• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Adəm İsmayıl Bakuvi: “Ana dilimiz – dövlət ideologiyasının əsas dayağıdır”

Cəmiyyət

22-02-2026, 13:10

Ana dili hər bir xalqın milli kimliyinin, mənəvi dəyərlərinin və tarixi yaddaşının əsas sütunudur. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın düşüncə tərzini, adət-ənənələrini, folklorunu və mədəni irsini özündə yaşadan canlı bir xəzinədir”.
Bu fikirləri Vəhdət Partiyasının sədri, yazıçı-publisist Adəm İsmayıl Bakuvi Azərbaycan Yazıçılar Birliyində keçirilmiş 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr edilmiş toplantıda səsləndirib.

Onun sözlərinə görə, hər bir xalqın varlığını qoruyub saxlamasında, mədəniyyətini yaşatmasında və gələcək nəsillərə ötürməsində ana dilinin rolu əvəzsizdir. Bu baxımdan, Beynəlxalq Ana Dili Gününü dünya xalqlarının dil və mədəni müxtəlifliyinin qorunmasına yönəlmiş mühüm beynəlxalq təşəbbüs kimi qiymətləndirmək olar.

Partiya sədri bildirib ki, Azərbaycan dili zəngin tarixi keçmişə, dərin ədəbi ənənələrə və böyük inkişaf yoluna malik olan dillərdən biridir:

“Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi qiymətləndirilir.

Məhz onun prinsipial mövqeyi nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edildi.

Həmin dövrdə belə bir qərarın qəbul olunması milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm və cəsarətli addım idi”.

Adəm İsmayıl Bakuvi qeyd edib ki, müstəqillik dövründə ana dilinin hüquqi statusu daha da möhkəmləndirilib.

Belə ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb.

Bu müddəa dövlətçilik tariximizdə mühüm hüquqi əsas yaradıb və dilimizin inkişafı üçün yeni mərhələnin başlanğıcını qoyub.

Həmçinin, Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edilib. Bu qərar Azərbaycan dilinin təkmilləşməsinə, latın qrafikalı əlifbanın tam tətbiqinə və dil siyasətinin sistemli şəkildə həyata keçirilməsinə geniş imkanlar açıb.

Yazıçı bildirib ki, müstəqillik illərində Heydər Əliyevin imzası ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Sərəncam verilib, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olunub.

Partiya sədri Adəm İsmayıl Bakuvi Ulu Öndərin ana dilimizin qorunması üzrə müəyyənləşdirdiyi siyasi xəttin bu gün də uğurla davam etdirildiyini vurğulayıb:

“Bu siyasətə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev tərəfindən də Azərbaycan dilinin inkişafı istiqamətində mühüm fərman və sərəncamlar imzalanıb.

Bunlar sırasında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbulu, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam, eləcə də 2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman xüsusi əhəmiyyət daşıyır.

Bütün bu sənədlərin qəbulu dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Azərbaycan dili xalqımızın milli varlığının, mənəvi dəyərlərinin və dövlətçiliyinin əsas dayağıdır.

Onun qorunması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycan dövlətinin milli maraqlara əsaslanan strateji kursunun tərkib hissəsidir”.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi qeyd edib ki, Azərbaycan dili bu gün həm hüquqi, həm də mənəvi baxımdan möhkəm təminata malikdir və onun gələcək nəsillərə zəngin, saf və inkişaf etmiş şəkildə ötürülməsi hər bir vətəndaşın müqəddəs borcudur.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir ana dilinə hörmətin kiçik yaşlardan formalaşdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə iştirak edən şairlər Vəli Qaraçaylı və Şəfəq Sahibli uşaqlarla öz təəssüratlarını bölüşüblər.

Onlar milli ədəbiyyatımızın inkişafında mühüm rol oynamış söz ustadlarının yaradıcılığından söz açıblar.

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova ana dilinin hər bir millətin maddi və mənəvi irsi olduğunu, dilin qorunmasının vacibliyini qeyd edib.

Mərkəzin müəllim və metodistləri Azərbaycan dilinin inkişaf yolları, dövlət dili kimi işlədilməsi və dövlətimiz tərəfindən dilimizin qorunmasına yönəlmiş siyasi tədbirlərə həsr olunmuş məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri Nizami Gəncəvi, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Tofiq Bayram, Nəriman Həsənzadə və digər şairlərin şeirlərini ifa ediblər.

Tədbirdə yazıçı və şairlər öz imzalı kitablarını uşaqlara təqdim edib, xatirə şəkli çəkdiriblər.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Gündəm / Cəmiyyət

28-02-2024, 17:38

Ən çox sözə sahib olan dillər - Türkcə 20-ci yerdədir...

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Cəmiyyət

9-02-2026, 13:23

“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Cəmiyyət

27-04-2023, 19:28

Azərbaycan dilinin inkişaf etdirilməsində müstəsna xidmətləri olan - Ümummilli Lider

Gündəm / Olay

2-08-2023, 16:03

"Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur"

Gündəm / Cəmiyyət

26-08-2024, 08:42

Mehriban Əliyevanın doğum günüdür

Mədəniyyət

5-02-2026, 17:40

İNCƏSƏNƏT VƏ MEMARLIĞIN İNKİŞAFINDA DİL MƏDƏNİYYƏTİNİN ROLU BÖYÜKDÜR

Cəmiyyət

15-08-2025, 17:16

Xaqan və xalqın birliyi - vətənin diriliyi - Adəm İsmayıl BAKUVİ

Cəmiyyət

13-08-2022, 18:14

Azərbaycan xalqı xoşbəxt xalqdır ki. onların İlham Əliyev kimi iradəli və mərd Prezidenti var

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Xəbər lenti
  • Dünən, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • Dünən, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • Dünən, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • Dünən, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • Dünən, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
  • 19-09-2026, 18:26
    İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
  • 19-09-2026, 18:12
    Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
  • 19-09-2026, 17:36
    Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • 19-09-2026, 17:18
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • 19-09-2026, 15:40
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • 19-09-2026, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • 19-09-2026, 14:37
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • 19-09-2026, 13:25
    17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
  • 19-09-2026, 13:24
    Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi
  • 19-09-2026, 13:22
    Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
  • 19-09-2026, 13:22
    Türkiyə İran Bankı Mellatın lisenziyasını ləğv edib
  • 19-09-2026, 13:20
    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı
  • 19-09-2026, 13:18
    Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
  • 19-09-2026, 13:14
    Attestasiya işində hüquqşünasın mühüm uğuru
  • 19-09-2026, 12:47
    Bazar günü arabir yağış yağacaq
  • 19-09-2026, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • 19-09-2026, 11:55
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • 19-09-2026, 10:19
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • 19-09-2026, 09:47
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • 19-09-2026, 09:22
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • 19-09-2026, 09:01
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • 19-09-2026, 08:47
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • 18-09-2026, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • 18-09-2026, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • 18-09-2026, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • 18-09-2026, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • 18-09-2026, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə