• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbayanda elm sahəsinə göstərilən diqqət və qayğı xalqımız üçün böyük və işıqlı gələcək vəd edir

Təhsil

27-03-2024, 23:06

Azərbaycan elmi dünya elminə inteqrasiya yolunda uğurla irəliləyir
Azərbaycanda elm və təhsilin inteqrasiyası yeni mərhələdə


Bu gün Azərbaycan elminin inkişafı, dünya elminə inteqrasiyası istiqamətində həm dövlət, həm də elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları, ziyalılar tərəfindən məqsədyönlü, kompleks tədbirlər həyata keçirilir. Alimlər beynəlxalq elmi layihələrdə fəal iştirak edir, müasir çağırışları diqqətdə saxlayır, əldə etdikləri mühüm elmi nəticələrlə dünyanın nüfuzlu reytinq siyahılarında layiqincə təmsil olunurlar. Elm və təhsilin inteqrasiyası şəraitində yetişmiş gənclər elmimizin inkişafına mühüm töhfələr verirlər.

Martın 27-si Azərbaycanda növbəti dəfə Elm Günü qeyd olunur. Elm Günü Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu qərarın qəbul edilməsində əsas məqsəd Azərbaycanda elm sahəsində əldə olunan nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması, elmin davamlı inkişafının təmin olunması, o cümlədən elm və innovasiyanın perspektivlərinin müəyyənləşdirilməsindən ibarət olmuşdur.
Məlumdur ki, ölkəmizdə “Elm Günü”nün təsis olunması AMEA-nın yarandığı günə təsadüf edir. Bu gün hər kəsin diqqətinin elm sahəsinə yönəlməsi, uğurlu əməkdaşlıq əlaqələrinin qurulması, elmin problem və vəzifələrinin yenidən müəyyənləşdirilməsi, həmçinin ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolunun artırılması üçün geniş imkanlar yaradır.

Elmin maliyyələşdirilməsinin optimallaşdırılması, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi, beynəlxalq əlaqələrin inkişafı, elmi infrastrukturun modernləşdirilməsi, xüsusən süni intellekt texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, ictimai həyatın bütün sferalarında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi hazırda elm sahəsində dövlət siyasətinin əsas məqsədləri və prioritetləridir.

Dövlət başçısı cənab İlham Əliyev bu sahənin inkişafını hər zaman diqqətdə saxlamışdır. Prezidentin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı bir daha ölkəmizdə elm sahəsinə göstərilən diqqəti sübut etmişdir. Bu Fərmanla Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılmışdır.
AMEA ilə Elm və Təhsil Nazirliyinin ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başlaması Azərbaycan elminin yeni mərhələdə inkişafının əsasını qoymuş, elm və təhsilin inteqrasiyası istiqamətində mühüm vəzifələr müəyyənləşdirmişdir. AMEA-nın tərkibindəki elmi müəssisə və təşkilatların bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Humanitar və İctimai Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar və digər bir neçə qurum isə AMEA-nın tabeliyində fəaliyyətini davam etdirmişdir.

Ölkə başçısının 3 noyabr 2023-cü il t.arixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiq edilmişdir. Nizamnamədə Azərbaycan Milli Elmlər Akademiyasının hüquqi statusu “Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatı” olaraq müəyyən edilmişdir.

80 illik uzun və şərəfli bir tarixə malik olan AMEA bu gün akademik İsa Həbibbəylinin rəhbərliyi altında öz fəaliyyətini ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi bir şəraitdə davam etdirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında Qarabağda həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ötən ilin ən əlamətdar hadisəsi olmuşdur. Azərbaycanın tarixi qələbəsi ilə Milli Elmlər Akademiyası da nöbvəti mərhələyə qədəm qoymuş, Azərbaycan elmi üçün yeni istiqamətlər müəyyənləşdirilmişdir. İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı tədqiqatlar daha da aktuallaşmışdır.

Dövlət başçısı İlham Əliyev 28 noyabr 2023-cü il tarixdə Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalamışdır. Bu vacib qərar həm ali təhsil müəssisələrimizin, həm də elm adamlarımızın üzərinə böyük məsuliyyət qoyur, milli layihənin həyata keçirilməsi üçün bu işə məsul olan hər kəsdən öz səylərini birləşdirməyi tələb edir.

2023-cü ilin ən mühüm hadisələrindən biri də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanda “Heydər Əliyev İli”nin elan edilməsi olmuşdur. Ulu Öndərin zəngin irsinin tədqiqi və təbliği, müdrik dövlətçilik fəaliyyətinin öyrənilməsi istiqamətində AMEA-da çoxsaylı tədbirlər – konfrans, simpozium və seminarlar keçirilmiş, məqalələr, kitab və monoqrafiyalar hazırlanmış, sərgilər təşkil edilmişdir.

Ötən il həm də Türk dünyasıyla əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) ilə AMEA arasında əməkdaşlıq müxtəlif sfearalar üzrə inkişaf etdirilmişdir.

Cari il fevralın 29-da keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında 2023-cü ilin AMEA üçün yeni yüksəliş mərhələsi kimi xarakterizə olunduğu vurğulanmışdır. Bildirilmişdir ki, 2023-cü ildə Akademiyanın alimləri tərəfindən 500-ə yaxın kitab və monoqrafiya, 3000-ə yaxını xaricdə olmaqla 9500-ə yaxın məqalə və tezis nəşr etdirilib. Alim və tədqiqatçıların əsərlərinə 31000-ə yaxın istinad qeydə alınıb.

Əldə etdiyi mühüm elmi nailiyyətlərinə görə Azərbaycan alimləri Stenford Universitetinin 2023-cü il reytinq siyahısına daxil edilmişlər. Ölkəmizdən müxtəlif elm sahələri üzrə bu siyahıya 2020-ci ildə 2, 2021-ci ildə 8, 2022-ci ildə 14, 2023-cü ildə isə 13 alimin adı daxil edilmişdir.

AMEA-da gənclərin elmə cəlb olunması, onların əməyinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılır, gələcək elmi nəsillərin formalaşdırılması məqsədilə doktorantura təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı işlər görülür.

2024-cü il 7 fevral növbədənkənar “Zəfər seçkisi” günü İlham Əliyevin yüksək səs faizi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın alim və ziyalılarının gələcək fəaliyyəti üçün güclü zəmin yaratmışdır.

Məlumdur ki, 2024-cü ildə iqlim dəyişiklikləri üzrə dünyanın mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu qərar dünya ölkələrinin Azərbaycan dövlətinə və xalqına, dövlət başçısının siyasətinə olan etimadının göstəricisidir.

COP29 kimi mötəbər konfransın ölkəmizdə keçirilməsi, həmçinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” AR Prezidentinin Sərəncamı müvafiq qurumlar, alimlər qarşısında mühüm vəzifələr qoyur.

Elm inkişaf etmədən cəmiyyətin inkişafını təsəvvür etmək mümkün deyil. Bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə göstərilən diqqət və qayğı, xüsusən gənclərin elm sahəsində fəallığı Azərbaycan üçün böyük və işıqlı gələcək vəd edir.

İnanırıq ki, alim və ziyalılarımız bundan sonra da ölkə Prezidentinin ətrafında sıx birləşərək Azərbaycan elminin inkişafı və ölkəmizin çiçəklənməsi naminə öz töhfələrini verməyə, yüksək nailiyyətlər əldə etməyə davam edəcəklər.
Azərbaycan elminin davamlı və dayanıqlı inkişafı naminə elmlə məşğul olan hər kəsi təbrik edir, onlara bu yolda yeni zirvələri fəth etməyi arzu edirik!

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Təhsil

27-03-2024, 09:14

Azərbaycanda Elm Günüdür

Təhsil

28-07-2022, 19:40

Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılıb

Gündəm / Cəmiyyət

2-02-2024, 09:27

Əziz gənclər, bayramınız mübarək!

Təhsil

30-07-2022, 19:20

Yeni elm və təhsil naziri təyin olunacaq? - Rəsmi açıqlama

Siyasət

28-07-2022, 20:30

AMEA-nın fəaliyyəti ilə bağlı - Açıqlama

Təhsil

30-07-2022, 18:40

Nazirlik: Elm və təhsil naziri postuna yenidən təyinat olmayacaq

İqtisadiyyat

20-05-2023, 01:29

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi elan edir

Cəmiyyət

10-08-2022, 18:57

Azərbaycan təhsilinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

İqtisadiyyat

7-11-2023, 02:12

Yüksək Texnologiyalar Parkının yaranmasından 7 il ötür

Səhiyyə

23-11-2023, 11:54

Rəşad Mahmudov: “Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunu təqdirəlayiq hadisə kimi qiymətləndirmək lazımdır”

Gündəm

23-02-2024, 19:16

Doktorantura təhsilində YENİLİK

Təhsil

29-07-2022, 21:30

Nazir ali məktəblərin reytinqlərdə geri olmasının səbəbini açıqladı

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Bu gün, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Bu gün, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Bu gün, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bu gün, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Bu gün, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Bu gün, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Bu gün, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 16:04
    "Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:35
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 11:07
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:57
    8 Noyabr - qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın günü
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə