Sizin reklam burada 728×90
Son dəqiqə

Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

16.04.2025 15:19 440 1 dəq oxunur
Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil naziri Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Elm və Təhsil Naziriyi məlumat yayıb.

Bildirilib ki, nazirin aprelin 18-də Sabirabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu aprelin 21-də keçiriləcək.

Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulub.

Vurğulanıb ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az