Sizin reklam burada 728×90
Son dəqiqə

Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur

12.06.2026 11:46 131 1 dəq oxunur
Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur
Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
Spiker bildirib ki, 15 iyun - Milli Qurtuluş günü tariximizdə müstəsna yer tutur: “Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tarixi seçimi idi, Ulu öndər zamanın çağırışına cavab vermək bacarığı nəticəsində müstəqil Azərbaycanı qoruyub saxladı: “Ölkəmiz qlobal iqtisadi və siyasi tədbirlərin mərkəzinə çevrildi. Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Heydər Əliyev eyni zamanda bugünkü parlamentin banisidir. Torpaqlarımızın 30 illik işğalınma son qoyulması, Azərbaycanın güclü dövlətə çevrilməsi Heydər Əliyev siyasi xəttinin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. Milli Qurtuluş günü ərəfəsində biz Heydər Əliyevin əziz xatirəsini yad edirik. Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti gələcəkdə də uğurlara imza atacaq”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az