma bu məqsədi qoymuşam.


Jurnalist: Həm müəllim kimi çalışmaq, həm də peşəkar idmanla məşğul olmaq çətin deyil?

Coşqun Abdullayev: Xeyr, əksinə, bu mənim üçün əlavə stimuldur. Tələbələrim üçün də motivasiyadır. Həm onları yarışlara hazırlamaq, həm də özüm məşq edib yarışlarda iştirak etmək mənə güc verir.

Gənclərə də demək istəyirəm ki, pis vərdişlərdən uzaq dursunlar, idmanla məşğul olsunlar. Peşəkar idmançılarımıza isə əsas tövsiyəm budur ki, qarşılarına məqsəd qoysunlar və həmin məqsəd uğrunda mübarizə aparsınlar. Əzm göstərən insan gec-tez nəticə əldə edir.

Uşaqlıqdan idmana böyük həvəsim olub. 2008-ci ildə Elnur Məmmədli Pekin Olimpiadasında çempion olduqdan sonra cüdoya marağım daha da artdı. O zaman qarşıma məqsəd qoydum ki, mən də bu idman növündə müəyyən uğurlara imza atacağam.

Jurnalist: Regionda cüdonun əsasını qoyan şəxslərdən biri atanız Asif Abdullayevdir. Siz də onun tələbəsi olmusunuz?

Coşqun Abdullayev: Bəli. Bu gün qazandığım nailiyyətlərdə Asif müəllimin əməyi danılmazdır. Mən nə əldə etmişəmsə, onun böyük zəhməti var.

Bosniyaya yola düşəndə özümə söz vermişdim ki, medal qazanacağam və hava limanında həmin medalı öz əllərimlə atamın boynundan asacağam. Bu mənim üçün ayrıca bir məqsəd idi.

Daha sonra BNTV.az-ın əməkdaşı Əməkdar məşqçi Asif Abdullayevə suallar ünvanlayıb.

Jurnalist: Asif müəllim, cüdo idman növü və Coşqun Abdullayevin qazandığı nəticə haqqında nə deyə bilərsiniz?

Asif Abdullayev: Cüdo sözünün mənasında da incəlik, yumşaqlıq var. Cüdo əslində bir həyat yoludur. Coşqunun keçdiyi yol da bunu göstərir.

Onun dünya çempionatında qazandığı medal regionlarda məşq edən hər bir idmançı üçün örnəkdir. Bu nəticə göstərir ki, regionda məşq etməklə də dünya səviyyəli yarışlarda uğur əldə etmək mümkündür.

Regionlarımızda idman inkişaf edir, idmana diqqət göstərilir. Coşqunun nəticəsi də bunun nümunələrindən biridir.

Veteranlar arasında keçirilən yarışlar onu da göstərir ki, cüdo uzunmüddətli idman növüdür. Bəzi idman sahələrində müəyyən yaşdan sonra peşəkar fəaliyyət məhdudlaşa bilər. Cüdoda isə idmançı böyük yaş qruplarında da yarışmağa və uğur qazanmağa davam edə bilir.

Gənclik dövründə müəyyən uğursuzluqların olması mümkündür. Əsas məsələ yarı yolda dayanmamaq, qarşıya qoyulan məqsədə doğru getməkdir.

Cüdo həm də sağlam həyat tərzinin təbliğidir. Xüsusilə gənclərin sağlam böyüməsinə, zərərli vərdişlərdən uzaqlaşmasına və idmana marağının artmasına böyük töhfə verir.

Jurnalist: Şabranda cüdonun gələcək inkişafı ilə bağlı hansı planlarınız var?

Asif Abdullayev: Şabran rayonunda Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara uyğun böyük təlim mərkəzi tikilib və istifadəyə verilib. Artıq bir ildir həmin mərkəz fəaliyyət göstərir.

Regionlarda idmanın inkişafı üçün ilk növbədə maddi-texniki baza və peşəkar kadrlar olmalıdır. Şabranda bu gün həm baza, həm də potensial var.

Coşqun müəllim artıq Veteranlar arasında Dünya Çempionatının bürünc medalçısıdır. O, Şabran üçün yetişmiş və kifayət qədər təcrübə toplamış peşəkar kadrdır. Bundan sonra cüdoya gələcək uşaqların hazırlanmasında onun təcrübəsi mühüm rol oynayacaq.

Valideynlər də əmin ola bilərlər ki, Şabran cüdosu etibarlı əllərdədir. Burada uşaqlara yüksək səviyyədə məşq keçə biləcək peşəkar mütəxəssislər var.

Jurnalist: Rayon rəhbərliyinin Coşqun Abdullayevin dünya çempionatına qatılmasında dəstəyi olubmu?

Asif Abdullayev: Açıq demək lazımdır ki, veteran idmançıların beynəlxalq yarışlarda iştirak etmələri üçün müəyyən maliyyə dəstəyinə ehtiyac yaranır. Bakıda müxtəlif idman klubları və cəmiyyətləri öz idmançılarına bu istiqamətdə dəstək göstərirlər.

Coşqun da Şabran idmançısı kimi həm rayonun, həm də Azərbaycanın adını beynəlxalq arenada təmsil edib.

Rayon rəhbərliyi onun yarışa getməsi və hazırlığı ilə bağlı müəyyən maliyyə dəstəyi göstərib. Buna görə rayon rəhbərliyinə təşəkkürümüzü bildiririk. Göstərilən kömək bizim üçün dəyərlidir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

22-08-2022, 14:42

İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Dünya / Ölkə

7-09-2022, 11:07

Jan Klod Van Dammın oğlu: “Atam Azərbaycana gələndən sonra mənə demişdi ki, gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən”

İqtisadiyyat

13-04-2023, 15:07

Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib - FOTO

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

25-08-2022, 16:48

Prezident Bosniya və Herseqovinanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İdman

14-11-2023, 18:11

Gənc soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında nailiyyətlər qazanıblar - FOTO

Gündəm / Cəmiyyət

21-08-2024, 11:57

Adı qalmaqallı hadisələrdə hallanan icra başçısı Zaqatalaya deputat "seçilməyə" gedib

İdman

11-08-2023, 19:17

Elnur Məmmədli: “Olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı gördüm”

Gündəm / Olay

25-07-2023, 19:00

Varidatının sayı-hesabı bilinməyən icra başçısı, Asif Əsgərov Nəsimi rayonunu 8 ildir sökür… – Nəsimi rayonunda Asif Əsgərovun qohumları hansı statusa malikdir?…

İdman

13-08-2022, 21:29

Azərbaycan güləşçiləri İslamiadanı 23 medalla başa vurub

Siyasət

21-05-2025, 18:39

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 09:28
    Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
  • Bu gün, 09:06
    Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Dünən, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Dünən, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Dünən, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Dünən, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Dünən, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Dünən, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Dünən, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Dünən, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Dünən, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Dünən, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Dünən, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Dünən, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Dünən, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Dünən, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Dünən, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Dünən, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Dünən, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Dünən, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Dünən, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Dünən, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Dünən, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Dünən, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Dünən, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • 13-10-2026, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • 13-10-2026, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • 13-10-2026, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə