Sizin reklam burada 728×90
Son dəqiqə

Əbu-Bəkr məscidinin yeni adı…

29.07.2022 15:00 664 1 dəq oxunur
Əbu-Bəkr məscidinin yeni adı…
Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən Əbu-Bəkr məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq.

bakunews.az report-a istinadən xəbər verir ki, hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib.

Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid "Cümə məscidi" adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil.

Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az