• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Tərtər işgəncələri”: Şəfahət İmranov dedi, ağıllı ol, səni vətən xaini kimi verəcəyik

Araşdırma

20-07-2023, 14:10

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə məhkəmələr davam edir. İşlərə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Məhkəmə iclasına həmin məhkəmənin sədr əvəzi Zeynal Ağayev sədrlik edir.

Hazırda məhkəmə işgəncədə iştirak etdiyi iddia olunan iki qrupun cinayət işini araşdırır. Bunlardan biri dörd, digəri beş nəfərdən ibarət qrupdur. Dörd nəfərlik qrupda zərərçəkmiş dindirmələri iki həftədir başlayıb. Hazırda barəsində material təqdim etdiyimiz beş nəfərlik qrupun məhkəmə baxışı isə yeni başlayıb. Hazırkı qrup üzvləri Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov və daha dörd nəfərdən - snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidovdur. İşgəncələrinsə general Mais Barxudarovun komandiri olduğu 2-ci korpusun hərbi hissələrində verildiyi iddia edilir.
Təqsirləndirilən şəxslər Ülvi Rəşidovla Ziya Kazımov ev dustaqlığındadır. Digərləri həbsdədir.

Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə verib.

Bir müttəhim digərini ittiham edib

İclasda ilk olaraq Ülvi Rəşidov ifadə verib. O, ifadəsində leytenant Adil Sabirlinin işgəncə verilərək öldürülməsində dolayısı ilə Ziya Kazımovu ittiham edib. Bu isə Ziya Kazımovun, onun vəkili Bəhruz Bayramov kəskin etirazlarına səbəb olub. Ziya Kazımovun vəkili Bəhruz Bayramov məhkəmənin diqqətinə çatdırıb ki, Ülvi Rəşidov 2017-ci ildə istintaqa cəlb ediləndən bu günə qədər 5 dəfə ifadə verib, hamısı da bir-birini təkzib edən ifadələr olub.
“Bu adam heç bir günahı olmayan, Adil Sabirliyə kömək etmiş, ona süni nəfəs verməklə, ürəyini masaj etməklə tibbi yardım göstərməyə çalışan Ziya Kazımov barəsində həqiqətdən uzaq ifadə verir. Bu cinayətləri törədənləri ifşa etmək əvəzinə, günahsız bir insanı istintaqa cəlb etməklə onun xidmətinin üstündən xətt çəkməyə çalışıblar. Ziya Kazımov bu gün də vətənə xidmət edir. Komando hərbi hissəsində tabor komandiri olaraq xidmətdədir. İfadə verənlər Ziya Kazımovun işgəncə və yaxud digər qanunsuz proseslərdə iştirak etmədiyini bildiriblər. Ümumiyyətlə, o, bu prosesdə iştirakçı olmayıb. Təqsirləndirilənlərdən biri burda ifadəsində bildirdi ki, Ziya Kazımova dindirmə yeri üçün bir otaq təşkil olunması tapşırılıb. O da verilən əmri yerinə yetirib”.

“Mən otağa girəndə meyit ortalıqda idi”

Ziya Kazımov məhkəmədə ifadə verərək başına gələnlərin digər təqsirləndirilən şəxs Ülvi Rəşidovun böhtanlarının haradan qaynaqlandığını izah edib. Deyib ki, Adil Sabirlinin dindirilməsində, işgəncə verilməsində, ondan ifadə alınmasında iştirak etməyib. Adil Sabirlinin döyülməsini bildikdən sonra buna etiraz edib, ancaq döyənlər başqa hərbi hissənin hərbi qulluqçuları olduqları üçün ona tabe olmayıblar. O, bu barədə Ülvi Rəşidova məlumat versə də, sonuncu heç bir tədbir görməyib. Ziya Kazımovun ifadəsindən: “7 may 2017-ci ildə gecə saat 3 radələrində Ceyhun Abbasov zəng edib dedi ki, hərbi hissədə bir nəfər ölüb. Hərbi hissəyə getdim, otaqda xeyli adam vardı. Adil Sabirli otaqda çılpaq vəziyyətdə uzadılmışdı, əlləri, ayaqları yanlara açıq idi. Yer bütün su və palçıq idi. Adilin nəbzini yoxladım, nəbzinin vurmadığını görüb, ona süni nəfəs verdim. Ürəyini qapalı masajını etdim. Ancaq artıq gec idi, o, keçinmişdi. Sinəsi, qabırğaları qırılmışdı. Çölə çıxdım, rabitə vasitəsilə general Bəkir Orucova zəng etdim, Adil Sabirlinin işgəncədən öldüyünü bildirdim. Dedi ki, “qoyma ölsün”.

“Dedi, imza at, 3-4 ilə azadlıqda olacaqsan”

Ziya Kazımovun sözlərinə görə, generalın tapşırığıyla Adil Sabirlinin cəsədi hospitala götürülüb.

Təqsirləndirilən şəxs bu hadisələrdən xeyli sonra 44 günlük müharibədə iştirak etməsindən, müharibə başa çatan gün hospitaldan yaralı vəziyyətdə prokurorluğa aparılmasından, dindirilməsindən danışıb. Təqsirləndirilən şəxsin ifadəsindən: “Hərbi Prokrorluğunun İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə
polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları mənim xəstəliyimdən istifadə edərək 2017-ci ildə baş verən cinayət işini qabağıma qoyub, imzalatmaq istədilər. Acalov dedi ki, yaralısan, müalicəyə ehtiyacın var, ancaq psixoloji vəziyyətin hospitalda saxlanmağına imkan vermir. Kiməsə zərər yetirə bilərsən. Gəl sən bunu imzala ki, biz səni polis nəzarətində hospitalda müalicə edək. Yoxsa sənə kömək edə bilməyəcəyik. Dedim, dəliyəmsə, dəlixanaya göndərin. Qol çəkmədiyimə görə çığırıb-bağırdı. Otağa iki polis əməkdaşı gəldi, hərbi prokurorun müavini, general-mayor Şəfahət İmranovun yanına apardılar. Heç nəyə qol çəkməyəcəyimi bir daha deyib, hospitala göndərilməyimi istədim. Şəfahət İmranov dedi ki, ağıllı ol, ya səni vətən xaini kimi verəcəyik, ya da 2017-ci ildəki cinayət işinə imza at, uzağı 3-4 ilə azadlığa çıxacaqsan. Yazıqsan, ömürlük yatma. Qollarımı qandalladılar, həbs etdilər”.

Məhkəmə prosesi təqsirlənirilən şəxslərin ifadələriylə davam edir.

9 ildən 20 ilədək...

Təqsirləndirilən şəxslərdən Bəkir Orucov, Ziya Kazımov, Ülvi Rəşidova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb. İntiqam Məmmədov və Rahib Məmmədovda 126.3 maddəsi yoxdur. Lakin İntiqam Məmmədov həm də CM-in 178-ci maddəsilə - dələduzluqda ittiham edilib. Cinayət işinin materiallarında iddia olunur ki, o, Arzu Həşimova adlı qadını işə düzəltmək, onun ərini xidmət yerini dəyişmək adıyla aldadaraq, pulunu alıb.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə izah edib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var.
(Toplum TV)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Kriminal

9-06-2023, 16:05

“Tərtər işi”ndə prokuror dəhşətli işgəncləri açıqladı, zərərçəkmiş huşunu itirdi - TƏFƏRRÜAT

Gündəm / Olay

18-07-2023, 13:19

Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi

Cəmiyyət

29-07-2022, 22:18

Gömrükçülər məhkəmə zalında həbs edildi, məhkəmə sədrinin kürəkəni azadlıqda qaldı

Cəmiyyət

4-08-2022, 10:30

Nazirlik hərbçilərimizlə bağlı yeni məlumat yaydı

Cəmiyyət / Ölkə

16-06-2023, 14:01

Çovdarov əsgər rütbəsinə endirilib: General pensiyası ala bilmədi

Cəmiyyət

1-07-2022, 10:26

Azərbaycanın qadın generalları

Cəmiyyət

26-08-2022, 16:09

General və ailəsinin əmlakı müsadirə olunacaqmı? - Zərərçəkənlər şübhə edir

Gündəm / Cəmiyyət

4-07-2023, 11:21

Nəcməddin Sadıkovun yaxın adamı azadlığa buraxıldı

Gündəm / Cəmiyyət

4-07-2022, 17:32

Gömrük general-mayoru Ehtiram Xəlilovun kürəkəni də həbs olunubmuş

Gündəm

29-06-2022, 12:00

MTN generalının məhkəməsi niyə 1 ay təxirə salındı?

Cəmiyyət

5-07-2023, 19:27

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı məhkəmə başlayıb

Cəmiyyət

24-01-2023, 00:53

Generalla polkovnikin dalaşdığı təsdiqləndi (DETALLAR)

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
13-08-2026, 09:41
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Xəbər lenti
  • Dünən, 17:00
    Türkiyədə baş verən qəzada üç nəfər ölüb, beş nəfər yaralanıb
  • Dünən, 15:30
    Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq - PROQNOZ
  • Dünən, 15:00
    Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
  • Dünən, 14:30
    İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 50-ni keçib
  • Dünən, 14:00
    Azərbaycanın 2 boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib
  • Dünən, 13:00
    Yaponiyanın cənubunda zəlzələdən sonra on minlərlə təsərrüfat susuz qalıb
  • Dünən, 12:30
    İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub
  • Dünən, 12:00
    İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üzrə marşrutu razılaşdırıb
  • Dünən, 11:00
    Qerrini məğlub edən Maxaçev UFC çempionu titulunu qoruyub
  • Dünən, 10:30
    İspaniya qırıcısı Rumıniyada pilotsuz uçuş aparatını vurub
  • Dünən, 10:07
    Azərbaycan Premyer Liqası: İlk turda daha iki görüş keçiriləcək
  • 15-08-2026, 19:00
    NYT: Fransa, Almaniya və Böyük Britaniya Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakına nail olmağa çalışır
  • 15-08-2026, 18:30
    İran və Tacikistan enerji sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq
  • 15-08-2026, 18:00
    Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
  • 15-08-2026, 17:30
    Rusiyada azərbaycanlı vəkilin oğlu saxlanılıb
  • 15-08-2026, 17:00
    Polşada ölkə tarixinin ən böyük hərbi paradı keçirilib
  • 15-08-2026, 16:53
    Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA
  • 15-08-2026, 16:41
    Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
  • 15-08-2026, 16:19
    Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 15-08-2026, 16:00
    Nazilə Səfərli “Azercell”i tənqid etdi: “Vətəndaşı xarici ölkədə dilənçiyə döndərirsiz"
  • 15-08-2026, 15:32
    Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib
  • 15-08-2026, 15:00
    Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
  • 15-08-2026, 14:31
    Bardənin üç kəndində qaz olmayacaq
  • 15-08-2026, 13:32
    Masallının da öz SULTANI var imiş... - BU NƏDİ BELƏ?
  • 15-08-2026, 13:13
    Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
  • 15-08-2026, 13:01
    Birmarketlə bağlı 150 min manatlıq iddia üzrə məhkəmə araşdırması davam edir – sahibkar bir sıra pozuntuların araşdırılmasını tələb edir
  • 15-08-2026, 12:30
    Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
  • 15-08-2026, 12:19
    Zəyəmçay özü ilə zir-zibil gətirir... - Bu görüntülər gündəm oldu
  • 15-08-2026, 11:44
    ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir
  • 15-08-2026, 11:29
    MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? - Su, işıq, qaz, təmirə başlamağa görə 5 min
  • 15-08-2026, 10:59
    Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var
  • 15-08-2026, 10:09
    Azərbaycan nefti 2 %-ə yaxın ucuzlaşıb
  • 15-08-2026, 09:54
    Şair Sexavet Kelbecerlidən Cavid Qurbanova bir sual:Bu sərvətin mənbəyi haradandır?
  • 15-08-2026, 09:37
    Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR
  • 15-08-2026, 09:09
    Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə